"Bələdiyyə sədrimiz icarədarla gizli anlaşıb gölü təzədən özü satıb.. - İmişlidə NARAZILIQ
Tarix: 21-12-2021, 11:30 | Çap et
İmişli rayonunun Cavadxanlı kəndinin sakinləri son günlər kənd ərazisindəki "Axmaz" adlandırdıqları gölün ətrafına yığışırlar. 18 hektar ərazini əhatə edən bu göl illər öncə bir şəxsin icarəsinə verilib. O zaman da kənd sakinlərinin etirazları olmuşdu. Yerli bələdiyyə isə gölü icarədardan geri almaq üçün məhkəmədə iddia qaldırmışdı.
DİA.AZ bildirir ki, sakinlərin demələrinə görə, sonra öyrəniblər ki, məhkəmə onların xeyrinə qərar çıxarıb. Bundan sonra bir müddət sakitlik yaranıb. Onların sözlərinə görə, amma bir də görüblər ki, ərazidə texnika işləyir, gölün kənarı hasarlanır. Məlum olub ki, icarədar təbii sututardan təkbaşına istifadə ilə bağlı hüquqi sənədlər əldə edib.
"Gölü bir şəxsin istifadəsinə vermək ədalətsizlikdir" Kənd sakini Qabil Xəlilov gölün kəndlilər üçün əvəzsiz sərvət olduğunu vurğulayır: "Bu göl 1936-cı ildə Araz çayının yatağının dəyişməsi nəticəsində yaranıb. O vaxtdan bəri su anbarı kimi istifadə edilir. Yayda Araz çayında suyun səviyyəsi düşəndə 200 hektaradək sahədəki əkinlərimiz bu göl hesabına suvarılır. Arxlar quruyanda heyvanlarımız buradan su içir. Göldən balıq tutulur, quş ovlanır. Bunu bir şəxsin istifadəsinə vermək, kənarına hasar çəkmək özbaşınalıqdır, ədalətsizlikdir".
"Əsaslı şübhə var ki, bələdiyyə sədrimiz..." Cavadxanlı kəndinin başqa bir sakini Səhliyar Fətullayev də deyir ki, gölün icarəyə verilməsi qanunsuz olub: "Bu göl vaxtilə Sədi Əzimov ad-soyadlı bir şəxsin icarəsinə verilib. Sonradan həmin qərar ləğv edilib. Üstündən üç il keçəndən sonra bu adamlar gedib ləğv edilmiş qərar əsasında həmin yeri dövlət qeydiyyatından keçiriblər. Bələdiyyəmiz onları məhkəməyə verdi. İnzibati-iqtisadi məhkəməsi camaatın xeyrinə qərar çıxardı. Biz bu yaxında xəbər tutmuşuq ki, bu qərarı iki il əvvəl apellyasiya məhkəməsi ləğv edibmiş. Bizdə əsaslı şübhə var ki, bələdiyyə sədrimiz icarədarla gizli anlaşıb gölü təzədən özü satıb".
Onların deməsinə görə, bu işdə tərəf olmadıqlarından məhkəmə qərarlarını da ala bilmirlər. Sakinlər bildirirlər ki, qapısını döymədikləri dövlət orqanı qalmayıb. Onlar Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olmuş, hazırda prezidentin köməkçisi işləyən Kərəm Həsənovun qəbulunda da olduqlarını, onun da gölə çıxarış verilməsinə təəccüb etdiyini deyirlər. Məhkəmə qərarını ədalətsiz hesab etdiklərindən yığışıb bir dəstə Ədliyyə Nazirliyinə gedəcəklərini də vurğulayırlar.
"Mən yorulub dayandım" Amma Qaralar bələdiyyəsinin (Qaralar və Cavadxanlı kəndləri daxildir) sədri Şıxalı Gülməmmədov ona yönəlik ittihamları qəbul etmir: "Bu göl mən bələdiyyə üzvü olmazdan əvvəl icarəyə verilib. Onu əhalinin ümumi istifadəsinə qaytarılmasının ilk təşəbbüskarı da mən olmuşam. Hələ 2015-ci ildə gölün icarəyə verilməsinə dair müqaviləni ləğv etdik. Məhkəməyə müraciət edəndə də sakinlərin etibar etdiyi şəxsi vəkil tutduq. Şirvan İnzibati-İqtisadi Məhkəməsi tələbimizi təmin etdi. Amma apellyasiya məhkəməsində həmin qərar ləğv olunub təkrar məhkəmə baxışına qaytarıldı. Daha bundan sonra yorulub dayandım".
Bələdiyyə sədri dediklərinə onu da əlavə edir ki, ehtiyac yarandığı halda göldən əkinlərin suvarılmasına imkan verilməsi ilə bağlı icarədarla razılaşma əldə olunub. O, tez-tez sakinlərlə görüşdüyünü, mübahisənin danışıq yolu ilə həll etməyə çalışdığını söylədi.
"Deyirəm gəlin əl-ələ verib işləyək..." Hazırda icarədar olduğu bildirilən Tofiq Hüseynov da narazıdır. O, icarə haqqı ödədiyi halda illərdir mülkiyyətindən istifadə edə bilmədiyini söyləyir. Onun vurğulamasına görə, dövlətin qayda-qanunu, icarə müqaviləsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirir. Əlavə etməsinə görə, təkcə bu il 900 manat icarə haqqı ödəyib: "Amma üç ildir ki, göldən istifadəmə imkan verilmir. Burada quşçuluq təsərrüfatı yaratmaq, qaz və ördək saxlamaq istəyirəm. Bu, həm kənd təsərrüfatının inkişafı ilə bağlı dövlətin proqramına uyğundur, həm də kəndin bir neçə sakini üçün iş yeri ola bilər. Camaata deyirəm gəlin əl-ələ verib işləyək. Amma arada iki-üç qızışdırıcı adam var, qohumlarını da ətrafına yığıb maneçilik törədirlər. Burada qanunsuz ov edilir. Ona görə gölü dəmir torla əhatələmək istəyirəm".
İcra hakimiyyətindən deyilənlər... İmişli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mirzə Quliyev də deyir ki, Cavadxanlı kəndinin bir qrup sakinini icra başçısı qəbul edib, onların şikayətləri araşdırılıb: "Biz baxdıq, icarədarın əlində göldən istifadə ilə bağlı qanuni sənədlər var. Onları ləğv etməyə səlahiyyətimiz çatmır. Amma camaatı da başa düşürük. Onlar göldən əkinlərini, heyvanlarını suvarmaq istəyirlər".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bizimlə hər hansı münaqişə Ermənistanın sonu olar” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 00:48 |
|
|
|
• Aqiyə Naxçıvanlıya ağır itki
Bu gün, 00:45 |
|
|
|
• İş Elanlarından İnsan Alverinə: Hüquq-mühafizə orqanlarına çağırış - AKTUAL
Bu gün, 00:05 |
|
|
|
• Ərzaq məhsulları bahalaşacaq - NƏ BAŞ VERİR?
Bu gün, 00:02 |
|
|
|
• İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Dünən, 19:02 |
|
|
|
• Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələ: - qlobal güclər hərəkətə keçib
Dünən, 19:00 |
|
|
|
• Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla... - müşahidə missiyasının varlığını uzatmağa çalışır
Dünən, 18:58 |
|
|
|
• Ermənistanın Aİ-yə üzvlük məsələsi müzakirə olunacaq
Dünən, 18:02 |
|
|
|
• Münasibətləri qaydasına salmaq elə Tehranın özünə də lazımdır... - TƏKCƏ BİZƏ YOX...
Dünən, 17:52 |
|
|
|
• Həbsdə olan sayt rəhbərinə hökm oxunub - 8 İL...
Dünən, 17:46 |
|
|
|
• Azərbaycanın ixracında neft-qaz sektorunun payı necə dəyişib? – Son 10 ilin göstəriciləri
Dünən, 17:43 |
|
|
|
• 19 saylı Yol idarəsində dövlət vəsaiti necə talanır? - İTTİHAM VAR...
Dünən, 17:24 |
|
|
|
• Nəzrin Mansurlunun burun əməliyyatından sonra ölməsinə görə saxlanılan cərraha ittiham irəli sürülüb
Dünən, 17:20 |
|
|
|
• "Burada toy davası, qalmaqal var. Başqa nə var?.. - Bəlkə mən görmürəm"
Dünən, 17:19 |
|
|
|
• İranda hərbi təyyarə qəzaya uğrayıb
Dünən, 17:13 |
|
|
|
• İki düşmən Bakıya görə bir araya gəldi – “Cənubi Azərbaycan kartı” aktivləşə bilər
Dünən, 17:10 |
|
|
|
• Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!
Dünən, 17:01 |
|
|
|
• "Paşa" ləqəbli keçmiş döyüşçünü aldadıblar - Pulunu qaytarmırlar
Dünən, 16:59 |
|
|
|
• Rüşvət alan hakimə hökm oxundu - 5 İL...
Dünən, 16:56 |
|
|
|
• "Sən uşaq qatilisən, niyə boynuna almırsan?" - 9 yaşlı uşağı ölən ana fəryad elədi
Dünən, 16:54 |
|
|
|
• Rövşən Əsgərov Rusiyada ekstremist və terrorçularun siyahısına salınıb - Kreml BAŞINI İTİRİB
Dünən, 16:49 |
|
|
|
• İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Dünən, 16:41 |
|
|
|
• "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Dünən, 16:39 |
|
|
|
• Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Dünən, 16:35 |
|
|
|
• Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Dünən, 16:34 |
|
|
|
• Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Dünən, 16:31 |
|
|
|
• Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Dünən, 16:20 |
|
|
|
• “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Dünən, 16:19 |
|
|
|
• Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:00 |
|
|
|
• Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Dünən, 15:56 |
|
|
|
• Ermənilər elə davranır ki... - ŞƏRH
Dünən, 15:54 |
|
|
|
• ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Dünən, 15:47 |
|
|
|
• İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Dünən, 15:44 |
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Dünən, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Dünən, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Dünən, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Dünən, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Dünən, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Dünən, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Dünən, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Dünən, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Dünən, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Dünən, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Dünən, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Dünən, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Dünən, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Dünən, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Dünən, 13:09 |
|
|
|
|