"Nə işə bərpa olunuram, nə də şikayətim araşdırılır" - GİLEY
Tarix: 20-06-2022, 09:20 | Çap et
DİA.AZ-ın məlumatına görə, "28 May" NQÇİ-nin Mənzil-Kommunal Təsərrüfatında vaxtilə çilingər-santexnik işləmiş Həsən Həsənov "Təzadlar"a müraciət edərək bidirir ki, neçə illərdir onun şikayətlərinə baxan yoxdur.
H.Həsənovun sözlərinə görə, o, uzun müddət çalışdığı SOCAR-dan 2018-ci ildə qanunsuz olaraq işdən çıxarılıb. Bildirir ki, dəfələrlə "28 May" Neft və Qazçıxarma İdarəsində baş verən qanunsuzluqlarla bağlı aidiyyəti qurumlara şikayət etsə də, heç bir tədbir görülməyib.
Şikayətçi H.Həsənov redaksiyamıza təqdim etdiyi müraciətində yazır:
"Hörmətli redaksiya!
Bildirirəm ki, 05.08.1993-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-də MKT-da II dərəcəli çilingər vəzifəsində işləmişəm. İşlədiyim dövrdə pillə-pillə 3-cü və 4-cü dərəcələri almışam. 03.01.1997-ci ildə vəzifəm dəyişdirildi, çilingər-santexnik oldum. Buna əsasən əmək haqqımın 12%-i həcmində zərərlilik artımı almalı idim. 26.12.1999-cu ildə istehsalatda ağır xəsarət almışam, qapalı kəllə-beyin travması, sol biləyin sınığı diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasında 3 ay stasionar müalicələr almışam. İdarə tərəfindən akt tərtib olunsa da, nə birdəfəlik müavinət, nə də pensiya verildi.
16.07.2010-cu ildə həkim arayışı olduğu halda, üzrlü səbəb nəzərə alınmadan ixtisas dərəcəm bir dərəcə aşağı salındı, müddət qoyulmadı. Üzrlü səbəbi nəzərə almadan, arayış olduğu halda, idarədaxili qeyri-qanuni əmr çıxardılar. İdarənin məsul əməkdaşının qərəzli mövqeyi nəticəsində mənə Əmək Məcəlləsinin 156 maddəsinin 5-ci bəndi tətbiq edilmişdir. İşlədiyim vaxtda çox xahiş etdim ki, silinmiş dərəcəm bərpa olunsun, lakin bu xahişimə idarə rəhbəri məhəl qoymadı. 01.05.2017-ci ildə SOCAR-ın prezidenli Rövnəq Abdullayev tərəfindən əmr gəldi ki, dərəcəm bərpa olunsun. Lakin idarənin rəhbəri Zaur Bağırov bu əmri icra etmədi.
18.06.2018-ci ildə yaşadığım ünvanda səhhətimdə problem yarandı və məni Göytəpə Şəhər Xəstəxanasına apardılar. Baş həkim Eldar İsayev məni müalicə etdikdən sonra xəstəlik vərəqəsi verdi. 29.06 2018-ci ildə xəstəlik vərəqəsini idarəyə təqdim etdim. 02.07.2018-ci ildən 10.07.20l8-ci il tarixinə kimi işlədim. Mən işlədiyim ərəfədə idarə rəhbəri Zaur Bağırov baş həkim Eldar İsayevlə telefon əlaqəsı saxlamış və mənə verdiyi xəstəlik vərəqəsini ləğv etdirmişdir. 16.07.2018-ci ildə xəstəlik vərəqəm olduğu halda, məni işdən azad etdilər, 8, 9, 10-cu aylar üzrə hesabıma 3000 manata yaxın məbləğ koçürüblər. Sonra həmin məbləğ baş mühasib Babək Fərəcov tərəfindən hesabımdan çıxarılmışdır.
