Göyçayda məmur haqda şok iddialar... - İTTİHAM
Tarix: 22-11-2018, 11:40 | Çap et
Mərhum Cabir Novruz deyirdi ki, “Müsibət oluruq biz, səhv düşəndə yerimiz”. Bəzən yerlər səhv düşəndə sözün bütün anlamlarında müsibət baş verir. Dövlət vəzifələrinə bəzən elə insanlar təyin edilirlər ki, həmin an sözün bitdiyi yer olur. Məsələn Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini İkram Vəliyevlə bağlı məlumatda olduğu kimi. Bir müddət əvvəl İkram Vəliyevin həbsdə yatması xəbəri mətbuatın gündəm mövzusu olmuşdu. Xatırladaq ki, Bakı şəhəri, Badamdar qəsəbəsi, I-ci massiv, ev 396-da yaşayan Namiq Böyükkişi oğlu Qasımov Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini İkram Vəliyevin bir zamanlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci, 179.3.2, 179.2.1-ci, 320.1 və 320.2 maddələri ilə təqsirləndirilərək, haqqında məhkəmə qərarı ilə 3 il həbs qəti imkan tədbiri seçildyini iddia edirdi. O əlavə olaraq qeyd edirdi ki, İkram Vəliyevi həbsə aparan səbəb onun rəsmi sənədləri saxtalşdırması olub. İ.Vəliyev haqqında çıxarılan məhkəmə qətnaməsini redaksiyaya təqdim edən Namiq Qasımov əlavə olaraq qeyd etmişdi ki, bu şəxsin mühüm dövlət vəzifəsində olması kifayət qədər şübhəlidir. “Necə ola bilər ki, saxta möhür hazırladaraq rəsmi sənədi saxtalaşdıran bir şəxs Göyçay kmi rayonda İcra Hakimiyyəti başçısının I müavini olsun. Saxtakarlığa görə həbsdə olan şəxsin mühüm dövlət vəzifəsi daşıması mümkündürmü? Məsələ bununla da bitmir. Yəni yalnız saxtakarlığa görə həbs edilən ata dövlət vəzifəsində, dövlət qulluqçusu deyil, o cümlədən oğlu Toğrul Vəliyev Göyçay rayon Yol Polisi Xidməti şöbəsində rəis müavinidir. Digər oğlu Nicat Vəliyev isə İsmayıllı rayonunda polis orqanlarında çalışır. Göründüyü kimi “hava mənim üçün xoş” prinsipi hələ ki, İkram Vəliyevin köməyinə gəlir. Bəs bu işdə vəliyevləri himayə edən “gizli əl” kimdir? Redaksiyaya daxil olan məlumatda bildirilir ki, mətbuatın bu məsələni gündəmə gətirməsindən sonra məhz həmin "gizli əl" vasitəsilə İkram Vəliyevin tərcümeyi halının təmizlənməsi işinə start verilib. Lakin əlahəzrət fakt – İkram Vəliyev haqqında hakim V.M.Şükürovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qəbul edilmiş qətnamə redaksiyanın arxivindədir. Namiq Qasımov iddia edir ki, İkram Vəliyev həbs edilməmişdən əvvəl ona külli miqdarda maddi ziyanda vurub. Məhz həmin maddi ziyanın nəticəsində şikayətçinin əmlakı girov qoyulduğu üçün onun əlindən alınıb. İkram Vəliyev onunla əlaqə saxlayan jurnalistə əvvəlcə “mən elə bir şəxs tanımıram” – desə də, cəmi bir neçə saniyə sonra “o iki gün əvvəl mənim yanımda olub və biz onunla razılaşmışıq” deyə etiraf edib. Göründüyü kimi mühüm dövlət vəzifəsi tutuan bir şəxs türklər demiş hələ də “huyundan” əl çəkmir. Yənu bir neçə saniyədə iki ziddiyyətli fikir söyləyir. Əslində dövlət vəzifəsi daşıyan şəxs KİV haqqında qanuna görə mətbuat nümayəndəsinə cavab verməyə borcludur. Lakin doğru cavab. Ola bilsin ki, cənab Vəliyev mətbuatın fəaliyyətinə qeyri-ciddi yanaşır. Həqiqətləri gizləməyə cəhd edir. Lakin bu fakt həqiqətdir: 26 avqust 2003-cü il tarixli Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmündə konkret qeyd edilib: Vəliyev İkram Sabir oğlu Azərbaycan Respublikası CM-nin 32, 179.3.2, 320.1, 320.2ci maddələri ilə təqsirli bilinib, CM-nin 32, 179.3.2-ci maddəsilə, CM-nin 62-ci maddəsini tətbiq etməklə 3(üç) il müddətinə, 320.1-ci maddəsilə 2 (iki) il və 320.2-ci maddəsilə 1 (bir) il müddətinə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 38-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə üzərində 3 (üç) il müddətinə qəti azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Və bu da həqiqətdir. Prezident İlham Əliyev: Bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır və ümumiyyətlə, ölkəmizin inkişafında çox müsbət rol oynayır. Dövlət orqanlarını, məmurları tənqid edirsiniz, tənqid etməlisiniz. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Jurnalistlər mənim köməkçilərimdir. Mövzuya qayıdacağıq. Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır. Conflict.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Dünən, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Dünən, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Dünən, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Dünən, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Dünən, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Dünən, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Dünən, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Dünən, 10:55 |
|
|
|
|