Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                 

Anar Kərimov postundan niyə getdi? - Və ya nazir vəzifəsinə gəlməli idimi?
Tarix: 24-12-2022, 13:00 | Çap et
Anar Kərimov postundan niyə getdi?
Bu yazını əslində yazıb-yazmamaq haqqında çox fikirləşdim. Tərəddüdüm də əsassız deyildi. Çünki, yıxılana “balta vurmağı” şəxsimə yaraşdırmamışam heç vaxt.

Amma həm mədəniyyətimizə vurulan balta, həm də cənab sabiq nazirin hələ vəzifədə olduğu zaman fəaliyyəti barədə açıq-aydın danışmağım, sosial şəbəkəmdə post paylaşmağım mənə bu ixtiyarı verdi.

Anar Kərimov cavan kadr idi. Üç dil bilir, iki universitet bitirib. Saya bildiyim qədəri ilə dünyanın 5 ölkəsində diplomatik kurslarda iştirak edib. Bura qədər hər şey öz qaydasındadır. Nazir olmaq üçün bütün kriteriyaları göz oxşayır. Amma di gəl dil bilmək, şərqşünaslığı bitirdikdən sonra diplomatiya üzrə magistr dərəcəsi almaq uğurlu Mədəniyyət naziri olmaq üçün kifayət etmir. Bəs nəydi Anar Kərimovu uğursuz nazir edən? Nəyə görə bu postda 1 il belə qala bilmədi? Cavablar bəsitdir. Nazirliyin “qara mühasibatlığı”na, tenderlərdə kimləri hansı göstəricilərə görə qalib elan etmələrinə toxunmayacam. Bunun üçün səlahiyyəti olan qurumlar onsuz da öz işlərini görəcək. Özü də lazımınca. Yıxılıb axı… Hərə əlində bir balta ilə hazır dayanıb. Gəlin, biz məsələnin yaradıcı tərəflərindən danışaq.

Cənab Kərimovun mədəniyyət kimi spesifik sahədən xəbərsiz olduğu gün kimi aydın idi. Ona bu postu həvalə edənlər yəqin ki, idarəçilik qabiliyyətinə önəm vermişdilər. Əgər Anar Kərimov mədəniyyət sahəsindən bixəbər idisə, onda kadr siyasətində daha diqqətli olmalı idi. Ətrafına tanışlarını, tanışlarının tanışlarını və ya tanışlarının tapşırdıqlarını yığmaq əvəzinə bu sahənin bilicilərini yığmalı idi. Heç olmasa üç-beş zövqlü mədəniyyət xadimi nazirliyin əməkdaşı olmalı idi.

Köhnə kadrları uzaqlaşdırmamalı idi. Ən azı işi öyrənənə qədər onların köməyindən yararlanmalı idi. Bunu da etmədi.

Anar Kərimovun mədəniyyət xadimlərini tanımaması artıq hər kəsin dilində dolaşırdı. Elə birinci müavini Elnur Əliyev də özündən geri qalmırdı.

Dünyasını dəyişən sənətkarlar haqqında danışılanda “ona özüm zəng edərəm” deməsi də kasanı doldura son damla olmadı. Adama deyərlər tanımırsan heç olmasa L. Robertin kəşfindən istifadə et, aç internetə bax.

Sabiq nazirin internetdən istifadəni sevməməsi bəstəkar, dövlət xadimi Rauf Hacıyevlə bağlı postunda da özünü göstərdi. Sənətkarın 100 illik yübileyi ilə bağlı paylaşdığı postunda Rauf Hacıyevi “Cazın əfsanəsi” adlandırdı.

Ətrafında olanlar da sabiq nazirə demədi ki, “Cənab nazir, Rauf Hacıyevin cazist olmaması bir yana, axı bu ölkədə cazın əfsanəsi Vaqif Mustafazadədir”. Niyə demədilər? Çünki özləri də bilmir. Niyə bilmirlər? Çünki mədəniyyət sahəsinə dəxli olmayan və ya bu sahəni səthi bilən insanlar nazirin ətrafında cəm olmuşdular.

Mədəniyyət nazirliyinin fiyasko layihələrindən biri də Cəlil Məmmədqluzadənin “Anamın kitabı” əsərinin ingilis dilində səhnələşdirilməsi idi. Təsəvvür edin nazirlik bunun üçün aktyor heyətinin bir neçə ay ingilis dilində kurs keçməsini belə təmin etmişdi. Bir neçə aya öyrənilən ingilis dilinin səviyyəsini müzakirə etməyəcəm. Dərd daha ağırdır. Mirzə Cəlil bu əsəri yazanda rus, fars, türk dillərində danışanları qınaq obyektinə çevirməyi hədəfləmişdi.

Bir ananın üç oğlunun üç fərqli dildə danışmasını tənqid edirdi. Bu əsərdə ana obrazı Vətən idi, Azərbaycan idi. Yəni Mirzə Cəlil deyirdi ki, ay mənim xalqın ana dilinizdə danışın. Üsyan edirdi. Fəqan qoparırdı. Amma çi fayda… Düz yüz il sonra “Anamın kitabı” əsəri Azərbaycan tamaşaçısına ingilis dilində təqdim olundu.

Mirzə Cəlil bəlkə də həmin gün öldü. Deyək yenilik etmək istəyirsiz. Bu təcrübənizi başqa əsər üzərində keçərdiniz. Axı “Anamın kitabı”nın məqsədi, məramı başqa idi…

Bu layihənin müəllifi təkcə Anar Kərimova yox, elə Azərbaycana, Mirzə Cəlilə də qənim kəsilib. Mədəniyyət nazirliyinin tənqid siyahısını daha da uzatmaq olar.

Amma biz ümid etmək istəyirik ki, bundan sonra nazir vəzifəsinə kim gələcəksə ya özü bu sahənin bilicisi olarn, ya da ən azı ətrafına mədəniyyəti anlayan insanları toplayar. Yoxsa Corci Zeydanın “Bir millətin həqiqi tarixi həmin millətin mədəniyyət tarixidi” sözləri iflasa uğrayar.

Əfsanə Uğur
Gununsesi.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru