Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Azərbaycan təzyiq altına salınacaq dövlət deyil
Əsas Səhifə > Cəmiyyət > Azərbaycan təzyiq altına salınacaq dövlət deyil

Azərbaycan təzyiq altına salınacaq dövlət deyil


20-03-2025, 10:43
Azərbaycan təzyiq altına salınacaq dövlət deyil
“Hazırda ABŞ-nın addımları anlaşılmazdır. ABŞ bir tərəfdən separatizmə qarşı mübarizə aparır, digər tərəfdən də Azərbaycanda törətdikləri cinayətləri sübuta yetirilən separatçıların azadlığa buraxılmasını istəyir. Belə ikili siyasət əksər böyük dövlətlərin fəaliyyətində özünü göstərir. Hər halda bunu ABŞ-a yaraşdırmazdım”.

Bu fikirləri “Reytinq” qəzetinə açıqlamsında professor Cümşüd Nuriyev deyib.

“Prezident Donald Trampdan başqa şeylər gözləyirdim. Ancaq görünən odur ki, ABŞ-dakı yeni hakimiyyət özündən əvvəlki administrasiya kimi ədalətsizliyə meyl edir. Əlbəttə, onlar Azərbaycandan çoxsaylı tələblər edə, separatçıların azadlığa buraxılmasını istəyə bilərlər. Ancaq nəzərə almaq lazımdır ki, Azərbaycan 10 il əvvəlki deyil, bizim dövlətimiz indi güclü dövrünü yaşayır. Başqa sözlə, Azərbaycan təzyiq altına salınacaq dövlət deyil. Prezidentin sayəsində sığortalamaq siyasəti həyata keçirmişik. Odur ki, ABŞ-nın Qarabağ separatçıları ilə bağlı təklif və ya təzyiqinin əhəmiyyəti yoxdur”, -professor qeyd edib.

C. Nuriyev əlavə edib ki, bu prosesdə Azərbaycanın digər müttəfiqi İsrail müəyyən addımlar atır və bu, ABŞ-nın addımlarını düzəldə bilər: “Konkret olaraq İsrailin Azərbaycanın İbrahim müqaviləsinə daxil edilməsini istəməsini nəzərdə tuturam. Artıq bir qrup yəhudi ravvin bununla bağlı Trampa müraciət edib”.

C. Nuriyev sonda deyib ki, Azərbaycan dünyanın ən multikultural dövlətlərindən biridir və bu məsələlər Azərbaycana qarşı davranışları qaydaya sala bilər.

Geri qayıt