AMEA-da PLAGİAT QALMAQALI - Alimdən SƏRT İTTİHAMLAR
Tarix: 1-04-2021, 11:58 | Çap et
“Rəhmətlik akademiklər Ağamusa Axundov və Bəkir Nəbiyevin də bu məsələnin həllinə gücü yetmədi”.
Yenicag.az xəbər verir ki, bu iddialarla Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva çıxış edib.
Səadət Şıxıyeva qeyd edib ki, AMEA-da plagiatla məşğul olan bir sıra şəxslərin başqa alimlərin düşüncə məhsullarını mənimsəməsi faktlarını üzə çıxardığı üçün ona qarşı çirkin kampaniya başladılıb:
“Düz 20 il öncə Azadə Rüstəmovanın (2001), daha sonra Yaqub Babayevin (2009), daha sonrakı illərdə Əkrəm Bağırovun plagiatı ilə bağlı faktları üzə çıxardım. İlk ikisinin istinadsız köçürmələri mənim araşdırmalarıma aid idi. Mən faktları mətbuata təqdim etdim. “Elm”, “Dil və ədəbiyyat” kimi elmi nəşrlərdə, “Ədalət”, “Arena” kimi dövri mətbuatda ifşaedici məqalələrim nəşr olundu.
Daha sonrakı illərdə də plagiat kimi eybəcər təzahürə qarşı dözümsüzlüyümü bilən Şərqşünaslıq İnstitutunun rəhbərliyi Əkrəm Bağırovun özünü tərtibçi olaraq təqdim etdiyi “Təzkireyi-Nəvvab” əsəri ilə bağlı ekspertiza komissiyasına adımı təqdim etdi. Həmin komissiyada işimiz həftələrlə davam etdi. Həmin mətnin ilk variantı (əlyazması), çap olunan kitabın əsli olan makina variantı (2 qalın qovluq) və çap olunmuş kitab komissiyaya təqdim olundu.
Uzun araşdırmalar və mətnlərin tutuşdurulması nəticəsində belə qərara gəldik ki, əlyazma və makina yazısı elə qovluqların üzərində yazıldığı kimi Nəsrəddin Qarayevə məxsusdur. Mətni farscadan tərcümə edən, türkcə mətnləri transliterasiya edən və kitabı nəşrə hazırlayan Nəsrəddin Qarayevdir. Amma kitabı çap etdirən Ə.Bağırov şəxsən tanıdığı və həyatda olmayan bir insanın haqqını mənimsəyərək, onun əqli məhsulunu özününküləşdirib.
Komissiyanın 7 üzvündən 6-sı (dostu və obyektivlik hissindən tamamilə məhrum olan Firudin Qurbansoy xaric) müzakirə nəticəsində gəldiyimiz qərara imza atdı: kitab yenidən nəşr olunmalı, Nəsrəddin Qarayevin adı tərtibçi, farscadan tərcümə və türkcə mətnlərin transliterasiya edəni olaraq qeyd olunmalıdır. Kitabın Müəllif Hüquqları Agentliyində keçirilən bir neçə aylıq ciddi araşdırması da eyni nəticəyə gətirmişdi: “Kitabın nəşri zamanı N.Qarayevin müəlliflik hüquqları kobudcasına pozulmuşdur”.
Alim qeyd edib ki, sözügedən şəxslər özünün Nəsimi haqqında yazdığı 12 illik araşdırması nəticəsində ərsəyə gələn kitaba şərik çıxmaqdan belə çəkinməyiblər:
“Ə.Bağırov nə AMEA-nın təşkil etdiyi Komissiyanın, nə də Müəllif Hüquqları Agentliyinin qərarını saya salmadan kitabı təkrar nəşr etdirdi və bu dəfə də kitaba redaktor olaraq Teymur Kərimlinin adını yazdırdı. Bu şəxsin də mənimlə düşmənçiliyinin əsasında onun elmdəki naqis əməllərinə şahidliyim və seyrçi qalmamağım dururdu. Onun guya elmi rəhbəri olduğu, əslində, elmi işlərini yazdığı şəxslərin dissertasiya müzakirələrində tənqidi çıxış və plagiat faktlarını ifşa bu düşmənçiliyin bünövrəsini qoymuşdu.
Mənə heç bir xəbər vermədən 12 illik əməyimin məhsulu (Nəsimi// Azərbaycan ədəbiyyatı tarixi, III c., 2009) üzərində öz adını həmmüəllif olaraq yazan Teymur Kərimli də həmin mətnə etdiyi gülünc əlavə (cəmi 5-6 səhifə də onun Mehman Məmmədova yazdığı dissertasiyanın bir neçə səhifəsi idi) ilə mənim halal əməyimə şərik çıxmış, məni də özünün naqis əməlinə şərik etmişdi.
Bu barədə rəhmətlik akademiklər Ağamusa Axundov və Bəkir Nəbiyev də məlumatlı idilər. Təəssüf ki, onların belə bu məsələnin həllinə gücü yetmədi. Ədəbiyyat İnstitutunun hazırkı rəhbərliyinə də faktlarla müraciətim nəticə vermədi. Səbəb çox sadə idi: şəxsi dostluq və Azərbaycan reallığı… Halbuki T.Kərimli də himayə etdiyi, ilhamlandırdığı Ə.Bağırov kimi plagiatçı və elmdə heç bir yeri olmayan qeyri-ciddi adamdır. Buna əmin olmaq üçün onun rəhbərlik etdiyi dissertasiya işləri, kitab adına nəşr etdirdiyi bəsit nəşrlər, verdiyi qeyri-ciddi müsahibə və məqalələrə nəzər salmaq yetərlidir”.
Səadət Şıxıyeva həmin şəxslərə müraciətlə belə halların təkararlanacağlı təqdirdə AMEA-da baş verən bu özbaşınalıqlar haqqında ölkə başçısına marüciət eədəcyini bildirib:
“Neçə illərdir ki, Yaqub Babayev, Xatirə Quliyeva və Əkrəm Bağırovun məsləhətçisi olub kulis arxasında oturmaqla əleyhimə şər-böhtan kampaniyası aparan Teymur Kərimli özünün plagiatçı simasını pərdələmək üçün hər üsula əl atır. Cənab Kərimli, mən əlimdə olan faktlardan çıxış edib sizin “elmi fəaliyyət”in bir sıra “məhsul”unu qeyri-ciddi, Azərbaycan elminin üzqarası və bir qismini də plagiat hesab edirəm.
Özünüzü təmizə çıxarmaq üçün mənim adımı Xatirə Quliyeva və Əkrəm Bağırov kimi Azərbaycan aliminə yaraşmayan sifətlərə malik şəxslər vasitəsilə internet saytları, dövri mətbuat və sosial şəbəkələrdə plagiatla bağlı hallandırmağa son verin! Əlinizdə istinadsız köçürməmə dair heç bir fakt olmadığı üçün sizin və trollarınızın bu şər-böhtan kampaniyası və təqibi cinayət tərkibli əməldir!!! Bu sizə ilk və son xəbərdarlığımdır.
2019-cu ildə Fəridə Əzizova və onun trolları – Firudin Qurbansoy və Aidə Qasımova (kitab və məqalələrinin redaktoru olduğumu unudan keçmiş rəfiqəm) dəfələrlə adımı aidiyyatsız məsələlərdə hallandırdılar. Haqqımı, əməyimin məhsullarını mənimsədilər… Əllərində nə bir dəlil, nə bir sübut olmadan məni ən nifrət etdiyim plagiatda ittiham edib müəlliflik hüquqlarımı pozdular…
Artıq səbr kasam daşdı… Mən daha bir bənzər hal olarsa, ölkə başçısına AMEA-da baş verən bu özbaşınalıq haqqında ölçü götürülməsi üçün müraciət edəcəyəm. Bir Azərbaycan vətəndaşı, ömrünü elmə həsr edən, onlarla ciddi nəşrlərdə Azərbaycan elmini ləyaqətlə təmsil edib məşğul olduğu sahəyə hörmət qazandırmağı bacaran, onlarla xarici konfranslarda Azərbaycanı elmi mühitini lazımi səviyyədə təmsil edən bir şəxs kimi buna haqqım çatır”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
• Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24 |
|
|
|
• Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18 |
|
|
|
• Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12 |
|
|
|
• Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09 |
|
|
|
• Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05 |
|
|
|
• Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57 |
|
|
|
• İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55 |
|
|
|
• Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02 |
|
|
|
• Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00 |
|
|
|
• Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58 |
|
|
|
• Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26 |
|
|
|
• Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09 |
|
|
|
• “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07 |
|
|
|
• Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04 |
|
|
|
• Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59 |
|
|
|
• Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57 |
|
|
|
• İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53 |
|
|
|
• “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50 |
|
|
|
• Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41 |
|
|
|
• "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39 |
|
|
|
|