İcra başçılarına qadağa: .....                     "Boşanmışdıq, uşağımı görə bilmirdim" .....                     Saatlar ABŞ vaxtı ilə qurulur: .....                     Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir .....                     Müştərilər “Premium Bank”dakı pullarını geri götürür .....                     Elmin İnkişafı Fondunun direktoru cərimələnir .....                     Xəstəxana həyətində həkimi maşın vurdu .....                     "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" .....                     “Bank of Baku” bütün depozitlərini sıfırlayıb .....                     Nazir müdiri işdən çıxardı .....                     Atdığım baltanın ölçüsü nə qədər idi? .....                     Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir .....                     "O, qurumun vitse-prezidenti deyil" .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır .....                     “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” .....                     7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                     Bu icra başçıları özlərinə köməkçi axtarır .....                     Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? .....                     "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" .....                     Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? .....                     Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi .....                     Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... .....                     Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb .....                     "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi .....                     "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" .....                     İstəsəydim icra başçısı, nazir olardım .....                     Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır .....                     Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər .....                     Orduda qadınların potensialından istifadə etməliyik .....                     Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur .....                     Almaniya Ermənistana 20 milyon avro bağışlayır .....                     Bank sektorunun SARI ÇÖKÜŞÜ... .....                     Toyun toy, vayın da vay yeri var: .....                     Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı .....                     Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi .....                     Mərkəzi Univermağın qızıl alverçilərinin .....                     İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub .....                     Müharibə bitəcək, amma necə... .....                 

Əli Həsənovla bağlı ŞOK İDDİALAR... - SƏN DEMƏ...
Tarix: 29-03-2021, 12:13 | Çap et
Əli Həsənovla bağlı ŞOK İDDİALAR...
Deyirəm dağıl, ay gidi dünya. İndi Əli Həsənov oturub evdə baxır televiziyalara, qəzetlərə, elektron KİV-lərə, sonra da başlayır yerində qurcuxmağa. Və yəqin ki, arada əlini şappırtıynan dizinə vurub deyinir ki, “Gör nələr əlimdən çıxdı, nələri itirdim?” Bəli, Əli Həsənov çox şey itirdi.

Birincisi, ağlını itirdi.

İkincisi, ali dövlət rəhbərliyinin etibarını və minlərlə insanın inamını itirdi.

Üçüncüsü isə təsəvvür edilə bilməyəcək qədər böyük maddi və inzibati rıçaqları itirdi. O dövlət içində nəhəng bir biznes imperiyası qurmuşdu. Onun statusuna o zaman istənilən yüksək çinli məmur qibtə edirdi. Eyni zamanda, bütün məmurlar bu və ya digər şəkildə Əli Həsənovla hesablaşırdı. Çünki Əli Həsənov 4-cü hakimiyyətin başındaydı və fövqəladə səlahiyyətlərə malik idi. O istədiyi məmuru sındıra və dizə gətirə bilirdi. Onun əlində 10-dan artıq televiziya, onlarla qəzet və yüzlərlər elektron KİV-lər var idi. Üstəlik, Azərbaycanın reklam bazarı da Əli Həsənovun nəzarətində idi. Ona görə də son 20 ildə əlində möhürü olan ixtiyari dövlət və qeyri-hökümət təşkilatı və o cümlədən kommersiya strukturları Əli Həsənovla hesablaşmaq məcburiyyətində idi.

Amma neyləyək ki, bu qədər səlahiyyətlərə və imkanlara sahib Əli Həsənov o qədər harınlaşdı ki, gözü heç kimi görmədi. Və məşhur kinomuzdakı Kərəmov kimi qabağına çıxanı əzib keçdi. Və bu özbaşna hərəkətləri də təbii ki, cavabsız qalmadı. Çünki Əli Həsənov Azərbaycan dövlətinə və xalqına son 25 ildə ən çox ziyan vuran iki məmurdan biridir. Və bəlkə də birincisidir.

Əli Həsənovun statusu elə idi ki, göydə uçan quşdan da onun xəbəri olmalı idi. Əslində Əli bəyin də nəinki göydə uçan quşlardan, hətta yerdə sürünən zəhərli ilanlardan da xəbəri var idi. Əli Həsənov Ramiz Mehdiyevə arxalanaraq ölkədə cinayətkar şəbəkə yaratmışdı. Bu şəbəkə Hacı Məmmədovun qanqsterlərindən, Eldar Mahmudovun qoçularından daha qorxulu idi. Çünki Hacı Məmmədovun da, Eldar Mahmudovun da hədəfləri lokal idi. Onları yalnız milyonçular maraqlandırırdı.

Əli Həsənovun isə hədəfi təmiz insanlar, doğrunu söyləyənlər və özünə-sözünə hörmət edənlər idi. Yəni Əli Həsənov Azərbaycanın genefondunu məhv etməklə məşğul idi. 25 illik hakimiyyəti dövründə o, Azərbaycan mətbuatının görən gözünü kor, eşidən qulağını kar eləməyə çalışdı. Ətrafına yığdığı korazehin adamlarla nə qədər işıqlı ziyalının ürəyini partladıb öldürdü. Nə qədər kasıb, yetim jurnalisti barmaqlıqlar arxasına saldırdı. Bir anlığa diqqət edək. Əli Həsənov 1,6 ildir ki, siyasi səhnədə yoxdur. Amma bu müddətdə bir dənə də olsun jurnalist həbs olunmayıb. Bir dənə də olsun siyasi fəal incidilməyib. Necə deyərlər, “qurdla quzu bir yerdə otlayır”.

Əli Həsənov korporativ maraqları üçün bütün zamanlarda dövləti maraqları ayaqlar altına atırdı. O, öz statusundan istifadə edərək bütün məmurlardan “dolya” alırdı. Onun haqq aldığı məmurlar siyahısında ən bərkgedən nazirlərin adı da vardı. İcra başçıları isə sadəcə Əli üçün xırda çibxərcliklər ödəyən məmurlar idi. Həsənovun qurduğu texnologiya isə belə idi.

O, bütün məmurlarla razılaşmışdı ki, sizi mətbuatdan qoruyacam. Və ən başlıcası, mətbuatın sizin haqqınızda yazdıqlarının ölkə rəhbərliyinə çatmasının qarşısını alacam. Təbii ki, bu təklif istənilən məmur üçün cəlbedici idi. Ona görə də məmurların tam əksəriyyəti onunla separat danışığa gedirdi. Amma Əli Həsənov aldığı “dolya” ilə kifayətlənmirdi. Davamlı şəkildə həmin məmurları şantaj edirdi. Bax, Əli belə Əli idi. Hələ onu demirəm ki, bir çox iriçaplı məmurlarla iş ortaqlığı vardı. Əli Həsənovun məmurlara “arxa durması” təbii ki, sosial narazılığı artırır, məmur özbaşınalığına meydan verirdi. Bu, məsələnin bir tərəfi.

Məsələnin digər tərəfi isə o idi ki, Əli Həsənovun biabırcı və cinayətkar əməlləri hesabına ölkə mətbuatının rəngi də dəyişirdi. Mətbuat ancaq şou əhlinin təbliği ilə məşğul idi, yəni “sarı mətbuat”a çevilmişdi. Onun hökmranlığı dövründə rəsmi mətbuata tənqidi yazılar yazmaq, şikayətlərlə bağlı süjetlər hazırlamaq birmənalı şəkildə qadağan olunmuşdu. Bu qadağanı pozan televiziya rəhbəri və qəzet redaktorunu çox ciddi cəza gözləyirdi. Yəni obyektiv, vicdanlı jurnalistləri Əli Həsənovun görən gözü yox idi. Onun vaxtında biabırçı “media kapitanları” ifadəsi var idi. O, özünə yaxın bildiyi, dediyi ilə oturub-duran “jurnalistlər”i ora toplamışdı.

