Oqtay Şirəliyevin diziüstə qoyduğu səhiyyəmiz... - ŞOK FAKTLAR
Tarix: 29-06-2018, 11:59 | Çap et
Azərbaycan səhiyyəsi iflic vəziyyətini yaşayır. Həkim səhlənkarlığından tutmuş dərmanların keyfiyyətsizliyinə qədər xeyli problem var. Statistik məlumatlara görə hər il həkimlərin məsuliyyətsizliyi və səhiyyə ilə bağlı digər səbəblərə görə ölənlərin sayı durmadan artır.
Azərbaycan səhiyyəsi zaman-zaman öz gözlənilməz sürprizləri ilə hamını heyrətləndirməyi bacarıb. Xəstənin şikəst ayağının yerinə sağlam ayağını kəsmək, ürəyin yerinə böyrəyi müalicə etmək, doğuş zamanı ana ölümlərinin az qala yol qəzalarına bərabər həddə çatması və sair kimi “möcüzələr” səhiyyəmizin “uğurlarındandır”. Hələ xəstəxanalarda əl yandıran qiymətləri, pulsuz heç xəstənin üzünə belə baxılmaması barədə danışsaq gərək ya biz dəsmal götürüb ağlayaq, ya da Səhiyyə nazirliyinin yetkililəri. Təbii ki, bütün bu alternativsiz səhiyyə sisteminin vurduğu zərbələrin acısını çəkən bizlər olduğumuz üçün ağlamaq işi də bizə düşür. Siz heç xəstəsi ölən həkimin ağladığını görmüsünüzmü?
Azərbaycan vətəndaşları faktiki olaraq ya İrana, ya da Gürcüstana gedirlər. Nisbətən imkanı olanlar isə Türkiyədə müalicə olunmağa üstünlük verirlər. Məmurlar isə Avropa ölkələrinə üz tuturlar. Bu barədə kifayət qədər fakt tapmaq olar. Bu axın ölkə səhiyyəsinin hansı vəziyyətdə olduğunu göstərir.
Rubrika.Az saytına daxil olan məlumatlara görə regionlarda yaşayan insanlar banklardan yüksək faizlə kreditə pul götürüb müalicə üçün İrana, eləcə də digər ölkələrə gedirlər. Bunun əsas iki səbəbi var. Birincisi, Azərbaycanda bütün mənada səhiyyə iflic vəziyyətdədir. Hətta xəstəliyə verilən diaqnoz da yanlış olur. Bu da xəstənin inamsızlığını yaradır. Məsələn, kiminsə müalicə etməklə sağalması mümkün olan bir yeri ağrıyırsa, o xəstəyə ağır diaqnoz qoyub əməliyyata salırlar ki, xəstədən çox pul alsınlar, və sair. İkinci səbəb isə dərmanların keyfiyyətsizliyidir. Xəstə Azərbaycandakı apteklərdən aldığı dərmanların təsirini görmür. Sadə dərman peraparaları xəstəni sağaltmır. Qonşu ölkələrdən alınan peraparatlar isə daha tez və lazımi təsirini göstərir. Bu faktlar Azərbaycan səhiyyəsinin çox bərbad vəziyyətdə olduğunu deməyə əsas verir.
Məhz səhiyyəmiz bu vəziyyətdə olduğuna görə ölkə vətəndaşı Gürcüstana, İrana, daha imkanlı olanlar Avropaya üz tutur. Ölkə vətəndaşı ölkə səhiyyəsinə etibar etmir. Hamı başa düşür ki, bu ölkədə vətəndaşın həyatı deyil, verdiyi pul önəmlidir. Hamı bilir ki, xəstəyə qazanc kimi baxılır və sağlam adama xəstə diaqnozu qoyulur.
Azərbaycan xalqının nifrət etdiyi, lənətlədiyi, qəzəb və od püskürdüyü Səhiyyə Nazirliyi qədər heç bir dövlət orqanına bu qədər üsyan yoxdur: ana və uşaq ölümləri, səhv diaqnozlar, sağlam adama vərəm, xərçəng xəstəliyi qoyulması adiləşib. Həkim səhlənkarlığı, soyğunçuluq, rüşvətxorluq, dərman biznesi, bərbad şəraitli xəstəxanalarda bisavad həkimlərin özbaşınalıqları insanları bezdirib. Klinikalarda pasientlərin başınaq oyun açılması, onkoloji xəstələrin yaxınlarının soğan qabığı kimi soyulması, əməliyyat masasında ani səhvdən insan ölümü, doğum şöbələrində açıq bazarlıq, regionlardakı xəstəxanalarda rəzalət və s. hallar nifrəti partlayış nöqtəsinə gətirib çıxarıb.
Nə tibbi sığorta var, nə can təminatı, nə qiymətlərə nəzarət, nə dövlət xəstəxanalarında pulsuz xidmət, nə özəl klinikalarda tariflərin tənzimlənməsi... Şəkərli diabetlər, onkoloji xəstələr, vərəmli, cüzamlı insanlar, minlərlə vətəndaşın büdcədən ayrılan pulları, dərmanları mənimsənilir, satılır, biznesə çevrilir.
Bax Oqtay Şirəliyevin illərdir ki, Azərbaycan səhiyyəsinə göstərdiyi “xidmət” bunlardan ibarətdir. Onsuz da Azərbaycan səhiyyəsini çoxdan “dəfn” etmiş O.Şirəliyevin işi klinikalarda, xəstəxanalarda ölüm işlərini ört-basdır etməkdir. Səhiyyə Nazirliyi səhlənkarlıq edən həkimləri qoruyur, həbsinə mane olur, rüşvət hallarına göz yumur, qiymətlərə nəzarət etmir. O.Şirəliyevin dövründə səhiyyədə rüşvətxorluq, həkim səhlənkarlığı, ölüm halları, səhv diaqnozlar, dərman bazarına keyfiyyətsiz məhsulların ayaq açması, xəstəxanaların baxımsız qalması, özəl klinikaların vətəndaşları soğan qabığı kimi soyması birə beş artıb. Artıq, Azərbaycanda xəstəyə qoyulan diaqnozların etibarlılıq limiti bitib. Çünki, bir xəstə 5 həkimə müraciət edir və 5 fərqli diqanozla rastlaşır. Dərmanlar baha, müayinə baha, nəticə isə bərbad.
Bütün bunlar isə illərdir ki, ölkə səhiyyəsinin “vayına oturan” , insan sağlamlığı, insan ömürləri üzərində korrupsiya şəbəkəsi formalaşdıran Oqtay Şirəliyevin fəaliyyətinin nəticəsidir. Yəqin ki, Azərbaycan səhiyyəsi bütün bunların “poxmelini” hələ uzun müddət yaşayacaq, vətəndaşlarımızın “başı ağrıyacaq”. Təbii ki, səhiyyəyə cavabdeh olan nazirin eyş-işrət, araq məclislərindən başı açılmayanda, sərxoş vəziyyətdə Xəzər dənizində (bəli, bəli məhz dənizdə-bir neçə il əvvəl nazirin maşınla dənizə baş vurmasını bilməyən yoxdur) “avtoşluq” edəndə bizim də sağlamlığımız bu vəziyyətdə olmalıdır. Səhiyyəsi “dəm” olan ölkənin xəstəsi də qəm çəkməlidir.
Səhiyyə nazirliyinin vakansiya "oyunu"
Son illərdə səhiyyə sistemində hökm sürən neqativ halların aradan qaldırılması üçün bir sıra layihələr həyata keçirilməyə başlayıb. Bunlardan biri də həkimlərin işə qəbulu prosesinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi ilə bağlıdır. Səhiyyə nazirliyinin rəsmi məlumatına inansaq Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.
Müsabiqədə iştirak üçün namizəd Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində müvafiq elektron xidmət bölməsinə daxil olaraq, elektron ərizənin doldurulmalıdır. Qanunla nəzərdə tutulmuş hallarda sertifikasiyadan keçirilməyən şəxslər ali təhsil haqqında sənədin və olduğu halda, ixtisaslaşma haqqında sənədin surətlərini ərizələrinə əlavə etməlidirlər. Həmçinin namizəd işə qəbul olunmaq üçün ixtisasına və ya baza təhsilinə uyğun 5 vakant yer seçə bilər. Namizədin topladığı bal onun seçdiyi 5 vakant yerə uyğun olaraq ardıcıllıqla yoxlanılır. Vakant elan edilmiş vəzifəyə təyin olunmaq üçün həmin vəzifəyə namizədlər arasında daha yüksək bal toplamış şəxs seçilir.
Göründüyü kimi prosesin şəffaflığı üçün mükəmməl hüquqi baza formalaşdırılıb. Lakin apardığımız araşdırma əslində Səhiyyə Nazirliyinin “stəkanda fırtına” effekti yaratdığını, həkimlərin işə qəbul prosesinin Nuh Nəbidən qalma üsullarla aparıldığını ortaya çıxartdı.
Düzdür, ucqarlarda bu proses müəyyən qədər müəyyənləşdirilmiş qaydalara uyğun aparılır. Amma, söhbət Bakının nüfuzlu, gəlirli xəstəxanalarından gedərsə mənzərə tamamilə başqa cürə olur.
Rubrika.Az xəbər verir ki, paytaxtın mərkəzində yerləşən tanınmış, gəlirli xəstəxanalara vakant yerlərə həkim qəbulu prosesi daha çox “göndəriş” üsulu ilə həyata keçirilir. Yəni nazirlik prosedur qaydalarını qanuni şəkildə həyata keçirsə də son mərhələdə məhz “damara baxıb qan almaqla” işə qəbul həyata keçirdir. İmtahan verən şəxs lap təbib-loğman olsa belə mərkəzi xəstəxanalara qəbul üçün tələb olunan “kriteryalara” cavab verməlidir. Bu kriteryaların isə neçəyə olduğu barədə aidiyyatlı orqanlar araşdırma aparsalar daha məqsədəuyğun olardı. İnanmırıq ki, bizə və çoxlarına məlum olan faktları onlar bilməsinlər. O zaman sual yaranır ki, nədən dövlətin qanunları bir qrupun mənafeləri naminə tapdalanır və buna göz yumulur? Niyə savadlı həkimlərin işə qəbulu prosesi bir qrupun tamahı ucbatından korrupsiya, rüşvət bataqlığına çevrilir. Rubrika.az saytı əlaqədar təşkilatlara, xüsusilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edərək məsələni diqqətdə saxlamağı, baş verən qanunsuzluqlara son qoyulmasını xahiş edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp hamının planını pozub... - "Washington Post"
Bu gün, 10:02 |
|
|
|
• ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Bu gün, 09:59 |
|
|
|
• Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Bu gün, 09:40 |
|
|
|
• "İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:37 |
|
|
|
• Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Bu gün, 09:16 |
|
|
|
• Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Bu gün, 09:14 |
|
|
|
• "Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Bu gün, 09:10 |
|
|
|
• ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Bu gün, 09:07 |
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13 |
|
|
|
|