"Universitetlər qalıb ərəbin, rusun, farsın ümidinə" - PROBLEM
Tarix: 1-08-2017, 14:15 | Çap et
Son illər Azərbaycandan xaricə təhsil almaq üçün minlərlə abituriyent, tələbə üz tutur. Bu da ölkədən valyutanın xaricə çıxması deməkdir. Təsadüfi deyil ki, ötən il boş qalan plan yerlərinin bu il tamamilə doldurulması üçün Dövlət İmtahan Mərkəzi 2 mərhələli qəbul imtahanı sisteminə keçid etdi və qəbulun sonunda bəzi ixtisaslar üzrə müsabiqə balları da aşağı salındı.
Buna baxmayaraq, istər özəl, istərsə də dövlət ali təhsil müəssisələrində illik təhsil haqları artırıldı. Bu, ötən illə müqayisədə xaricdə təhsil almaq üçün müraciət edənlərin sayına nə kimi təsir edib? Bununla əlaqədar paytaxtda fəaliyyət göstərən bir neçə xaricdə təhsil təşkil edən təşkilatlarla əlaqə saxladıq.
"GEMİ" (Gənclərin Elmi Mədəni İnkişaf Təşkilatı) təşkilatının rəhbəri Sərdar Yusifoğlu “Qaynarinfo”ya açıqlamasında müraciət edənlərin sayında artım olduğunu bildirdi və gənclərin daha çox hansı səbəbdən ölkəni tərk etmək istədiyini açıqladı:
"Ötən ildən müraciət edənlərin sayında artım var. Amma ola bilər ki, bu bəzilərinin sırf xaricə getmək istəmələri ilə əlaqədardır. Nəticə göstərir ki, hətta bu il keçid balını keçən abituriyentlər belə, hansı ki, topladığı ballar bəzi regionlarda yerləşən təhsil müəssisələrində oxumağa kifayət edir, burada təhsil almaq istəmirlər. Onlar fikirləşirlər ki, xaricdə zəif bir universitetdə belə təhsil alsalar, onlar üçün daha yaxşı olar. Buradakı universitetlərlə bağlı çoxlarının düşüncəsi belədir ki, əksəriyyətində həm təhsil haqqı bahadır, həm də təhsilin keyfiyyəti aşağıdır. Amma bu, o demək deyil ki, Azərbaycanda keyfiyyətli təhsil yoxdur. Sadəcə, inamsızlıq var və bu inamsızlığı aradan qaldırmaq üçün istər özəl, istərsə də dövlət universitetlərində təşkilatlanma aparılmalıdır. Bunun da əsas yolu xaricdən Azərbaycana tələbə axınını təşkil etməkdir. Buna nail olmaq mümkün olda, sosial və maddi-texniki bazanı inkişaf etdirməklə inamı bərpa etmək olar. Biz gənclər təşkilatı olduğumuz üçün əsasən aşağı büdcəli insanlar müraciət edir. Onların da əksəriyyəti Türkiyə və Ukrayna universitetlərinə maraq göstərirlər. Bəziləri yaşayış hüququnun olması, bəziləri də təhsil haqlarının aşağı olması ilə maraqlanır. Türkiyənin əksər universitetlərində ixtisaslar üzrə təhsil haqları 200-700 dollar civarındadır, bu da onlara daha cəlbedici görünür və müraciət edənlər düşünür ki, getdikdən sonra həm oxuyacaq, həm də dərsdən sonra hər hansısa bir fəaliyyətlə məşğul olaraq öz gündəlik xərclərinin bir hissəsini çıxarda biləcək".
"Megapolis Təhsil Mərkəzi"nin rəhbəri Elçin Əzizov əksinə, xaricdə təhsil almaq üçün müraciət edənlərin sayında 20-30 faiz azalma olduğunu qeyd etdi:
"İnsanların həm maddi durumu, həm də abituriyentlər üçün yeni yaradılan şəraitlərlə bağlı xaricdə təhsil üçün müraciət edənlərin sayında müəyyən qədər azalmalar var. Nəticələr onu göstərir ki, ötən ildən müraciət edənlərin sayı 20-30 faiz aşağı düşüb. Əvvəllər daha fərqli ölkələrə müraciət olurdusa, indi daha çox illik təhsil haqqı aşağı olan ölkələrə axın güclüdür. Bura əsasən Türkiyə və potsovet ölkələrini daxil etmək olar".
"Celt Colleges" xaricdə təhsil mərkəzi İçəri Şəhər filialının meneceri Hüseyn Məhərrəmov isə təhsil üçün xaricə getmək istəyənlərin sayının artdığını və axının əsasən Türkiyə universitetlərinə olduğunu dedi:
"Ötən ilki statistika ilə müqayisədə bu il xaricdə təhsil almaq üçün müraciət edənlərin sayında artım var. Belə deyək ki, əgər ötən il 100 nəfər müraciət etmişdisə, bu il bu göstərici bir o qədər də artıb, yəni 200 nəfər olub. Üstünlük də əsasən Türkiyə universitetlərinədir".
Qeyd edək ki, DİM-in rəhbəri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında vakant yerlərlə bağlı statistikanı açıqlayıb və ötən illə müqayisədə vakant yerlərin 2 faiz artdığını qeyd edib. Onun sözlərinə görə, I qrupda bu göstərici 1 faiz, II qrupda 5 faiz artıb, III qrupda demək olar eyni qalıb, IV qrupda 3,5 faiz azalma, V qrupda isə təxminən 8 faiz artım olub. DİM rəhbəri bildirib ki, bu il ali məktəblər üçün 42 806 vakant yer təqdim olunsa belə, müəyyən yerlərin boş qalacağı istisna edilmir.
Məsələ ilə bağlı “Qaynarinfo”ya danışan təhsil üzrə ekspert Kamran Əsədov DİM-in 2 mərhələli qəbul imtahanı sisteminin heç bir nəticə vermədiyini və ötən il olduğu kimi, bu il də əksər plan yerlərinin boş qalacağını bildirib və bunun səbəblərini açıqlayıb:
"Bildiyiniz kimi, artıq 2017-2018 tədris ili üçün ali məktəblərə qəbul imtahanları geridə qalıb və bundan sonra ən ciddi bir proses - ixtisas seçimi başlayır. İlk növbədə abituriyentlərin sayına baxdıqda görürük ki, bu il məktəblərə sənəd verənlərin sayı əvvəlki illərlə müqayisədə azalıb. Yəni 2016-cı ildə bu say 85 min idisə, bu il 65 minə qədər düşüb. Halbuki, 2010-cu ildə bu rəqəm 110 min nəfər idi. İllər keçdikcə Azərbaycanda oxumaq üçün sənəd verənlərin sayında azalma, əksinə xarici ölkələrə təhsil almağa gedənlərin sayında artım olduğu görünür. Buna təsir göstərən müəyyən faktorlar var. Əsas səbəblərdən biri Azərbaycanda təhsil haqqlarının yüksək, təhsilin keyfiyyətinin isə aşağı olmasıdır. Bu ildən etibarən Dövlət İmtahan Mərkəzi qəbulu 2 mərhələdə həyata keçirdi və məqsəd də o idi ki, keçid balını toplayanların sayı çoxalsın. Hər il kifayət qədər boş plan yerləri qalırdı ki, onlar tutulsun, həmçinin xaricdə təhsil almaq üçün gedənlərin sayı azalsın. Amma real vəziyyət onu göstərir ki, 2 dəfə imtahan keçirməyin də nəticələrə heç bir təsiri yoxdur. Belə ki, 48 faiz abituriyent keçid balını topladı, lakin 52 faizi toplaya bilmədi. Həmin 52 faizin də müəyyən hissəsi əvvəlki illərdə olduğu kimi yenə xarici ölkələrə üz tutacaqlar. Bunun qarşını almaq üçün Təhsil Nazirliyi təklif etdi ki, ali təhsil müəssisələrində hazırlıq qrupları yaradılsın və abituriyentlər oxumaq istədikləri ixtisas üzrə 1 il təhsil alsınlar, sonra yenidən imtahan versinlər. Azərbaycandan kənara təhsil almaq üçün gedənlərin sayında azalma ola bilməz. Çünki proses hələ bundan sonra başlayır. Ümid var idi ki, DİM keçid ballarını aşağı salacaq, düzdü əvvəlcədən müəyyən olunmuşdu ki, keçid balında enmə olmayacaq və 200 bal olaraq qalacaq, lakin DİM sonradan dəyişiklik edərək 1-ci qrupda 30, 2-ci qrupda 32, 3-cü qrupda 9, 4-cü qrupda isə 8 ixtisas üzrə müsabiqə ballarını aşağı saldı. Bu da ötən illərdə boş qalan plan yerləri idi. Bununla belə həmin yerlərin illik təhsil haqlarının yüksək olması və seçim imkanı olan abituriyentlərin sayının az olması gələcəkdə yenə də həmin plan yerlərinin boş qalmasına gətirib çıxaracaq. Əgər biz xaricə oxumaq üçün gedənlərin qarşısını almaq istəyiriksə, ilk növbədə keçid ballarını və qəbul şərtlərini asanlaşdırmalı, həmçinin təhsil haqlarını da fantastik həddə yox, Azərbaycan vətəndaşının ödəyə biləcəyi şəkildə müəyyənləşdirməliyik".
Ekspert həmçinin xaricdən təhsil almaq üçün Azərbaycana gələnlərin sayının da az olduğunu və universitetlərin bu sahədə heç bir iş görmədiklərini qeyd eetdi:
"Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisəsinin hər biri xaricdən attestatla tələbə qəbul etmək səlahiyyətinə malikdir. Yəni onlar bunu edə bilərlər, sadəcə özlərini əziyyətə salmaq istəmirlər. Türkiyənin 240 universitetində 800 min xarici tələbə təhsil alır. Bir şəhərdən ibarət olan Sinqapurda kimi ölkədə 80 min xarici tələbə oxuyur, ABŞ-da 10 milyon və s. Amma Azərbaycanın 54 ali təhsil müəssisəsinə gələnlərin sayı 3800-dür. Bu da hər bir universitet üçün 40-50 tələbədən artıq etmir. Ölkəyə 3 sahə pul gətirir: səhiyyə, təhsil və turizm. Təəssüf ki, bizdə bunların 3-də də qalmışıq ərəbin, rusun, farsın əlində. Onlar da çox az saydadır. Halbuki, universitetlər öz gəlirləri üçün xaricdən daha çox tələbə cəlb etməlidirlər. Yəni, bütün universitetlərimizdə xarici tələbələr üzrə prorektorlar, dekanlıqlar yaradılmalı, həmçinin istər Avropa, istərsə də MDB ölkələrində öz universitetlərini reklam etməlidirlər. Yəni biz sadəcə öz ölkəmizdən tələbə cəlb etməklə gəlirli təhsil sistemi qura bilmərik. Xaricdən tələbə qəbul etməklə universitetin reytinqini də artıra bilərik. Çünki, bu, reytinqə təsir edən əsas amillərdən biridir".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Qadınlarımız ulduz xəstəliyinə tutulub, daha rahat həyat yaşamaq istəyirlər”
Bu gün, 07:11 |
|
|
|
• İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08 |
|
|
|
• Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05 |
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Dünən, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Dünən, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Dünən, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Dünən, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Dünən, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 11:07 |
|
|
|
|