Bakı Şəhər Prokurorluğuna, Baş Prokurorluğa dəfələrlə ərizələrlə müraciət etmişəm. Mənim işdən çıxarılmağıma səbəbkar olmuş Göytəpə Şəhər Xəstəxanasının baş həkimi Eldar İsayevlə bağlı TƏBİB-ə də müraciətlər etdim. Amma bu günə qədər hər hansı bir tədbir görülmədi və mənə cavab da verilmədi. Göytəpə Şəhər Xəstəxanasının baş həkimi Eldar İsayevin qanunsuz hərəkətinin nəticəsində 3 ildən çoxdur işsiz qalmışam. Ailədə 7 nəfərik. Yeganə işləyən mən idim. Dövlətdən heç bir maddi yardım almıram. Pasport qeydiyyatım Masallı rayonunun Təklə kəndinədir. Ailəm ilə yaşadığım ünvan isə Pirallahı rayonu, Cilov qəsəbəsi, Dmitri Kselyov küçəsi ev 37 idi. Bu ev mənim şəxsi evim olsa da, qanunsuz olaraq işdən çıxarıldığım üçün 02.08.2019-cu ildən bu günə kimi dəniz yolu vasitəsilə evimə getməyimə qadağa qoyublar. Bu səbəbdən də kirayələrdə, çöllərdə qalmışıq. Ailə üzvlərim də evimizə gedə bilmir. Deyirlər ki, qeydiyyatın bura deyil, get, Masallıda yaşa.
Qeyd etdiyim kimi, dəfələrlə müxtəlif instansiyalara müraciət edərək “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ-də baş verən qanunsuzluqlar və özbaşınalıqlar haqqında məlumat vermişəm.
İndi isə bu təşkilatın ucbatından səhiyyə xidmətindən yararlana bilməməyim barədə bildirmək istəyirəm. Bu yaxınlarda səhhətimdə problemlər yarandığı üçün uzun illər çalışdığım və sığorta haqqı ödədiyim SOCAR-a tabe olan Mərkəzi Neftçilər Xəstəxanasına müraciət etdim ki, sığortam hesabına müayinələrdən keçim. Orada mənə bildirdilər ki, mən işdən çıxarıldığım üçün sığorta hesabım bağlanıb. Bu, məni çox narahat etdi. Çünki müayinə olunmağım üçün mənim maddi vəsaitim yoxdur. Digər tərəfdən, nə qədər çalışdımsa, sığorta hesabımdan yararlana bilmədim.
Mən işlədiyim müddətdə istehsalatda xəsarətlər almışam və 2000-ci ildən bu xəsarətə görə mənə əlillik dərəcəsi verilməli və pensiya almalı idim. Amma həmin vaxt məni pensiyaya çıxarmadılar, qalıb işləməli oldum. İndi 52 yaşım var, zərərliklə pensiyaya çıxmalı idim, onu da etmədilər. Digər tərəfdən, qanunvericiliyə görə, yaşım imkan vermir ki, pensiyaya çıxım. İşdən də çıxarıldığım üçün gəlirim yoxdur. Ailəm bir tikə çörəyə möhtac qalıb. Ailəmin üzünə baxa bilmirəm. Övladımı ARDNŞ-də işlə təmin etmələri barədə də müraciət etmişəm. Övladım sağlam, bacarıqlı olsa da, onu işə qəbul etməyib, əvəzində, yararsızları, saxta diplomluları rüşvət hesabına işə qəbul edirlər.
Məhkəmələrə müraciət etmişəm, sifarişlə iddialarım təmin edilməyib. Şikayətlərim araşdırılmır, Göytəpə Şəhər Xəstəxanasının baş həkimi Eldar İsayevin qanunsuz əməlləri sübut olunsa da, işimə bərpa edilmədim. Tibbi xidmətdən istifadə etmək üçün sığortam bağlıdır, pensiya, müavinət almıram. Bu qədər problemlər mənim üçün çox deyilmi?
Mən 2008-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Dövlətimizə xeyirli vətəndaş olmaq üçün əlimdən gələni etmişəm. Amma çox təəssüflər olsun ki, haqlı olduğum üçün incidilmişəm. Hətta 13.10.2014-cü ildə işlədiyim təşkilatın rəhbərliyinin sifarişi ilə şərlənərək 30 gün inzibati cəza da almışam”.
Şikayətçi yazır ki, məcburiyyət qarşısında qalaraq dövlət başçısına rəsmi müraciət edib. Məsələnin araşdırılması “Azneft” İB-nin şöbə rəisi Mübariz Şamilova həvalə edilib.
H.Həsənov bildirir ki, ancaq şöbə rəisi Mübariz Şamilov onun şikayətinə baxmır: “İndi nə işə bərpa olunuram, nə də şikayətim araşdırılır. Bundan sonra nə edəcəyimi bilmirəm. Dərdimi kimə deyim ki, çarəsi tapılsın? Sizin vasitənizlə aidiyyəti qurumlara müraciət edirəm ki, bəlkə səsimi eşidib mənə bir kömək edən tapıldı".
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ Ermənistanı “ayının” pəncəsi altına atdı: - “Kreml İrəvanı bağışlamayacaq”
Bu gün, 19:02 |
|
|
|
• Ailə quran gənclərə ucuz ev, faizsiz kredit verilə bilər? - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• “Elə bir yaşdayam ki, nə qalmaqal, nə də...” - buna görə seriallara çəkilmir
Bu gün, 18:58 |
|
|
|
• Bu kənddə kommunikasiya sistemlərinin qurulmasına 26 milyon manat ayrılıb
Bu gün, 18:17 |
|
|
|
• İrəvanın siyasəti Rusiyanın iş adamlarını ehtiyatlandırıb
Bu gün, 18:15 |
|
|
|
• Rusiyanın 10 gün ərzində ələ keçirdiyi yaşayış məntəqələri - Ukrayna açıqladı
Bu gün, 18:13 |
|
|
|
• İnvestisiya şirkətinin Müşahidə Şurasının sədri “Azər-Türk Bank”a təyinat alıb - FOTO
Bu gün, 18:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sənədi Azərbaycan üçün nə deməkdir? - Bahəddin Həzi yazır...
Bu gün, 17:59 |
|
|
|
• ADY-nın bahalı “sürət qatarı”: 3 saatlıq yolu 8 saata gedir... - MƏZƏLƏNİRLƏR?
Bu gün, 17:53 |
|
|
|
• Sabunçuda GECƏ XƏLVƏT... TÜLKÜ BƏY..: SÖKHASÖKDÜR... -"Polis əməkdaşları ərazini tərk edən kimi iş yenidən başlayır"
Bu gün, 17:51 |
|
|
|
• "Dünyadakı məhbusların 25%-i məhz ABŞ-nin payına düşür..." - deputat
Bu gün, 17:40 |
|
|
|
• Həbsdə olan hərbi ekspert İlham Əliyevə müraciət edib - "GÜNAHSIZAM..."
Bu gün, 17:37 |
|
|
|
• “AYNA-nın belə fəaliyyəti ciddi sosial narazılıq yaradır” — Deputatdan ETİRAZ
Bu gün, 17:33 |
|
|
|
• Rusiya və Ukrayna əsir mübadiləsi aparıblar
Bu gün, 17:27 |
|
|
|
• Ermənistanda xüsusi təyinatlı qüvvələr yaradıldı
Bu gün, 17:25 |
|
|
|
• Bu, erməni xalqına baha başa gələcək - Karasin
Bu gün, 17:20 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi başa çatır? - “Reuters”
Bu gün, 17:19 |
|
|
|
• Cənubi Qafqazda yeni eskalasiya üçün heç bir əsas görmürəm - Ermənistanın müdafiə naziri
Bu gün, 17:17 |
|
|
|
• Palata iki təşkilata verdiyi lisenziyanı ləğv edib
Bu gün, 17:16 |
|
|
|
• "4 ildir ki, pensiyamı dayandırıblar... vəziyyətimiz çox ağırdır..." - ÇARƏSİZLİK...
Bu gün, 17:14 |
|
|
|
• "Paşinyanın əməlləri sözləri ilə uyğun gəlmir" - Tural Abbaslı
Bu gün, 17:09 |
|
|
|
• ABŞ-Ermənistan strateji sazişinin AZƏRBAYCANA DƏXLİ - Görünəni odur ki...
Bu gün, 17:02 |
|
|
|
• AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58 |
|
|
|
• Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56 |
|
|
|
• Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55 |
|
|
|
• “Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48 |
|
|
|
• Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46 |
|
|
|
• Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43 |
|
|
|
• “Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24 |
|
|
|
• Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18 |
|
|
|
• Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17 |
|
|
|
• Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14 |
|
|
|
• Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12 |
|
|
|
• ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01 |
|
|
|
• Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59 |
|
|
|
• Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57 |
|
|
|
• Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56 |
|
|
|
• Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53 |
|
|
|
• Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39 |
|
|
|
• “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35 |
|
|
|
• “PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34 |
|
|
|
• Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32 |
|
|
|
• Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30 |
|
|
|
• Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24 |
|
|
|
• Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20 |
|
|
|
• Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17 |
|
|
|
• Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10 |
|
|
|
• ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... - AKTUAL
Bu gün, 15:08 |
|
|
|
• Paşinyan KTMT-dən çıxdığını ELAN EDƏCƏK
Bu gün, 15:02 |
|
|
|
• Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - Ermənistan XİN
Bu gün, 14:58 |
|
|
|
|