“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” .....                     7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                     Bu icra başçıları özlərinə köməkçi axtarır .....                     Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? .....                     "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" .....                     Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? .....                     Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi .....                     Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... .....                     Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb .....                     "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi .....                     "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" .....                     İstəsəydim icra başçısı, nazir olardım .....                     Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır .....                     Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər .....                     Orduda qadınların potensialından istifadə etməliyik .....                     Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur .....                     Almaniya Ermənistana 20 milyon avro bağışlayır .....                     Bank sektorunun SARI ÇÖKÜŞÜ... .....                     Toyun toy, vayın da vay yeri var: .....                     Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı .....                     Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi .....                     Mərkəzi Univermağın qızıl alverçilərinin .....                     İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub .....                     Müharibə bitəcək, amma necə... .....                     Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... .....                     Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi .....                     Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib .....                     Moskva gözləntiləri doğruldur .....                     “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? .....                     Əmlak bazarında durğunluq hökm sürür .....                     Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ .....                     Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi .....                     İlham Əliyev və Nikol Paşinyan .....                     “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” .....                     Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Trend mahnısının cümləsi qalmaqallı oldu: .....                     "Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb .....                 

Rövşən Əkbərovu Avropa Məhkəməsindən qoruyanlar da CAVAB VERƏCƏKMİ? - İLGİNC GƏLİŞMƏ
Tarix: 18-03-2021, 11:20 | Çap et
Rövşən Əkbərovu Avropa Məhkəməsindən qoruyanlar da CAVAB VERƏCƏKMİ?
Bu ilin fevral ayında müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə birlik komandiri vəzifəsindən azad olunaraq ehtiyata buraxılan, bir müddət sonra isə həbs edilən general-leytenant Rövşən Əkbərovun nədə ittiham olunduğu bəlli olub. Belə ki, bu barədə Baş Prokurorluqdan verilən məlumata görə, 2001-ci ildə Ukraynanın Kiyev şəhərində azərbaycanlı iş adamı Elçin Əliyevin qətlinin Rövşən Əkbərov tərəfindən törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərov azərbaycanlı iş adamı Elçin Əliyevi aralarında yaranmış münaqişə səbəbindən qətlə yetirib

Məlumatda deyilir ki, Azərbaycan Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan Respublikasına göndərilib. O da qeyd olunur ki, həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb. 2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq İdarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Rövşən Telman oğlu Əkbərov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Rövşən Telman oğlu Əkbərovun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Elçin Fəday oğlu Əliyevlə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib. 15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Avropa Məhkəməsində bu iş araşdırılarkən Azərbaycan hökuməti sorğuya cavabında yazmışdı ki, Əkbərovun baş verənlərə aidiyyəti müəyyən edilməyib”

Bu arada, “Azadlıq radiosu”nun yazdığına görə, mərhum Elçin Əliyevin ailə üzvləri ötən 20 il ərzində dəfələrlə mətbuat konfransları keçirib, hüquq-mühafizə orqanlarına, Prezident Administrasiyasına şikayətlər ünvanlayıb və Rövşən Əkbərovun cəzalandırılmasını tələb ediblər: “Onlar iddia edirdilər ki, Kiyevdə restoranda mübahisə düşüb, nəticədə Əkbərov ürəyindən vurduğu bir bıçaq zərbəsi ilə onu qətlə yetirib. O dövrdə Ukrayna prokurorluğu da Azərbaycan hüquq-mühafizə orqanlarına rəsmi məktub göndərib. Məktubda göstərilib ki, qətl hadisəsində Əkbərovun iştirakına dair faktlar müəyyən olunub. Lakin o, Azərbaycan vətəndaşı olduğuna və bu ölkə ərazisində yaşadığına görə məsuliyyətə cəlb edilməsi üçün cinayət işinin materialları da Bakıya göndərilib. Ukraynadan cinayət işinin materialları göndəriləndən sonra əvvəlcə Hərbi Prokurorluğa, daha sonra Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə (hazırkı İstintaq İdarəsi) verilib”. Bildirilir ki, mərhumun valideynlərinin ərizəsi əsasında Avropa İnsan Hüquqları Məhkəməsi də bu işi araşdırıb: “Məhkəmə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Belə nəticəyə gəlib ki, bu iş üzrə effektli araşdırma aparılmayıb. Avropa Məhkəməsində bu iş araşdırılarkən Azərbaycan hökuməti sorğuya cavabında yazmışdı ki, Əkbərovun baş verənlərə aidiyyəti müəyyən edilməyib”.

“Niyə Ukrayna tərəfi indiyədək bu barədə susub, onun saxlanması, dindirilməsi və ya həbsi üçün tələb irəli sürməyib?”

