Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi kimlərin OYLAĞINA ÇEVRİLİB... - Nazirə güvənən Bayramov...
Tarix: 11-01-2022, 11:36 | Çap et
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi indi əhalinin “daş atıb, baş tutduğu”, dad elədiyi qurumlardan bəlkə də birincisidir. Vətəndaşlar dünənə qədər bu strukturu “VTEK” olaraq tanıyırdılar və qurumun əlilliklərin təyinatında hansı funksiyaya malik olduğu ictimaiyyətə məlum idi. O da bəlli idi ki, əlillik təyinatı “VTEK”lərdə hansı “prinsip”lər əsasında reallaşırdı. İndi bu strukturun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi adlanması hər hansı dəyişikliyə səbəb olmayıb. Dəyişən, yəni islahat kimi görünən, sadəcə, ad yenilikliyidir. Əksinə, indi əhaliyə daha çox “qan uddurulur” və bunu dövlət büdcəsinə qənaət adı ilə siyasi rəhbərliyə təqdim edirlər. TİA.Az məlumat verir ki, bu qurumun İdarə Heyətinin sədri əvvəl Cavid Əbdülqədirov idi. Sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev onu müşavir təyin etdi. Hazırda Agentliyin İdarə Heyətinin sədri Anar Bayramovdur. Lakin ad dəyişikliyi kimi, fiqur dəyişikliyi də müsbət istiqamətdə inkişafa səbəb olmayıb. Dəyişən əlillik təyinatında qeyri-rəsmi alınan pulun məbləği və idarəçilikdə tayfa-qəbilə, traybalizmə üstünlük verilməsidir. Gələn məlumatlara görə, hələ Əbdülqədirov sədr olduğu dövrdə Agentlikdə xımır-xımır mənimsəmələrə yol verirmiş. Onun vəzifədən çıxarılması ilə effektiv idarəçilik olacağına ümid bəslənirdi. Lakin A.Bayramov gəlişi ilə sələfinə şükür etdirməyə başlayıb. Bildirilir ki, hazırkı sədr sığorta sahəsində çalışıb, “A Group” sığorta firmasından bu vəzifəyə gəlib. Əldə etdiyimiz xəbərdə deyilir ki, A.Bayramov nazir Sahil Babayevlə dostdurlar. Elə bu dostluq münasibətlərinin nəticəsidir ki, ona belə yüksək vəzifə peşkəş edib. Amma iddialara görə, Anar Bayramov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində kobudluğu, işçilərə yuxarıdan aşağı baxması, əməkdaşlarla qaba və yüksək tonla danışması ilə xarakterizə edilir. Hətta bəzi hallarda qırmızı xətləri keçdiyi, işçilərlə danışığında normaları belə gözləmədiyi deyilir. A. Bayramov gəldiyi gündən araşdırır ki, kimin kimin adamıdır, kimə bağlantısı var və buna uyğun kadr siyasəti aparır. Bütün bunlar da azmış kimi, hər kəsi narahat edən məsələ nazirin dostunun yaşlı, təcrübəli mütəxəssisləri, tibbi ekspertləri, həkimləri işdən azad etməsidir. Halbuki səriştəli, peşəkar kadrlara ehtiyac var, amma Bayramov kimi istəyir işdən uzaqlaşdırır, kimi istəyir işə götürür. Məlumata görə, Agentlik sədri bu müddət ərzində “Veysəloğlu” ticarət şəbəkəsində çalışan dost-tanışlarını başına toplayıb. Təsəvvür edin ki, firmada çalışan dostlarını belə bir mühüm strukturda işə cəlb edir. Bu da sözsüz ki, narazılığa səbəb olur. Beləliklə, nazirin dostu vəzifəyə gəlir, o da öz dostlarını başına yığıb qurumu podrata çevirir. Nəticədə əlillik təyinatı hansısa təsadüfi şəxslərin səlahiyyətinə verilir. TİA.Az-ın məlumatına görə, A.Bayramov gətirdiyi dostlarına hər ay 120-150 faiz premiya yazır. Amma guya agentlikdə islahat apardığını bildirir. Bundan başqa, həmin işçilərin adlarını müxtəlif formal kurslara yazdırmaqla büdcədən babat vəsait çırpışdırdığı iddia edilir. Eyni zamanda agentliyə alınan və bağışlanan avadanlıqların qiymətində şişirtmələrə yol verərək maxinasiyalar üçün şərait yaradılır. Təxminən 33 nəfər işçi – “Veysəloğlu” və market sistemindən gələnlərə mükafatlar verilir, köhnə əməkdaşlar isə kənarda saxlanır. Bu siyasətin başında Bayramov özü dayanıb. Hər şeydən ümdə isə əlillik təyinatının olmasıdır. İddialara görə, indi 5 illik əlliliyin təyin olunması beş min manatdır. İddialara görə bu məsələlər agentlikdə İlkin Yusifova həvalə olunub. Bax, bu da nazirin islahatı… İndisə A.Bayramov çevrəsində söz-söhbət yayır ki, S.Babayev daha yüksək vəzifəyə təyin olunacaq, özü onun yerinə gedir. Göründüyü kimi, belə bir mühüm qurum təsadüfi şəxslərin əlində əsir-yesir qalıb. Bu iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
TİA.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09 |
|
|
|
|