Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Cəmiyyət, Ana xəbərlər > “AzInTelecom”da yeni təyinat olub
“AzInTelecom”da yeni təyinat olub14-08-2019, 16:01 |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin Maliyyə departamentinə yeni direktor təyin edilib. “Report” xəbər verir ki, bu vəzifə Turan Cəfərovaya həvalə olunub. O, bundan əvvəl nazirliyin ləğv edilmiş şirkəti - “Yüksək Texnologiyalar Parkı” MMC-nin (TYP) Maliyyə departamentinin direktoru olub və yeni vəzifəsində Fuad Əhmədovu əvəz edib. Xatırladaq ki, F.Əhmədov ötən ilin dekabr ayında işdən çıxıb və onun vəzifəsini müvəqqəti olaraq şirkətin baş mühasibi Aytən Şirəliyeva icra edib. "AzInTelecom” 2015-ci ilin iyun ayında yaradılıb. Onun nizamnamə kapitalı 8,146 milyon manatdır. Şirkətin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında beynəlxalq səs trafikinin mübadiləsinin təşkili, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və yeni yaradılmış Data Mərkəzi nəzdində "İnfrastruktur Xidmət kimi" (IaaS) əsaslı xidmətlərdən ibarətdir. “AzInTelecom” ötən ilin mart ayında “Azercell Telecom”un səhmlərinin 51,3%-ni əldə edib. Geri qayıt |