Əli Həsənovun “media kapitanları” da harda aş, orda baş idilər. Fəxri adlar, pulsuz mənzillər, dövlətin mətbuata ayırdığı vəsaitlər məhz həmin “media kapitanları” üçün idi. Əli Həsənov bütün bunlardan gözü doymayıb, arvadı üçün bir media holdinq də yaratmışdı, oğlunu isə Xəzər TV-nin başına keçirmişdi.

Qəribə burası idi ki, o, dünyanın aparıcı KİV-lərinin ölkəmizdəki nümayəndələrindən də “dolya” umurdu. “Dolya” verməyənlərin isə bu və ya digər şəkildə ölkədən qovulmasına nail olurdu. Bunun acısını biz bu gün, xüsusilə də 44 günlük müharibədə dəhşətli dərəcədə hiss etdik. Bu gün ölkəmizdə nəinki SNN, BBC, “Reuters” kimi media nəhənglərinin, heç Rusiya televiziyalarının da müxbir məntəqələri yoxdur. Halbuki Ermənistanda dünyanın bütün aparıcı xəbər agentliklərinin müxbir postları var. Amma bizdə yoxdur. Çünki Əli Həsənov onların hamısının “dalından dəymişdi”. Onun milli xəyanəti hesabına Azərbaycan informasiya blokadasına alınmışdı.

Obyektiv fikirlər subyektiv yanaşmalardan formalaşır. Əli Həsənovun subyektiv yanaşmasına görə Azərbaycan çətin günlər yaşadı. Amma çox şey artıq keçmişdə qalıb. Bu gün həm dördüncü hakimiyyət normal nəfəs alır, həm də ki, məmurları qulağı dincəlib. Əli Həsənov öz məkirli məqsədləri üçün hətta ölkə rəhbərliyini mətbuatdan təcrid etmişdi. Sonuncu dəfə Respublika Prezidentinin ölkə və yaxud xarici mətbuata verdiyi müsahibəni çətin ki, kimsə xatırlasın. Lakin son il yarımda ölkə başçısı ən azı 50-dən artıq xarici mətbuata müsahibə verib. Yerli telekanallar isə dəfələrlə prezident İlham Əliyevə birbaşa sual ünvanlamaq imkanı qazanıblar.

Fevral ayının 25-də Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransı isə cəmiyyətimiz üçün bir yenilik idi. Ölkə başçısı 4 saat müddətində onlarla yerli və xarici ölkə mətbuatı nümayəndələrinin suallarını cavablandırdı. Ədalət naminə deyək ki, bu mətbuat konfransı ölkəmizin beynəlxalq imicinə yeni müsbət çalarlar əlavə etdi. 10 gün müddətində dünyanın aparıcı KİV-ləri bu mətbuat konfransından və orda səsləndirilən fikirlərdən yazdı.

Amma Əli Həsənovun vəzifədə olduğu 25 il müddətində belə bir hadisə olmamışdı. Çünki belə bir mətbuat konfransı təşkil etməyə Əli Həsənovun nə qabiliyyəti çatırdı, nə də maraqları yol verirdi. Çünki o 5-ci kolonun ən fəal üzvlərindən biri idi. Onlar üçün hər şeyin başında pul dayanır. Onlar üçün Vətən, millət ancaq bir sözdür, məqsədlərinə çatmaq üçün vasitədir. Son məqsəd isə lap çoxlu puldur. Pulgirlərinsə milliyyəti və Vətəni olmur…

Surxay Atakişiyev,

KONKRET.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53
"Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52
Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49
Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41
Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33
Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31
Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30
"Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24
“Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22
Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18
Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15
Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10
"O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02
“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41
Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36
Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34
Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28
Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24
Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18
Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12
Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09
Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00
Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57
İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55
Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00
Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58
Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26
Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09
“Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07
Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04
Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru