İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub .....                     Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? .....                     "Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, .....                     Şahin Bağırovun 60 min vergi borcu var .....                     Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi .....                     Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir .....                     Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı .....                     “Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” .....                     Yediyimiz niyə zəhər olur? .....                     Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb .....                     Ermənilər elə davranır ki... .....                     ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı .....                     İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir .....                     Tramp ilk müharibəni elan etdi .....                     Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... .....                     Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi .....                     “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” .....                     BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub .....                     "Məsələni ictimailəşdirmişdim" .....                     4 milyona görə 9 il cəza istədi .....                     Ov mövsümü açıq elan edilib .....                     Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq .....                     Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır .....                     Əliyevlə görüşdən qaçdı .....                     Paşinyanın deputatından sayıqlama .....                     Vüsal Aslanovun siftəsi pozuldu: .....                     Pensiya yaşının artırılması məntiqsizliyi... .....                     ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq .....                     MDB dövlət başçıları görüşəcəklər .....                     Restoran və şirkət rəhbərləri belə aldadılıb .....                     İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb .....                     Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında .....                     Milyonluq ordu üçün AB-dən tələb .....                     İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub .....                     Brayza Trampın Azərbaycanla bağlı planı barədə .....                     "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" .....                     Bu şirkətlər vətəndaşları aldadır .....                     Arabir yağıntılı olacağı ehtimalı var .....                     Məşhur müğənninin Bakıyla bağlı paylaşımına .....                     “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir .....                 

İqtisadiyyat Nazirliyi dövləti ÇƏTİN DURUMA SALIR... - ARAŞDIRMA
Tarix: 12-06-2021, 11:11 | Çap et
İqtisadiyyat Nazirliyi dövləti ÇƏTİN DURUMA SALIR...
İqtisadiyyat Nazirliyinin Kollegiyası “Satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi Qaydası”nı təsdiqləyib.

AFN xəbər verir ki, qayda Nazirlər Kabinetinin “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 16 fevral tarixli qərarının icrası məqsədilə hazırlanıb.
Qəribədir, az qala 4 ay əvvəl Nazirlər Kabinetinin verdiyi tapşırığı İqtisadiyyat Nazirliyi indi icra edir. Təsdiqlənən qaydalar uzunmüddətli – tutalım ki, 2-3 illik dövr üçün nəzərdə tutulsaydı, 4 aylıq yubanmanı normal qarşılamaq olardı. Amma məsələ burasındadır ki, Nazirlər Kabinetinin məlum qərarı ölkə daxilində unun və un məhsullarının qiymətinin artmasının qarşısını almaq məqsədi daşıyırdı. Qərara əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 manat məbləğində subsidiya verilməli, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi qaydasını təsdiq etməli idi.
Yəni İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə təsdiqləməli olduğu qayda 37 gün əvvəl icra müddəti başa çatan qərarın icrası məqsədi daşıyır! Absurddur, deyilmi? Dünya bazarında, eləcə də əsas buğda aldığımız ölkə olan Rusiyada buğdanın qiyməti sürətlə bahalaşır. Üstəlik, Rusiya fevralın 14-dən etibarən ixraca yönələn buğdaya əlavə rüsum təyin edir. Nazirlər Kabineti un və çörəyin əhalinin rasionundakı payını nəzərə alaraq dərhal reaksiya verir, yerli istehsalçılara dövlətin dəstəyini müəyyənləşdirir. Lakin İqtisadiyyat Nazirliyi yerindən tərpənib o dəstəyi almaq üçün qayda hazırlayana qədər yeni məhsul bazara çıxmağa başlayır!
Özü də elə bir şəraitdə ki, fevral ayında Azərbaycana 1 kiloqram da olsa buğda idxal edilmir. İdxalçılar da, emalçılar da Rusiyanın qərarından sonra bazarda yaranan yeni qiymətə alışmağa çalışırlar. Dövlət öz dəstəyini ifadə edir, qərarını verir, nəticədə mart ayında birdən-birə buğda idxalı yanvara nisbətən 8 dəfədən çox artır. İstehsalçı daha yüksək qiymətlə malı almaqda tərəddüd etmir, çünki dövlət ona hər ton una görə 35 manat subsidiya verəcək. Lakin dövlətin sahibkara yönəlik xoş niyyətini İqtisadiyyat Nazirliyi bərbad edir – fevral-may ayları ərzində un istehsal edən sahibkar dövlət dəstəyini bu nazirliyin məsuliyyətsizliyi üzündən ala bilmir. Nəticədə uduzan yenə xalq – sıravi vətəndaş olur: unun və çörək istisna olmaqla un məhsullarının kiloqramında 20 faizə qədər bahalaşma onun cibinə girir. Bu cibgirliyin baiskarı isə İqtisadiyyat Nazirliyidir. Bu nazirlik hüquqlarını müdafiə etdiyi sahibkarı da, istehlakçını da taleyin ümidinə buraxır. Buna görə cəzasız qalacağına o qədər əmindir ki, un bazarında qiymətləri tənzimləyəsi çox zəruri bir qaydanı zəmilərdən biçilən buğda bazara daxil olduğu ərəfədə ortaya çıxarır. Hansı sahibkarın imkanı var ki, 4 ay xammalı baha alıb, emal edib məhsulu ucuz satsın? Heç bir normal iqtisadiyyatı olan ölkədə bu, mümkün deyil. Hətta dünya iqtisadiyyatından çox fərqli olan Azərbaycanda da hansısa sahibkarın buna davam gətirmək gücü yoxdur. Ona görə də sahibkar gözləyib-gözləyib aprelin əvvəlindən un və un məmulatlarının qiymətini qaldırdı. Bu isə o deməkdir ki, İqtisadiyyat Nazirliyinin hazırladığı qayda daldan atılan daş effekti verdi desək, yanılmarıq.
Beləliklə, dövlətin əhaliyə, sahibkara yönəlik xoşgörülü addımını Mikayıl Cabbarovun rəhbərlik etdiyi qurum nəticəsiz bir addıma çevirdi!
Məlumat üçün bildirək ki, “Satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi Qaydası”na görə, un istehsalçısı dedikdə, Azərbaycan Respublikasının ərazisində un istehsalı üçün mülkiyyətində, yaxud istifadəsində olan zəruri avadanlıqlardan istifadə etməklə xammaldan (alınmış və ya idxal edilmiş ərzaqlıq buğdadan) bilavasitə un istehsal edərək istehsal etdiyi unu təqdim edən və (və ya) təsərrüfatdaxili qaydada digər təsərrüfat subyektində (obyektində) emal edərək un məmulatı təqdim edən şəxslər nəzərdə tutulur. Un istehsalçıları tərəfindən subsidiya alınması üçün istehsal edilmiş unun və ya istehsal edilmiş undan emal edilmiş un məmulatlarının satışını təsdiq edən elektron qaimə-faktura məlumatlarını və istehsalla bağlı “istehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası” məlumatlarını növbəti ayın 5-dək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edirlər. Un istehsalçıları tərəfindən bu Qaydada müəyyən edilən məlumatlar müvafiq ayın 5-dən sonra təqdim edildikdə həmin müraciətlər növbəti ay üzrə nəzərə alınır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təqdim edilmiş məlumatları ümumiləşdirir, bu Qaydaya uyğun olaraq dəqiqləşdirir və müvafiq ay üzrə un istehsalçılarına ödəniləcək vəsaitlərin məbləğinin (un istehsalçıları tərəfindən satılmış unun və ya satışı həyata keçirilmiş emal edilmiş un məmulatlarının istehsalına yönəldilmiş unun hər tonunu 35 manat subsidiya məbləğinə vurmaqla) hesablanmasını və cari ayın 15-dək icmallaşdırılmasını təmin edir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti aşağıdakı məlumatlar əsasında un istehsalçılarına ödəniləcək subsidiyanın hesablanması üçün əsas olan un çəkisinin azaldılması, məhdudlaşdırılması və ya qismən məhdudlaşdırılması barədə qərar qəbul edə bilər:
- müvafiq un istehsalçısı tərəfindən Azərbaycan Respublikasının antiinhisar qanunvericiliyinin tələblərinin pozulması halları aşkar olunduqda;
- müvafiq un istehsalçısının un satışı üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq riskli əməliyyatlar aparması müəyyən olunduqda;
- müvafiq un istehsalçısı tərəfindən istehlakçıların hüquqlarının pozulması və ya məhdudlaşdırılması halları müəyyən olunduqda.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarına alacaqları subsidiyanın məbləği, habelə subsidiya məhdudlaşdırıldığı təqdirdə müvafiq izahatı özündə əks etdirən bildirişi cari ayın 20-dək göndərir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu Qaydaya əsasən icmallaşdırılmış məlumatlar əsasında subsidiyanın ödənilməsi ilə bağlı ödəniş sifarişini cari ayın 20-dək Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir. Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi 2 bank günü ərzində təqdim edilmiş ödəniş sifarişi əsasında subsidiya məbləğlərinin un istehsalçılarının bank hesablarına köçürülməsini həyata keçirir.

AFN-in Analitik qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 115 illiyi qeyd olunub - VİDEO
Bu gün, 16:47
Hökumə Əliyeva ilə bağlı nəzərdə tutulan kompensasiya kimə verilməli idi? – Hüquqşünas açıqladı
Bu gün, 16:41
"Rusiyanın təzyiqi və İran faktoru nəzərə alındıqda, Ermənistan istədiyi xarici gücləri bölgəyə gətirə bilməz"
Bu gün, 16:39
Şahin Bağırovun 60 min vergi borcu var - FOTO
Bu gün, 16:35
Sabiq şöbə rəisi Ali Məhkəməyə müraciət etdi - DETALLAR
Bu gün, 16:34
Katexlilər içməli su sarıdan ƏZİYYƏT çəkir - Problem nə vaxt həllini tapacaq?
Bu gün, 16:31
Talassemiyalı uşaqların 1 milyon manata yaxın pulunun mənimsənilməsi ilə bağlı məhkəmədə şahidlər ifadə verib
Bu gün, 16:20
“Az-Granata” MMC şirkəti pay torpağımı batırır, məndən gizlin...” - NARAZILIQ VAR...
Bu gün, 16:19
Yediyimiz niyə zəhər olur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:00
Əfqanıstanda yaşayan Azərbaycan əsilli əfşarlar üçün təhsil mərkəzi yaradılıb - FOTO
Bu gün, 15:56
Ermənilər elə davranır ki... - ŞƏRH
Bu gün, 15:54
ADNSU-da rektor Vazeh Əskərov qalmaqalı – 33 illik dosent faktları açıqladı
Bu gün, 15:47
İrəvan 5,7 milyon dollarlıq konsert pulunu büdcəyə qaytara bilmir
Bu gün, 15:44
Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36
Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35
Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31
“”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27
BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24
"Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18
4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15
Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12
Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09
Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04
Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37
Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33
Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02
Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00
ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58
MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09
Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07
İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02
Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00
Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54
İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51
Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50
"Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48
Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43
Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41
Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35
“MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34
Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27
Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25
“Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23
ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17
Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10
Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03
"İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59
Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55
Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51
Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru