Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir .....                     "O, qurumun vitse-prezidenti deyil" .....                     Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır .....                     “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” .....                     7 saylı həbsxanada məhkum özünü asdı .....                     Şagirdlərə mobil telefon qadağası .....                     Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu .....                     Bu icra başçıları özlərinə köməkçi axtarır .....                     Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? .....                     "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" .....                     Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? .....                     Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi .....                     Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... .....                     Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb .....                     "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi .....                     "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" .....                     İstəsəydim icra başçısı, nazir olardım .....                     Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır .....                     Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər .....                     Orduda qadınların potensialından istifadə etməliyik .....                     Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur .....                     Almaniya Ermənistana 20 milyon avro bağışlayır .....                     Bank sektorunun SARI ÇÖKÜŞÜ... .....                     Toyun toy, vayın da vay yeri var: .....                     Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı .....                     Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi .....                     Mərkəzi Univermağın qızıl alverçilərinin .....                     İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub .....                     Müharibə bitəcək, amma necə... .....                     Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... .....                     Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi .....                     Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib .....                     Moskva gözləntiləri doğruldur .....                     “Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? .....                     Əmlak bazarında durğunluq hökm sürür .....                     Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ .....                     Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi .....                     İlham Əliyev və Nikol Paşinyan .....                     “Fikrimdə qalıram, Tramp sülh gətirəcək” .....                     Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı .....                 

İşdən çıxarılan müəllimdən İNTİHAR XƏBƏRDARLIĞI: - “Bezmişəm, özümə qəsd edəcəm...”
Tarix: 26-02-2021, 12:13 | Çap et
İşdən çıxarılan müəllimdən İNTİHAR XƏBƏRDARLIĞI:
“Çalışdığım müddət ərzində digər məsələlərdə də mənə qarşı ayrı-seçkilik edilib”.

Yenicag.az-a müraciət edən Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin müəllimi Elnarə Qasımova həmin məktəbin direktoru Arzu Nəzərova tərəfindən əsassız olaraq işdən çıxarıldığını bildirib.

Elnarə Qasımovanın sözlərinə görə, 14 il fiziki tərbiyə müəllimi işlədiyi məktəbdə pandemiya dövründə müəyyən səbəblərlə əlaqədar onlayn dərslərə qoşula bilməyib və buna görə məktəb direktoru tərəfindən işdən çıxması barədə ərizə yazması tələb olunub:

“Öhdəliyimdə 8 yaşlı qızım var. Pandemiya dövrü başlayandan onlayn dərslərdə iştirak edə bilmədim. Çünki onlayn dərslərə qızımın qoşulması üçün telefonumu ona verirdim. Digər hallarda məktəbin direktoru Arzu Nəzərova məni nə vaxt çağırıbsa, işimdə olmuşam və növbətçi qalmışam.

Bu il fevralın 15-də direktor məni məktəbə çağırdı və yüksək səslə məni işdən çıxardığını dedi. Lakin ərizəni könüllü şəkildə özümün yazmağımı istədi. Səhlənkarlıq etmişəmsə, buna görə üzrxahlıq da etdim. Mənə dedi ki, qonşudan telefonu alıb dərslərə qoşula bilərdin. İşdən çıxmaqla bağlı ərizə yazmağım üçün mənə 3 gün vaxt verdi.

Hər ay vaxtında əməkhaqqı almışam. Heç bir töhmətim olmayıb və xəbərdarlıq almamışam. Birdən-birə işdən çıxarılmağım mənə qəribə gəlir. Arzu Nəzərova məktəbə direktor təyin ediləndən nələr çəkdiyimə Allah şahiddir. Keçən il dərs saatlarımı kəsdi. Səbəbini soruşanda dedi ki, az bal yığmısan. Mənimlə eyni bal yığanların ən azı 26 saat dərs apardığını desəm də, bildirdi ki, onların məcburi köçkün statusu var.

Arzu Nəzərova mənə sinif rəhbərliyi verdiyini demişdi. Onunla razılaşmışdım. Bir gün məktəbin “zavuç”u Zahirə Allahverdiyeva 50 manat verməyimi istədi. Səbəb sinfin təmiri ilə bağlı idi. Məktəbin dəhlizində digər müəllimlə bu barədə danışdığım üçün direktor məni otağına çağırmışdı. Yüksək səslə mənim sinifin təmiri üçün pul verməyəcəyimi bildirdi. Bu barədə kimə dediyimi soruşsam da, “dediyin deyib” cavabını aldım.

Daha sonra bildirdi ki, bütün müəllimlər mənim sinif rəhbərliyinin öhdəsindən gələ bilmədiyimi deyiblər. Halbuki sinif rəhbəri olduğum müddət ərzində sinfə aid bütün məsələləri həll etmişəm, sinifdə hər bir şəraiti yaratmışam. Hətta bəzi məsələlərdə öz cibimdən pul da qoymuşam. Hər gün dərsimin olub-olmamasından asılı olmayaraq, uşaqları özüm qəbul edirdim və daha sonra valideynlərə təhvil verirdim.

Mən eyni zamanda, 35 saylı Xətai Üçüncü Seçki Dairəsində 35 saylı məntəqə seçki komissiyasının katibiyəm. Seçkilər başlayan ərəfədə sənədlərimi qanuni şəkildə təqdim etmişdim. O gündən sonra məktəbin “zavuç”u və valideynlər ayağa qaldı ki, biz Elnarəni istəmirik, başqa sinif rəhbəri təyin edin. Səbəb budur ki, mən seçkilərdə olan müddət ərzində uşaqlar ortada qalıblar.

Valideynlərlə bu barədə danışanda bildirdilər ki, onlar mən geri qayıdana kimi müvəqqəti başqa sinif rəhbərinin təyin edilməsini istəyiblər. Halbuki məktəb rəhbərliyi mənə tamamilə başqa məlumat vermişdi. Bir gün “zavuç” Zahirə müəllimə məni məktəbə çağırıb dedi ki, ərizə yazım və sinif rəhbərliyi pulumu yeni təyin olunacaq sinif rəhbəri alsın. Seçkilər bitəndən sonra bərk xəstələndim, bir həftəlik bülleten götürdüm və daha sonra da pandemiya başladı”.

Elnarə Qasımova qeyd edib ki, işlədiyi müddət ərzində bir çox məsələlərdə haqsızlıqla üzləşib:

“Məktəbdə 8C sinfində dərs keçirdim. Qrupun yarısı məndə, yarısı isə Aidə müəllimədə idi. Aidə müəllimə öz qrupuna dərs keçən zaman bir uşaq yıxılmışdı. Səhəri gün “zavuç” müəllimləri öz otağına yığdı. Mənə qışqıraraq, “Elenanın ölümü sənə dərs olmadı”, – deyə soruşdu. O an halım pisləşdi. Özümə gələndə dedim ki, yıxılan uşaq mənim qrupumda olmayıb. Həmçinin bu məktəbdə yeganə müəlliməyəm ki, Elenanın ailəsi ilə münasibətdəyəm. Daha sonra həmin sinfi və rəhbərliyini məndən aldı. Valideynlər bildirdi ki, o sinifdən getsəm, uşaqlarını məktəbdən çıxaracaqlar. Ona görə də sinif rəhbərliyim yenidən bərpa olundu. Sinfimdəki şagirdlərdən birinin valideyni xəbər portalının rəhbəridir. Onun araşdırmasından sonra məni çağırdılar ki, gəl, hər şeyi yoluna qoyaq.

İşlədiyim müddət ərzində digər məsələlərdə də mənə qarşı ayrı-seçkilik edilib. Yay aylarında şagirdlər məktəbdə olmadığı halda dırnaqlarımın uzun olmasına görə söz deyilib. Hansı ki, məktəbdə hər bir müəllimənin dırnaqları uzun olub. Yaxud da, digər müəllimlər işə şalvarda gəldiyi halda, məndən “yubka”da gəlməyim tələb olunub. Mən də ona görə məktəbə həmişə “yubka”da gəlmişəm.

Xahiş edirəm ki, qeyd etdiyim bu məsələlərlə bağlı ölçü götürülsün. Artıq hər şeydən bezmişəm. İşdən çıxarılmağım haqda qərar ləğv olunmasa, özümə qəsd edəcəm”.

162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərova isə Yenicag.az-a açıqlamasında bildirib ki, Elnarə Qasımovanın irəli sürdüyü iddialar əsassızdır və onun işdən çıxarılması barədə qərar yoxdur:

“Elnarə Qasımova distant təhsil başlayandan bir dəfə də olsun, dərslərə qoşulmayıb. Onun bizdə heç bir əlaqə nömrəsi olmayıb. Həmin müəllimənin işdən çıxarılması ilə bağlı heç bir söhbət olmayıb.

Sadəcə olaraq, onlayn dərslərə qoşulmaması, gəlib jurnalı yazmamasının və qiymətləndirmə aparmamasının səbəbləri soruşulub. Nazirin əmri ilə bütün müəllimlər birinci yarımilin yekununda qiymətləndirmə aparmalıdır. Lakin Elnarə Qasımova tərəfindən bu qiymətləndirmə aparılmayıb. O, bununla bağlı məktəbə dəvət olunub və izahatı alınıb”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10
"O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03
Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02
“ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49
7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46
Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43
Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41
Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38
Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33
"Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30
Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11
Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07
Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50
"Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49
"Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44
İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41
Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36
Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34
Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28
Şuşa Bəyannaməsindəki detal sazişdə yoxdur - İrəvana pis xəbər
Bu gün, 15:24
Almaniya Ermənistana 20 milyon avro bağışlayır
Bu gün, 15:18
Bank sektorunun SARI ÇÖKÜŞÜ... - Şirkətlər “Yelo Bank”dakı depozitlərini geri götürürlər
Bu gün, 15:12
Toyun toy, vayın da vay yeri var: - İslama görə müsiqi ilə dəfn mərasimi icazəli deyil
Bu gün, 15:09
Nazirlik 10 manat kapitalı olan şirkətlə 77 milyonluq müqavilə imzaladı – Tendersiz
Bu gün, 15:05
Ramiz Mehdiyevin qızına şikayət etmək icazəsi verildi - TƏFƏRRÜAT
Bu gün, 15:00
Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib?
Bu gün, 14:57
İvanişviliyə qarşı sanksiyalarla bağlı təklif Britaniya İcmalar Palatasına təqdim olunub
Bu gün, 14:55
Müharibə bitəcək, amma necə... - GƏLİŞMƏ
Bu gün, 14:02
Minsk qrupunun ləğvi, Konstitusiya dəyişikliyi qaçılmaz prosesdir... - və gec-tez baş verəcək
Bu gün, 14:00
Məktəblərdə hazır yemək təminatının təşkili ilə bağlı 77 milyon manatlıq tenderi - BU ŞİRKƏT UDDU
Bu gün, 13:58
Afaq Məsuda Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 13:26
Moskva gözləntiləri doğruldur – yenə həqiqəti danır
Bu gün, 13:09
“Gemini Group”un rəhbəri Rəşad Süleymanov ölkədən nə qədər valyuta çıxarıb? - DETALLAR
Bu gün, 13:07
Əmlak bazarında durğunluq hökm sürür - NƏ BAŞ VERİR?
Bu gün, 13:04
Müdafiə Nazirliyindən QADAĞA GƏLDİ - xüsusi AÇIQLAMA
Bu gün, 12:59
Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası qadağan edildi - son söz Anri Oxanaşvilidə qalır
Bu gün, 12:57
İlham Əliyev və Nikol Paşinyan Davosa gedəcəklər
Bu gün, 12:53
“Fikrimdə qalıram, Tramp sülh gətirəcək” - Natiq Cəfərli
Bu gün, 12:50
Xaricdə azərbaycanlıları qeydiyyata alana cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:47
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:42
Trend mahnısının cümləsi qalmaqallı oldu: -"Aygün Kazımovaya hər şey olar"
Bu gün, 12:41
"Bank Avrasiya"nın xalis mənfəəti 3 mln. manata yaxın azalıb - HESABAT
Bu gün, 12:39
Sumqayıtda təşkilat sədri hücuma məruz qaldı: Polis hərəkətə keçdi - TƏFƏRRÜAT
Bu gün, 12:30
3 il əvvəl başlayan sürüşmənin qarşısı niyə ALINMIR? - Şəki sakinləri TƏHLÜKƏ ilə ÜZ-ÜZƏ
Bu gün, 12:28
Vaşinqton İrəvana necə "hamilik" edəcək? - Elçin Alıoğlu yazır...
Bu gün, 12:21
Azərbaycan Ordusunun Baş Qərargah rəisi NATO və tərəfdaş ölkələrin Baş Qərargah rəislərinin iclasında iştirak edib
Bu gün, 12:17
Bakıda restoranda baş verən cinayətin görüntüləri yayılıb - VİDEO
Bu gün, 12:15
Paşinyan Rusiyanın təhdidlərindən narahatdır - “Hraparak”
Bu gün, 12:13
316 saylı orta məktəbin yanındakı torpaq sahəsinə KİM GÖZ DİKİB? - İLGİNC İDDİALAR
Bu gün, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru