Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU .....                     Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB .....                     Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... .....                     Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... .....                     Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır .....                     Ekstrasensdən qorxunc proqnoz: .....                     Ermənistan-Azərbaycan sərhədində son durum: .....                     Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? .....                     Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib .....                     “USAİD-in Azərbaycanda fəaliyyəti dayandırılmalıdır” .....                     "Veysəloğlu" daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi .....                     Naxçıvan Sukanalizasiya İdarəsinə yeni rəis təyin olunub .....                     Əyalət mollasının XƏYALƏT İDEYASI... .....                     Deputatlar nə fikirləşir, hara baxırlar? .....                     “Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...” .....                     “Xumar Qədimova klipimi yutubdan sildirdi” .....                     Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... .....                     MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib .....                     Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək .....                     Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. .....                     Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... .....                     Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi .....                     İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? .....                     Ermənistan dörd kəndi də təhvil verəcək .....                     Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? .....                     Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… .....                     "“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." .....                     Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” .....                     "Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." .....                     "İcranın işçisi məndən on min manat rüşvət istədi" .....                     Sərhəddəki “casus”ların fevral hazırlığı .....                     İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR .....                     Fuad Hacıyevin YEYİNTİ macəraları .....                     Ağır şərtlərlə kredit götürməyə məcbur olan... .....                     Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi .....                     Naxçıvanda vergi xidməti özü problem yaradır .....                     Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? .....                     Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI .....                     Bu ərazilər nəzarətimizə keçə bilər .....                     Trampdan radikal addımlar .....                 

Nəriman Əliyevin BAŞINDA NƏ İŞ VAR? - İLGİNC İDDİALAR...
Tarix: 23-05-2022, 11:23 | Çap et
Nəriman Əliyevin BAŞINDA NƏ İŞ VAR?
Zaman-zaman qalmaqallar və şikayətlərlə gündəmə gələn “Ştutqart” mağazalar şəbəkəsinin sahibləri şirkətin adını dəyişdirərək başqa adla yola davam etmək fikrindədir. Son dönəmlər mağazalar şəbəkəsinin sahibi eks-deputat Nəriman Əliyevin həm özü ilə bağlı, həm də sahibi olduğu mağazalar şəbəkəsinin ətrafında baş verən qalmaqallardan sonra iflasa doğru gedən biznesini qurtarmaq üçün yollar arayan sahibkar addəyişmə planı ilə buna nail olmağa çalışır. Bu iddianı mağazalar şəbəkəsinə yaxın olan mənbə bizimlə söhbətində səsləndirib. Vəziyyəti tam aydınlaşdırmaq üçün mağazalar şəbəkəsinin yaranma tarixinə və son vaxtlar şirkət ətrafında baş verənlərə bir daha nəzər salmaq qərarına gəldik.

2004-cü ildən 2014-cü ilədək qeyri-rəsmi, 2014-cü ildən sonra isə rəsmi fəaliyyət göstərən “Ştutqart” MMC, “Ştutqart” mağazalar şəbəkəsi adı altında Bakıda və ölkənin müxtəlif rayonlarında avtomobil ehtiyat hissələrinin satışını həyata keçirən nəhəng bir şirkətdir. Şirkətin rəsmi və qeyri-rəsmi təsisçi və şərikləri Masallı şəhərindən Milli Məclisə bir neçə çağırış deputat seçilmiş Nəriman Əliyev və onun bacısı oğlu Əfqan Abdullayev olduğu heç kimə sirr deyil. Nəriman Əliyev deputat olduğu dövrlərdə adının sahibkar və iş adamı kimi hallandırılmasından ehtiyat etdiyindən 2021-ci ilin sentyabr ayına qədər şirkəti Əfqan Abdullayevin adına rəsmiləşdirib. 2021-ci ilin sentyabr ayından isə Nəriman Əliyev özü rəsmi olaraq həm şirkətin sahibi, həm də mağazalar şəbəkəsinin direktorudur.

2021-ci ildə şirkətin şəriki və idarəçisi olan Əfqan Abdullayev şirkətlə yollarını ayırmaq qərarına gəlir. İdarəçiliyi və bütün hesabatları təhvil verən şərik Nəriman Əliyevdən “Ştutqart”da olan payını istəyir ki, özünə yeni biznes qursun. Bu ayrılma və pay istənilməsi eks-deputatın xoşuna gəlmir. Nəticədə sahibkar əlində heç bir sənəd, fakt olmadan öz bacısı oğlunu və onunla birgə “Ştutqart”dakı işindən ayrılan bir neçə işçini mənimsəmədə və oğurluqda ittiham edir və onlar barəsində hüquq-mühafizə orqanlarına şikayət edir. Bununla da yetinməyən eks-deputat keçmiş şəriki və işçiləri barədə ayrı-ayrı mətbuat orqanlarında bu adamları nüfuzdan salan açıqlamalar verir.

Ştutqart” mağazalar şəbəkəsindəki işindən ayrılan 64 nəfərin əmək haqqı qalığını verməkdən boyun qaçıran Nəriman Əliyev öz qanuni pullarını tələb edən keçmiş işçilərini təhqir etməkdən belə çəkinmir. “Nə olur olsun, işdən ayrılanlara bir qəpik belə ödənməyəcəyini” deyən sahibkar keçmiş işçilərin əlaqədar dövlət qurumlarına etdikləri şikayətlərdən sonra geri çəkilmək məcburiyyətində qalır. İşçilərin əmək haqlarının rəsmi hissəsi tamamilə ödənilir. Bu proses diqqətli oxucularımızın xatirindədir, çünki yaşanan hadisələr bir çox saytlar vasitəsi ilə də işıqlandırılmış, içərisində 44 günlük şanlı Qarabağ savaşının qaziləri də olan şikayətçilərin haqq səsləri mətbuat vasitəsilə lazımi orqanların diqqətinə çatdırılmışdı.

Eks–deputatın adının hallandığı digər qalmaqal isə Bakının mərkəzində, Nərimanov rayonu ərazisində ona məxsus obyektdəki ağacları kütləvi şəkildə kəsdirməsi ilə bağlı idi. Bu barədə onun keçmiş işçisi Abutalıb Ağayev müvafiq dövlət qurumlarına şikayətlər etmiş, eyni zamanda mətbuat və televiziyalar vasitəsilə ictimaiyyəti məlumatlandırırdı. Abutalıb Ağayev bu cinayət əməlinin müqabilində Nəriman Əliyevin cazalandırılmasını tələb edirdi. Bununla bağlı mətbuata ziddiyətli açıqlamalar verən şirkət sahibi əvvəlcə iddiaların əsassız olduğunu, o ünvanda ümumiyyətlə ağac olmadığını bildirdi. Baş Prokuroluq faktı təsdiqlədikdən və cinayət işi qaldırıldıqdan sonra isə Nəriman Əliyev mətbuata açıqlama verərək ağacların Abutalıb Ağayev tərəfindən kəsildiyini bəyan etdi. Açıqlamalardan belə çıxırdı ki, Abutalıb Ağayev Nəriman Əliyevin rəsmi sahibi olduğu torpaqda onun özünün xəbəri olmadan onlarla ağacı kəsib, sonra isə özü-özünü ifşa etmək üçün şikayət edib. Bu məntiqsiz açıqlamalar, təbii ki, heç kimə inandırıcı gəlməmişdi. Bütün bu qalmaqal bir neçə ay öncə ölkə ictimaiyyətinin gözü qarşısında baş verdiyindən bu hadisələri də diqqətli oxucularımız yaxşı xatırlayar.

Bütün bu qalmaqalların hələ tam bitmədiyi bir vaxtda adıçəkilən şirkət haqqında yeni bir şikayət, vergidən yayınma ittihamı ortaya çıxıb. Məlum olub ki, şirkətə rəsmi direktorluq edən Nəriman Əliyev və onun şirkəti külli miqdarda vergidən yayınmaqda ittiham olunur. Belə ki, Nəriman Əliyevin sahibi olduğu “Ştutqart” mağazalar şəbəkəsinin cəmi dörd ay ərzində 15 milyon manat vergidən yayınması faktı ilə bağlı Dövlət Vergi Xidmətində, həmçinin Baş Prokurorluqda araşdırma aparılır. Vergidən yayınma ilə bağlı kifayət qədər fakt və sübutun araşdırılmaya təqdim olunduğu da qeyd olunanlar arasındadır.

Bütün bu problemlərlə eyni vaxtda şirkətin keçmiş şəriki, Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayev də şirkətdə qalmış payını geri almaq üçün “Ştutqart” MMC-ni məhkəməyə verib. Bu məhkəmələr, şikayətlər və şirkətə açılmış yoxlamalardan can qurtarmaq üçün çıxış yolu axtaran Nəriman Əliyev şirkəti özünə sadiqliyi ilə seçilən Hikmət Salehli adlı şəxsin adına rəsmiləşdirib. Belə ki, özü təsisçi olaraq qalmaqla, Hikmət Salehlini rəsmi direktor vəzifəsinə təyin edib. Lakin bunun da bir işə yaramadığını görən Nəriman Əliyev son çıxış yolu kimi şirkətin adını dəyişmək qərarına gəlib. Eks-deputat vergidən yayınmanı və digər qanunsuzluqları ört-basdır etmək və şərikinə məxsus payı verməkdən boyun qaçırmaq məqsədilə şirkətinin adını dəyişərək “Sektor-M” MMC qoymaq qərarına gəlib. Hazırda bu ad eks-deputatın bütün işlərini aparan dayısı oğlu Abbasov Azər Abbas oğlunun adına qeydiyyatdan keçirilib və “Ştutqart” MMC-nin bütün əmlakı “Sektor-M” MMC-yə daşınır. Yaxın günlərdə “Ştutqart” mağazalarının da adının dəyişdirilərək “Sektor-M” MMC-nin brendi kimi yaradılan “ŞASSİ” adı ilə adlandırılacağı gözlənilir. Bununla da Nəriman Əliyev bütün məsuliyyətdən yaxa qurtaracağını və hər şeyin yoluna düşəcəyini güman edir. Nə olacağını və planın işləyib-işləməyəcəyini təbii ki, zaman göstərər. Biz də öz növbəmizdə bu məsələnin sonuna qədər diqqətdə saxlayacağımıza və baş verənləri ölkə ictimaiyyətinin diqqətinə çatdıracağımıza söz veririk.
İndex.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gözəl qızlarla əlbir olub oğlanları tora salan azərbaycanlı sahibkar TUTULDU - VİDEO
Bu gün, 11:01
Paşinyan hakimiyyəti ölkəni Rusiyadan asılı hala SALIB – “Past”
Bu gün, 10:54
Dövlət Komitəsinin bu qədər `ACİZ` qaldığı olmamışdı... - İcazə verin şübhələnək...
Bu gün, 10:52
Bu dəfə onlardan biri GÖRƏVDƏN ALINACAQ... - SİYAHI
Bu gün, 10:46
Vuçiç Trampın “100 gün” planına şübhə ilə yanaşır
Bu gün, 10:36
Ekstrasensdən qorxunc proqnoz: - Sabah dəhşətli olacaq!
Bu gün, 10:32
Ermənistan-Azərbaycan sərhədində son durum: - “Başladılar”
Bu gün, 10:30
Qiymətlər o qədər də qalxmayıbsa, niyə daha çox görünür? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:28
Mərkəzi Bank daha bir “exchange”ə lisenziya verib
Bu gün, 10:25
“USAİD-in Azərbaycanda fəaliyyəti dayandırılmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 10:19
"Veysəloğlu" daha 35 nəfər qazi əməkdaşını psixoloji yardıma cəlb etdi - FOTO
Bu gün, 10:10
Naxçıvan Sukanalizasiya İdarəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:06
Əyalət mollasının XƏYALƏT İDEYASI... - VİDEO-ARAŞDIRMA
Bu gün, 10:05
Deputatlar nə fikirləşir, hara baxırlar? - REPL
Bu gün, 09:55
“Adını sənətkar qoyub, sənətdən başqa hər şeylə məşğul olanlar...”
Bu gün, 09:44
“Xumar Qədimova klipimi yutubdan sildirdi” - VİDEO
Bu gün, 09:42
Muxtar Babayev ölkəmizin qlobal ekoloji siyasətini necə axsadır... - Onun adı təsadüfən hədəf kimi seçilməmişdi...
Bu gün, 09:37
MSK-da bələdiyyə seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib
Bu gün, 09:29
Tramp dövrünün reallıqları İrəvanın da dizlərini əyəcək - ŞƏRH
Bu gün, 09:24
Ermənistanla sərhəddə yenidən demarkasiya işləri başlandı?.. Haradan?.. - “Hraparak”
Bu gün, 09:17
Əməkhaqqına bu əlavələr nəzərdə tutulub... - Ekspert danışır...
Bu gün, 09:09
Generala qarşı dələduzluq edən şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
İmişlidə həbs olunanların əfv edilməsi mümkündürmü? - AKTUAL
Bu gün, 09:01
Ermənistan dörd kəndi də təhvil verəcək - İrəvandan etiraf
Bu gün, 09:00
Zəngəzur dəhlizi açılsa nələr baş verəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:58
Xartiyaya görə Moskva və Tehranın bizi cəzalandırması… - GƏLİŞMƏ
Bu gün, 08:57
"“COP29-a görə gələnlərə bu zibillik poliqonunu göstərmək lazım idi..." - GİLEY
Bu gün, 08:48
Azərbaycana qarşı qərəz: İkiüzlü Qərb “demokratiyası” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:43
"Azərbaycanın AŞ PA-dan gözləntisi budur..." - deputat
Bu gün, 08:41
"İcranın işçisi məndən on min manat rüşvət istədi" - BU NƏDİ BELƏ?..
Bu gün, 08:39
Sərhəddəki “casus”ların fevral hazırlığı - gərginlik artır...
Bu gün, 08:34
İnternat məktəbinin məzunu ona müavinət verilməməsindən ŞİKAYƏTÇİDİR - "Heç bir qurum mənə kömək etmək istəmir..."
Bu gün, 08:32
Fuad Hacıyevin YEYİNTİ macəraları - İTTİHAM VAR...
Bu gün, 08:30
Ağır şərtlərlə kredit götürməyə məcbur olan... - ONU NECƏ ÖDƏYƏCƏK Kİ?..
Bu gün, 08:26
Təcili Yardımın TƏXİRƏSALINMAZ problemi - "...necə olardı VƏTƏNDAŞ olan bizim axırımız?"
Bu gün, 08:19
Naxçıvanda vergi xidməti özü problem yaradır - FAKT BUDUR!
Bu gün, 08:12
Rusiyanın Zəngəzur planı: Kreml nəyə çalışır? - GƏLİŞMƏ
Bu gün, 07:03
Təsərrüfat qurmaq üçün Rusiyadan vətənə gələn sahibkarın başına BELƏ OYUN AÇILDI - BU NƏDİ BELƏ?
Bu gün, 06:24
Bu ərazilər nəzarətimizə keçə bilər – Sərhəd müzakirəsinin detalları
Bu gün, 06:05
Trampdan radikal addımlar – Sürprizlər hələ qarşıdadır
Bu gün, 06:02
“Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48
Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45
İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05
Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02
İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00
Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58
Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02
Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52
Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru