“Astan Şahverdiyevi öldürəcəyəm!” - Əməkdar artistin başına açılan dəhşətlər
Tarix: 27-04-2017, 12:38 | Çap et
Tanınmış müğənni, əməkdar artist Firuzə İbadova ilə qalmaqallı deputat, Rusiyadakı soydaşlarımıza "otxod” deməsi ilə gündəmə gəlmiş Astan Şahverdiyevin torpaq davası davam edir. Hazırda Badamdarda köhnə binada anası və övladı ilə yaşayan sənətçi deputatdan haqqını ala bilmir.
F.İbadova BakiPost.az-a müraciətində A.Şahverdiyevlə arasındakı çəkişmənin təfərrüatını danışıb.
Qısa olaraq qeyd edək ki, Əməkdar artist qonşuluqda yaşayan polis əməkdaşına inanaraq, ona 15-16 sotluq torpaqğının 4,8 sotunu nisyə satıb. Bir müddət sonra həmin adam yol qəzasında dünyasını dəyişib. Bu vaxt Əməkdar artist öyrənib ki, o, millət vəkili Astan Şahverdiyevin kürəkəni imiş. Onun ölümündən sonra qohumları, ailə üzvləri nəinki borclarını qaytarıb, hətta əməkdar artistin əlavə qalan 10 sotdan artıq torpağını da zəbt ediblər.
Müstəntiqlə bağ alveri
Onun sözlərinə görə, 2009-cu ildə - qızının həm toy, həm də universiteti bitirdiyi ərəfədə pul lazım olub: "Bayılda evimi girov qoyub "Nikoyl” bankdan 30 min dollar götürdüm. Sonra müəyyən çətinliklər oldu, Mərdəkanda olan 11 sot torpağımı da satmaq istədim. Amma torpaq sahəsi 11 sotdan çox idi.
Bağın aşağı tərəfində iki yüksək gərginlik var idi. O da mənim hasarımın içərisində idi. Onunla bərabər torpağım 16-17 sota qədər çatırdı. Amma 11 sotun sənədi varıydı. İndi də bununla bağlı sənədlərin hamısı var.
Həmin vaxtı prezident qərar verdi ki, kimin bələdiyyə tərəfindən alınan şəxsi bağı varsa, çıxarış ala bilər. Yəni, "kupça” veriləcək. Mən də bunu nəzərə alıb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdim.
Ordan da iki nəfər gəlib torpaq sahəsinə baxış keçirdilər. Hələlik 4,8 sota görə "kupça” verə biləcəklərini dedilər. Qalan yerin bağın aşağı hissəsinə düşdüyü, həm də yüksək gərginlikli xətlər oradan keçdiyi üçün vermədilər.
Bildirdilər ki, həmin gərginliklər nə vaxt götürülsə, o zaman, ümumilikdə bütün sahəyə "kupça” verəcəyik. "Kupça” alandan sonra 4,8 sotu satmaq qərarına gəldim.
Bütövlükdə bağı istəyən olsaydı 70 minə satardım. Həmin vaxt dollar 1.78 idi. Mən o vaxt bağı bütöv satmadığım üçün yarı hissəsi 35 min dollar edirdi. Səbayılda 8-ci polis bölməsinin müstəntiqi Aqil Fətəliyev ilə tanışlığımız var idi. Ailəsini, amma daha çox anasını tanıyırdım.
Ona dedim ki, Mərdəkandakı bağımın 4,8 sotunun "kupça”sını aldığım üçün satmaq istəyirəm, amma bağımı 70 minə almaq istəyənə də verə bilərəm. 70 min dollarının olmadığını, ancaq 30 minə ala biləcəyini bildirdi. Yalnız bir şərtlə ki, 30 min dolların 15-ni verib yarısını sonra verəcəkdi. Tanıdığım üçün razılaşdım. Çünki tez-tez toylarda, məclislərdə rastlaşırdıq”.
"Düzgün oyun oynamadılar”
Müğənni deyir ki, torpağın satışı zamanı Xətai rayon bölməsinin polis mayoru Rəşid Allahyarov da orada olub: "Mən onu tanımırdım. Aqil dostunun olduğunu dedi. Həmin Rəşid özü ilə beh vermək üçün 5 min dollar gətirmişdi.
Mənə bildirdi ki, 10 min dolları da Aqil verəcək. Qalan hissəsi də sonra ödənilsin. Sən demə, bunlar şərikli aldıqlarını demişdilər. Amma əslində, Aqil bütöv bağı ələ keçirmək istəyirmiş. Gələcəkdə öz işlərini görə bilmək üçün.
Üstündən xeyli vaxt keçdikdən sonra notariusa getdik. Aqilin evindən 8 min dollar gəldi. O zaman mənə dedi ki, Firuzə xala, cib xərcliyi olaraq həmin puldan 400 manat götürsəm olar? Razılaşdım.
O vaxt Aqil cavan rəhmətə getdi. Amma halallıq vermirəm. Çünki mənimlə düzgün oyun oynamadılar. Nə olsun ki, evimdə başıpapaqlı yoxdur?! Mən həm kişiyəm, həm də qadın. Mən elin sənətkarıyam, 62 yaşım var.
Beləliklə də, 2009-cu ildə mənim bağım Solmaz Şahverdiyevanın adına keçdi. O xanımın kim olduğunu Aqildən soruşanda tanışının olduğunu dedi. Bildirdi ki, mənə faizə pul verdikləri üçü onun adına keçirdirəm. Amma sən narahat olma, pulun qalanını mən verəcəyəm”.
F.İbadova bu alqı-satqı zamanı bağın yarısına razılıq verib: "Mən də arxayın idim, ona inanırdım. Arxayın olmasaydım, bağıma ortadan hasar çəkərdim. O da mənim günahımdır. Mən hüquqlarımı bilmədim. Gərək belə etməzdim.
2010-cu ildə isə sağ tərəfim insult oldu. Həkim Hikmət Qarayev məni müalicə etdi. Neftçilər Xəstəxanasının həkimi, əməkdar elm xadimi Əlişir Vəliyev də həkimim idi.
İndiyə kimi də məni müalicə edirlər. O zaman Aqilə zəng vurdum ki, xəstələnmişəm. Bəs pulumun yarısı necə olacaq? Çünki o pula çox böyük ehtiyacım var. Amma gətirib vermədi. Həmin ərəfədə Bayıldakı evimin pulunu "Nikoyl” banka tam ödəyə bilmədim. Bu səbəbdən o evi satıb bankın pulunu ödədim.
Daha sonra bir il Yasamalda, indiki ASAN Xidmətlə üzbəüz olan qəzalı binada yaşadım. Amma bunu gizlətdim. Çünki mən dövlət müğənnisiyəm. Hüquqlarımı bilməyərəkdən əmlakımı əldən vermişdim”.
"Aqil qəzada öldü”
Başı bəlalı əməkdar artist xeyli müddət keçəndən sonra baş verənləri danışır: "Yenə də faizlər verdiyi üçün imkanının olmadığını dedi.
Nə evlərinə zəng etdim, nə anasına, nə atasına, nə də indi ortalıqda qılınc oynadan qardaşı - Sumqayıt Apellyasiya Məhkəməsində hüquqşünas işləyən Sahil Fətəliyevə bir dedim. Mən onları narahat etmədim.
Çünki onların heç biri ilə bu haqda danışmamışdım. Mənim alqı-satqım Aqil və Rəşidlə olub. Rəşid indi də sağdır, hazırda da polis mayorudur.
Bir müddət sonra qəzalı binadan Bayıl qəsəbəsindəki evə köçdüm. Həmin vaxt Aqilə zəng vuranda onun telefonuna zəng çatmırdı.
5 aydan sonra ikimizin də tanıdığı dostumuz zəng vurub dedi ki, Aqil qəzaya düşərək ölüb. Mən doğrudan da çox pis oldum”.
- Aqil Fətəliyev nə vaxt qəzaya düşüb ölüb?
- 2012-ci ildə. Gərək bu hadisə olmayaydı. Çünki pis insan deyildi. O sağ qalsaydı mənim işim belə düyünə düşməzdi.
O deyərdi ki, Firuzə xala mənə inanıb bunu elədi. Ümumiyyətlə, heç kimin borcu kimsədə qala bilməz.
Heç ayağım da gəlmədi ki, gedim deyim Allah rəhmət etsin. Həmçinin deyim ki, axı bu rəhmətliyin mənə borcu var?! Axı siz onun valideynlərsiz. Ola bilməz ki, Aqil onlara nəsə deməsin?!
Ondan sonra Rəşid Allahyarovu axtarmağa başladım. Çünki o prosesdə iştirak edən yeganə şahidim o idi. Gəncədə tədbirdə olanda Rəşid zəng vurdu ki, bu məsələdə Aqil mənimlə şərikli olacağını demişdi.
20 mini Aqil verəcəkdi, 10 mini də mən. Elə bu danışıq vaxtı həmin bağı bütövlükdə hasarladıqları haqda məlumat verdi. Mən çox pis oldum. Gedib gördüm doğrudan da hasarlayıblar.
Qonşular gəldi. Bu barədə Aqilgilin evlərinə xəbər göndərdim, yasda da dedim. Dedilər ki, o öldü deyə hər şey bitdi. Bu söhbət bağlansın.
Rəşiddən pulumun necə olacağını soruşdum? Dedi ki, icazə verin onların və deputatın evinə teleqrama vurum.
Dedim nə deputat, deputat kimdir? Demə, torpağı adına rəsmiləşdirdiyi şəxs - Solmaz Şahverdiyeva Aqilin qayınanasıdır. Ondan əvvəl bunu heç bilmirdim.
- Solmaz Şahverdiyeva deputat Astan Şahverdiyevin nəyi olur?
- Həyat yoldaşıdır. Aqil də qızının yoldaşıdır. Rəşidə teleqram üçün icazə verdim. Rəşid mənə bildirdi ki, onu da işdən kənarlaşdırıblar, həmçinin onlarda pulu qalıb. Çünki Aqil ondan 5 min alıb ki, guya, pul lazım olduğu üçün mənə verəcək.
2013-cu ildən 2016-ci ilin avqustuna kimi mübarizə apardım. Əsəblərim korlandı. Proses 1 il yarım Xəzər Rayon Məhkəməsində getdi. Sonda özümün gəlməyimi istədilər. Gedib onlara pul verməliydim? Hər şeyi onların xeyrinə elədilər.
Ondan sonra 2 saylı İqtisad Məhkəməsinə müraciət etdim. Bu məhkəmə də onların xeyrinə qərar verdi. Son olaraq Apellyasiya Məhkəməsinə verdim. Hətta onlardan bu işə düz baxmaları üçün belə xahiş etdim.
Bildirdim ki, mən 4,8 sota qol çəkmişəm. Amma onlar 11 sotu mənimsəyib. Bütün idarələr torpağın mənim adımda olduğunu təsdiq edib. Əgər elə olmasaydı niyə dövlət 11 sotun pulunu məndən alırdı? O torpağı mənə heç kim bağışlamayıb.
Vəkillərimi bir-bir "aldılar”
- Məhkəmə qərarlarına deputatın təsiri olduğunu düşünürsüz?
- Bəli. Ona görə hara gedirdiksə, işimiz alınmırdı. 3 vəkil dəyişdim. Vəkilləri bir-bir alırdılar. Vəkil mənə deyirdi ki, bu işi buraxın, onsuz da onlarla bacarmayacaqsız. Hakim deyib ki, yuxarıdan tapşırıq gəlib.
Maraqlıdır ki, hardan? Deməli Astanın qohumları yuxarıda oturub, amma mənim qohumun yoxdur deyə belə olmalıdır.
Mənim arxamda dövlətim, musiqi ordum var. Firuzə İbadova bir dənədir. Hara gedirəm hamı məni tanıyır. Amma bir dənə bu deputatla bacarmadılar? Nəyə görə bacarmadılar? Kimin üstünə gedim şikayətə?
Astan mənim xalqımı, Azərbaycandan Rusiyaya gedənləri "otxod” adlandırdı. Camaatı dövlətin üstünə qaldırdı. Dövlət çevrilişi etmək istəyirdi? Onu kim müdafiə elədi? Onun qohumları. Onlar nə bilir ki, mənim hansı qohumlarım var?
Azərbaycan qızı, el müğənnisiyəm, ulu öndərin tərbiyəsi ilə böyümüşəm. Ustadlarım, müəllimlərim əsl bəşəri sənətkarlar olub. Həmçinin işimin peşəkar müğənnisiyəm. Sadəcə olaraq mən öz hüquqlarımı müdafiə etdirməyə Azərbaycanda bir adam istəyirəm.
Mənim isə 89 yaşında bir qoca anam, qızım və nəvəm var. Var dövlətim - musiqilərim, tamaşaçılarım, tələbələrim və xalqımdır. Mənim səsimə hay versinlər. Mən başqa işlərə əl atmaq istəmirəm.
Çoxlu jurnalist dostlarım var. Onlar nə qədər yazsalar da, Astangillə heç kim bacarmır. Hamı da onun pis insan olduğunu deyir. Həqiqətən də o yeziddir, müsəlman deyil. Mən onlara halallıq vermirəm. Torpaq Allaha məxsusdur. Ona görə də halallıq vermək lazımdır. Mən də halallıq verməyəcəm.
Dövlət başçımız İlham Əliyevdən, birinci vitse-prezident, əzizimiz Mehriban Əliyevadan xahiş edirəm ki, mənim bu işimə bir əncam çəkilsin.
Mən ancaq onlardan bunu istəyirəm. Çünki hər məhkəmə prosesində deyirlər ki, bu işə görə yuxarıdan onlara tapşırıq gəlib. Niyə? Axı deputat xalqın qulluqçusudur, xalqın əmlakını talayan deyil.
O bağa görə milyonluq evimdən oldum. Övladlarımı və qoca anamı hara gəldi sürüyürəm. 89 yaşlı qoca anamın nə günahı var?
İndiyə kimi heç kimə əyilməmişəm. Yalnız öz haqqımı istəyirəm. Kimdənsə ev və ya pul istəmirəm ki? Mənim pulumu və bağımı qaytarsınlar.
Onların mənə verdiyi 8 min dolları verirəm. Amma bağımı özümə qaytarsınlar. Ya da qalan pulumu versinlər, mən də halallıq verim.
Xəstə qadınam. Dərmanlarsız qala bilmirəm. Hər dəfə bu işin üstünə qayıtmaq istəmirəm, səhhətim imkan vermir.
- Rəşid Allahyarovun da əlindən torpağı alıblar?
- Bəli. Bütün torpaqları alıblar. Əvvəl onların vəkili Adəm Məmmədov idi. Sonra Adəmin özü işdən imtina etdi. Mənim nümayəndəm olaraq prosesə Bikə xanım özü çıxmışdı.
O birinci hər şeyi dəqiq bilmirdi deyə, onun da danışıqlarında bir neçə səhv var idi. Mən düz danışmağı sevirəm. Sonra Zaur və Rəhim adında vəkil prosesə qoşuldu. Onların da pulunu mənim həcc ziyarəti dostlarım vermişdi ki, işi düz aparsınlar.
Üçüncü vəkil isə Elşən İsmayılov idi. Elşən də mənə dedi ki, yuxarıdan tapşırırlar. Buna görə də qalib gələ bilməyəcəksən. Çünki sən yetim qızsan, heç kimin yoxdur.
Yazdıqlarım prezidentə yetişmir
- Firuzə xanım, Rəşid Allahyarov sizin dediklərinizi təsdiqləyir?
- Bəli. O da onların əlindən bezib. Rəşid bu yaxınlarda mənə zəng elədi ki, deputat Aqil Abbasla görüşəcək. O, Astanın dostudur.
- Bu məsələ ilə əlaqədar rəsmi şəkildə prezidentə və ya aidiyyəti qurumlara müraciət etmisiz?
- Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, ombudsman Elmira Süleymanovaya, Ədliyyə naziri Fikrət Məmmədova teleqram vurdum. Ədliyyə Nazirliyindən məktub gəldi ki, bu məsələni nəzarətə götürüblər. Amma teleqram prezidentə gedib çatmayıb. Əgər çatsaydı mütləq mənə cavab verərdilər.
Hər məhkəmə zamanı deyirlər ki, yuxarıdan zəng ediblər. Maraqlıdır ki, bu zəng hansı yuxarıdan gəlir? Azərbaycanda mənim bu qədər hörmətim yoxdur? İstədikləri müğənniyə ev bağışlayırlar.
Onlar da açıqlamalarında deyirlər ki, həmin evi geyim otağı edəcəm. Amma mənə ev versəydilər, onun bir otağını Heydər Əliyevin şəkilləri ilə bəzəyərdim. Çünki mən əsl sənət fədaisi olmuşam. Bu səviyyəyə öz zəhmətimlə gəlmişəm.
- Bu məsələ ilə bağlı Astan Şahverdiyev ilə özünüz heç əlaqə saxlamısız?
- Xeyr. Rəşid neçə dəfə ona zəng vurub, hətta spiker Oqtay Əsədova belə teleqram vurub. Amma Astan qətiyyən danışığa gəlmir. Gəlib bir maraqlanmır ki, nə istəyirik.
"PA-ya gedib deputatı öldürəcəyimi deyəcəyəm”
- Bəs məhkəmədə onların nümayəndəsi olaraq kimi çıxış edir?
- Özləri məhkəməyə gəlmir. Astanın özü məhkəməyə zəng vurur. Hətta bir dəfə hakim Rəşad Həsənovun köməkçisinə zəng vurub demişdi ki, heç birimiz məhkəməyə gəlməyəcəyik. Axı niyə gəlmirsiz? Siz Firuzə İbadovadan böyük adamsız? Bir qəpiklik deputat deyilsən.
Siz mənim ayağımın zərrəsi də deyilsiz. Zibilsiz. Sən "otxod”san. Sən mənimlə qarşı-qarşıya gəlsən səni yandırıb öldürəcəm, sonra özümü tələf edəcəm. Çünki sənin kimi insanın yaşamağı Azərbaycan cəmiyyəti üçün təhlükəlidir. Bərk əsəbiləşən vaxtlarda bir gün elə olacaq ki, gedib düz Prezident Aparatının qarşısında dayanıb Astan Şahverdiyevə nəzarət etmələrini, əks təqdirdə onu öldürəcəyimi deyəcəm. Çünki onlar məni o qədər yandırıblar ki, artıq əsəblərim dözmür. Mənim balalarım küçələrdə qalıb. Astan Şahverdiyev sənin iki balan, nəvələrin yetim qalsın. Nəvələrin atasız qalıb, qoy anasız da qalsınlar.
İşdə Əli Həsənovun adı hallanır
Müğəninin nümayəndəsi Bikə Köçərli isə deyir ki, deputatın qardaşı İsmayıl Şahverdiyevlə görüşüb.
"O mənə birmənalı şəkildə bildirdi ki, Firuzə xanım çıxıb efirdə təkzib eləsin ki, mənim Astan Şahverdiyevə qarşı heç bir iddiam yoxdur.
Ondan sonra mən o bağı qardaşımdan aldıra bilərəm. Ona Firuzə İbadovanın əyiləsi bir xanım olmadığını, ölüncəyə qədər onun arxasında olduğumu bildirdim. Ümumiyyətlə, bağın Firuzə xanımın adında olduğunu göstərən bütün sənədlər var. Xəstə və başsız olmasından istifadə edərək bir xanıma bu qədər təzyiqlər göstərilərək müəyyən bəhanələrlə və alqı-satqı yolu ilə bağın bir qismi əlindən alınıb.
İsmayıl Şahverdiyev görüş zamanı onu da bildirdi ki, qardaşının yoldaşı Solmaz Şahverdiyeva Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun yoldaşı Çimnaz Həsənova ilə yaxın rəfiqədir.
Biz özümüz də onlarla həm kirvəyik, həm də xalaoğluyuq. Bu səbəbdən mənim bu işdən ayrılmağımı istədi. Hətta mənə dedi ki, aciz insanların yanında olma, gəl bizim tərəfdə ol. Cavabımda Firuzə xanımın torpağın sahibi olduğunu dedim. Vəkil Adəm Məmmədov əvvəl Astan Şahverdiyevin vəkili olub
Torpaq Komitəsindən bağın sənədini çıxartmışam. Bakı Şəhər İcra Hakimiyyətindən də arxiv sənədlər çıxartmışam ki, bağ həqiqətən də Firuzə xanıma məxsusdur. Amma buna baxmayaq müəyyən təzyiqlər olur deyə məhkəmə haqımızı qoruya bilmir.
Hətta Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində də məktublar sektorunun müdiri Samir müəllimin görüşündə olmuşam. Mənə deyib ki, Firuzə xanımın bu torpaqdan imtina etməsi ilə bağlı əlyazması var. Mən həmin sənədin mənə göstərilməsini təkid etmişəm. Amma göstərmədilər.
Məni ikinci mərtəbəyə göndərdilər. Orada Allahverdi adlı bir şəxsi göstərib dedilər ki, bu oğlan burda olana kimi bu sənədin Firuzə xanımın adına çıxmasına qoymayacaq.
Ümumiyyətlə, qarşı tərəf prinsipə görə bu bağın Firuzə xanıma verilməcəyini deyir. Belə ki, vəkil Adəm Məmmədov əvvəl Astan Şahverdiyevin vəkili idi. Həm də Adəm Məmmədov, Sahil Fətəliyev və rəhmətlik Aqil Fətəliyev dost olublar. Sonuncu məhkəmədə Adəm Məmmədov onlara dəstək olmaq üçün gəlmişdi.
Dedilər ki, biz olan yerdə bu bağ sizin ola bilməz. Bu hadisə mənim və hakimin yanında olub. Sahil dedi ki, mən bu bağın sizin olduğunu bilirəm .Amma prinsipə görə bu bağ sizə verilməyəcək”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Dünən, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Dünən, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Dünən, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Dünən, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Dünən, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Dünən, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Dünən, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Dünən, 10:55 |
|
|
|
|