Gördüyünüz kimi, general-leytenant Rövşən Əkbərovun iş adamı Elçin Əliyevi qətlə yetirməsi hələ 20 il öncə bəlli olsa da, o zaman hökumət kimə və ya nəyəsə görə bunun üzərindən sükutla keçməyə üstünlük verib. Məhz elə bu səbəbdən də sabiq birlik komandirinin bu qədər uzun müddət sonra həbsi əksəriyyət tərəfindən siyasi qərar kimi xarakterizə olunur. “Hürriyyət” xəbər verir ki, mözvuya dair fikirlərini bölüşən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altayın sözlərinə görə, Rövşən Əkbərovun həbs səbəbi onun hərbi və ya dövləti cinayət, xəyanət əməli ilə bağlı ola bilər: “Rövşən Əkbərovun həbs olunması Azərbaycan ictimaiyyətində suallar dolu geniş müzakirələrə səbəb olub və olmalıdır. Orduda yüksək komandir vəzifələri tutmuş general-leytenantdır, milli qəhrəman fəxri adı, orden-medallar daşıyır. Ortada rəsmi həbs faktı var. Real, konkret səbəbi isə müxtəlif cür gümanlardır. Belə ki, həbs səbəbinin gümanlarına gəldikdə, 19 il əvvəl Əkbərovun Kiyevdə iş adamını qətl etməsi variantı elə də əsaslı real ehtimal yaratmır. Niyə Ukrayna tərəfi indiyədək bu barədə susub, onun saxlanması, dindirilməsi və ya həbsi üçün tələb irəli sürməyib? Kiyevin tələbi indiyə qalıbsa, bu halda niyə Azərbaycan tərəfi bu saxlanmanı, ya dindirilmə, ya uzağı, ekstradisiya təşkil etməsin, ölkədə ağır cinayət törətmiş kimi ən sərt, 4 aylıq qətimkan tədbiri seçsin onun haqqında? Ukraynadan həmin qətl işi ilə bağlı şübhəli şəxs qismində sorğu tələbnamə olsaydı, Azərbaycan dövləti Əkbərova arxayın olub, bu qədər yüksək vəzifə, rütbə, fəxri ad və təltiflərə layiq bilərdimi? Və nəhayət, Rövşən Əkbərovun Kiyevdəki qətl barədə cinayət təqibi, narahatlığı olduğu halda niyə son vaxtlar var-dövləti, əmlaklarını, yaşayışını Kiyev, Ukraynaya köçürsün? Versiyaya, qarşı sual çox! Fikrimcə, bu məsələ ilə bağlı ilkin arama və analiz belə, general Rövşən Əkbərovun həbs səbəbi ehtimalını onun hərbi və olsun ki, dövləti cinayət, xəyanət əməl versiyası üzərinə yönəldir”.

“Kimliyindən, vəzifə və titulundan asılı olmayaraq, istənilən şəxsin cinayəti, xüsusi olaraq, hərbi və dövləti cinayəti bağışlanılmazdır”

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri hesab edir ki, bu ağır ittiham ehtimalı böyüyərsə, o zaman digər yüksək çinli hərbi vəzifəliləri də əhatə etməsi mümkün ola bilər: “Əkbərovun 2-ci Qarabağ savaşına qədər orduda xüsusi yüksək qruplaşmada xüsusi yerə və “bildiyini edən”, ayrıca “statusa” sahib olması, ona və onunla birlikdə bir neçə yüksək vəzifəli hərbçiyə etimad edilməyib müharibə başlanan mühüm məqamda, ordu və müharibədən kənar edilməsi, ehtimal edilən cinayət əməlinin xüsusi ilə ağır olması səbəbindən vacib istintaq hərəkəti üçün maksimal, 4 aylıq həbs qətimkan tədbiri seçimi və mühüm dövləti xarakterli cinayət ola bilməsı ilə bağlı prokurorluğun həbsin səbəbini hələlik, tam açıqlamaması və s. bu ehtimala əsas verir. Bu ağır ittiham ehtimalı böyüyərsə, digər yüksək çinli hərbi vəzifəliləri də əhatə etməsi mümkün ola bilər. Və bu işin gedib Silahlı Qüvvələrin Baş Qərargahına, hətta məlum Tərtər işinə çıxması da mümkündür. Ancaq bütün bunlar ehtimal versiyadır və bunların cavabı istintaq imkanı daxilindədir. Ümid edək ki, istintaq-məhkəmə prosesində bu ehtimallar doğrulmasın və Rövşən Əkbərovun günahsız olduğu sübut edilib ədalət qarşısında öz adını, zabit şərəfini qorusun və biz də imkan qədər yüksək ad və çinli generalımızı itirməyək. Ancaq kimliyindən, vəzifəsi və titulundan asılı olmayaraq, istənilən şəxsin cinayəti, xüsusi olaraq, hərbi və dövləti cinayəti bağışlanılmazdır”.
//hurriyyet.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41
Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36
Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34
Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28
Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24
Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18
Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12
Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09
Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00
Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57
İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55
Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00
Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58
Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26
Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09
“Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07
Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04
Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11
Blinken Mirzoyanla bunu razılaşdırıb: "Soros" bölgəyə gəlir - Seyidov danışdı
Bu gün, 12:01
Maaş azlığı, yoxsa alim riyakarlığı - REPLİKA
Bu gün, 11:59
Ermənistan ordusunun Baş Qərargah rəisi NATO iclasında iştirak edir
Bu gün, 11:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru