“TƏBİB saxtakarlıq edib, mənim sənədlərimi sistemə vurmur” .....                     Bu şirkət 3 təhsil müəssisəsinə mühafizə xidməti göstərəcək .....                     Dövlət qurumu proqram təminatına 821 min manat .....                     "Axşam yeməyini tamamilə kəsmək lazımdır..." .....                     Ararat Mirzoyan Vaşinqtonda "köhnələrlə" nə müzakirə edir? .....                     Xanım jurnalistə qarşı dələduzluq edənlər HAKİM QARŞISINDA .....                     "Əqrəb mövsümü 2" bu tarixdə yayımlanacaq .....                     Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır .....                     Rejissoru aldadıb 25 minini aldı: müğənninin əridir .....                     Şəmsəddin Xanbabayev VƏFAT EDİB .....                     “Təyyarənin vurulması Rusiyanın Azərbaycana xəbərdarlığı idi” .....                     Azərbaycanda bu lizinq şirkəti .....                     Vuçiçi kim qaza gətirmişdi? .....                     Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı .....                     Dünyanın ən güclü orduları: .....                     “Amin Mərdəkanski”nin qətlinə görə .....                     Qadın onu baltalayan ərini bağışladı... .....                     "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında .....                     Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI .....                     MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu .....                     Samir Şərifov daha bir vəzifəsini .....                     Bakı ABŞ üçün niyə önəmlidir? .....                     AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb .....                     Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı .....                     Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu .....                     Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib .....                     Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib .....                     Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi .....                     Bakıda xanım müğənni vəfat edib .....                     Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür .....                     “Nə qədər cəsarətli rollar oynasam da, .....                     Putin və Pezeşkian Rusiya ilə İran arasında .....                     Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq .....                     Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib .....                     Monqolustanda nə baş verir? .....                     Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub .....                     Azərbaycanda 20 min manatlıq şirkət .....                     “Ömrüm boyu sayğılı nazirimə borcluyam” .....                     Həkimlər Lalə Şövkətə qadağa qoydu .....                     Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir .....                 

Xətai rayonu SATIŞA ÇIXARILIB - İTTİHAM VAR!
Tarix: 13-09-2022, 11:53 | Çap et
Xətai rayonu SATIŞA ÇIXARILIB
Rayonun memarı deyir ki, bizlik deyil, bu məsələyə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi baxır... Məlumdur ki, son illərin ən ciddi problemlərindən biri, bəlkə də birincisi, paytaxt Bakının rayonlarındakı qanunsuz tikililərdir. Heç kimə sirr deyil ki, uzun illərdir ki, Rayon İcra Hakimiyyətlərinin memarlıq şöbəsinin, şəxsən baş memarın rəsmi icazəsi ilə kimlərsə boş sahə görən kimi oranı hasarlayıb xırda ticarət obyekti, kafe, köşk tikdirir. Və hətta bu obyektlər vətəndaşların keçdiyi səkiləri zəbt ediblər.
Həm də bu məsələdə memarlıq şöbəsinin adı daha çox hallansa da icra başçılarının bundan xəbəri olmaya bilməz. Yəni bütün bu qanunsuzluqlar icra başçılarının birbaşa icazəsi ilə baş verib. Bütün bu qanunsuz tikintilər əslində böyük biznes məsələsidir. Uşaqdan böyüyə hamı bilir ki, Bakıda pulunu verməsən bir daşı daşın üstə qoymaq olmaz.
Yeri gəlmişkən, bir məsələni də xüsusi olaraq qeyd edək.
Təsəvvür edirsiniz, hansısa məmur öz şəxsi marağına görə, daha dəqiq desək pul qazanmaq üçün kiməsə obyekt tikməyə icazə verir. Və bir neçə ildən sonra həmin qanunsuz obyekt dövlətin hansısa layihəsinə mane olduğu üçün söküləndə, həm obyekt sahibi qazanır, həm də həmin məmurlar qazanır. İtirən isə dövlət büdcəsi olur. Axı, dövlət büdcəsi havadan-zaddan yaranmır. Bu büdcə vətəndaşların ödədiyi vergilər əsasında yaranır.
Deməli, rüşvətxor məmur və qanunsuz obyektin sahibi pul qazanır, itirən isə vətəndaşlarımız olur. Amma əslində qanunsuz tikiliyə icazə verən məmur dəyən zərəri ödəməli idi.
Sözün qısası, neçə illərdi ki, şəhərimizin səkiləri, parkları məmurlar tərəfindən zəbt olunur.
Hətta rayon ərazilərindəki yüksək gərginlikli elektrik xətlərinin altındakı ağaclar kəsilərək, yaşıllıqlar məhv edilərək yerində çayxanalar, ictimai-iaşə obyektləri fəaliyyət göstərir. Bu məmurlar başa düşmür ki, həmin yaşıllıqlar, ağaclar məhz yüksək gərginliyi kompensasiya etmək üçün salınıb. Əgər sabah həmin ərazidə bir fəlakət baş verərsə, bunun məsuliyyətini kimlər daşıyacaq..?
Bütün bu sadaladığımız problemləri aradan qaldırmaq üçün cənab Prezidentin təşəbbüsü ilə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi” qəbul edildi.
Hətta icra hakimiyyətlərinin bəzi səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə verildi. Amma... Əmması odur ki, bütün bunlara baxmayaraq icra başçıları, memarlar köhnə bazarlarından, köhnə alverlərindən əl çəkmək istəmirlər. Paytaxt Bakının qanunsuz tikililərlə ən çox zəbt olunmuş rayonlarından biri də Xətai rayonudur.
Yeri gəlmişkən, onu da qeyd edək ki, memarlıq şöbəsinin qanunsuz hərəkətlərinin qarşısını almaq üçün rayonlardakı memarlıq işləri Rayon Təsərrüfatı şöbəsinə tapşırıldı.
Düzdür, bu şöbənin tikintiyə baxan mühəndisləri, memarları var. Xətai Rayon İcra Hakimiyyətində bu məsələlərə şöbə müdiri Rafiq İsayev və memar Əhməd Məmmədov baxır. Ən maraqlısı odur ki, son vaxtlar rayon ərazisindəki qanunsuz tikililərdən söhbət düşən kimi.... İcra hakimiyyətinin memarı, şöbə müdiri, hətta Xətai rayon İcra hakimiyyətinin başçısı Quliyev Rafiq Çəpərxan oğlu birağızdan deyir ki, məsələ artıq bizlik deyil, gedin qanunsuz tikililərin səbəbini Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən soruşun.
Təsəvvür edin ki, Xətai sakinləri etiraz aksiyası keçirir və deyirlər ki, hansısa şirkət gəlib həyətimizin ortasında qanunsuz tikili tikir. İcra başçısı isə deyir ki, mənlik deyil. İcra başçısından soruşan yoxdur ki, neçə illərdir ki, rayon ərazisində tikilən qanunsuz obyektlər də sənlik deyil..? Xətai icra hakimiyyətinin memarı isə həyətdə tikilən qanunsuz tikili barədə deyir ki....Məndə olan məlumata görə, sözügedən tikinti qanunidir.
Belə yerdə deyiblər ki, vur palçıqdan çıxsın. Necə yəni səndə olan məlumata görə... İki dövlət qurumu arasında adi koordinasiya yoxdurmu ki, konkret biləsiniz ki, tikinti qanunidir, yoxsa yox. Həm də sakinlərin həyətində tikilən obyekt necə qanuni ola bilər, ayy .... Yaxşı, Xətai rayonu ərazisində kəsilən ağacları da Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi eləyib..?
Axı, bu ağacların kəsilməsinə siz icazə vermisiniz... Bəs rayonun Mənzil Kommunal İstismar İdarəsi hara baxır..?
Sözün qısası, Məşədi İbad demişkən, əvvəl qızın bir adaxlısı var idi. İndi iki olub. Və qanunsuz tikli ilə bağlı nə varsa bir-birinin üzərinə atır. Amma, istənilən halda, Xətainin icra başçısı Rafiq Quliyev və yaxın ətrafı sanki harasa tələsirlər. Elə bil vaxtın bitdiyini hiss edərək, hər tini, dalanı satmağa hazırdırlar.
Yeri gəlmişkən, onu da qeyd edək ki, bəzi məmurlar mediadan yuxarılara şikayət edirlər ki, imkan vermirlər işləməyə, barəmizdə yazırlar-pozurlar və... Qaçaq Nəbi filmində deyilən kimi, imkan vermirlər ki, oğurlayaq, sataq, qazanaq... Belə məmurlar “krışaları” deyir ki, siz də medianı verin məhkəməyə, tapşıracağıq, qoy başları özlərinə qarışsın və...məmurlar yaddan çıxsın... Bizim isə bir media olaraq belə məmurlara sözümüz odur ki, bizim yazmaqda yeganə məqsədimiz cənab Prezidenti məmur özbaşınalığı ilə məlumatlandırmaqdır. Və bizə olan hər hansı təhdidə qarşı cənab Prezidentimizə video-müraciətlərimiz var. Bir sözlə, məmur özbaşınalığına qarşı mübarizəmiz davam edir.
Növbəti yazılarda digər paytaxt rayonlarında baş verən qanunsuz tikintilərdən, baş memarların əməllərindən bəhs edəcəyik. Bizi izləyin.
P.S. Deyirəm, bölgələrdə ildırım çaxanda agacları, fermaları, böyük evləri, obyektləri vurur. Nədənsə Bakıda "ildırım" çaxanda Bakı və ətraf rayonların arxiv müdirləri ilə memarlarını vurur.
//gundelik-baku.com//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“TƏBİB saxtakarlıq edib, mənim sənədlərimi sistemə vurmur” - ETİRAZ VAR...
Bu gün, 00:14
Bu şirkət 3 təhsil müəssisəsinə mühafizə xidməti göstərəcək - MƏBLƏĞ
Bu gün, 00:05
Dövlət qurumu proqram təminatına 821 min manat - SƏRF EDƏCƏK
Bu gün, 00:02
"Axşam yeməyini tamamilə kəsmək lazımdır..."
Dünən, 23:02
Ararat Mirzoyan Vaşinqtonda "köhnələrlə" nə müzakirə edir?
Dünən, 22:55
Xanım jurnalistə qarşı dələduzluq edənlər HAKİM QARŞISINDA - TƏFƏRRÜAT
Dünən, 22:51
"Əqrəb mövsümü 2" bu tarixdə yayımlanacaq
Dünən, 22:47
Azərbaycanda Milli Gəlirlər Nazirliyi yaradılır - İDDİA
Dünən, 22:45
Rejissoru aldadıb 25 minini aldı: müğənninin əridir - FOTO
Dünən, 22:40
Şəmsəddin Xanbabayev VƏFAT EDİB
Dünən, 22:38
“Təyyarənin vurulması Rusiyanın Azərbaycana xəbərdarlığı idi” - deputat
Dünən, 19:00
Azərbaycanda bu lizinq şirkəti - LƏĞV OLUNUR
Dünən, 18:58
Vuçiçi kim qaza gətirmişdi? – Səbəblər aydın olur
Dünən, 18:11
Prokurorluq Nəzrini öldürən həkimlə bağlı araşdırmaya başladı - Klinika isə susur...
Dünən, 18:09
Dünyanın ən güclü orduları: - Neçənci yerdəyik?
Dünən, 18:05
“Amin Mərdəkanski”nin qətlinə görə daha bir nəfər TUTULUB
Dünən, 17:57
Qadın onu baltalayan ərini bağışladı...
Dünən, 17:52
"AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında - TƏFƏRRÜAT
Dünən, 17:46
Stomatoloqun tibb bacısı işləyən arvadının meşədən meyiti TAPILDI - Qusarda DƏHŞƏT
Dünən, 17:41
MAHİR və AZƏR Eyvazovlarının “GOLD Məkan” MMC adlı ölüm poliqonu - İTTİHAM VAR...
Dünən, 17:33
Samir Şərifov daha bir vəzifəsini İTİRƏCƏK
Dünən, 17:26
Bakı ABŞ üçün niyə önəmlidir? – “Həmin il hərbi əməliyyatlar zamanı Azərbaycan…”
Dünən, 17:14
AXC-nin elan edildiyi bina vandalizmə məruz qalıb - FOTO
Dünən, 17:12
Paşinyan Aİ Prezidenti ilə İrəvan və Bakı arasında normallaşmanı müzakirə edib
Dünən, 17:07
Müştərilərini itirən "Yelo Bank"ın kredit oyunu – 516 milyonluq depozit hara gedib?
Dünən, 17:02
Kaliforniyada yanğınlar Parisin sahəsindən daha böyük ərazini əhatə edib - TASS
Dünən, 16:59
Almaniya ilk dəfə Ukraynaya özüyeriyən artilleriya qurğusunu təhvil verib
Dünən, 16:48
Məhkəmə "Vaqa" ilə bağlı qərar verdi - DETALLAR
Dünən, 16:48
Bakıda xanım müğənni vəfat edib - FOTO
Dünən, 16:32
Putinlə Tramp arasında görüşün Bakıda keçirilməsi mümkündür - Sergey Markov
Dünən, 16:23
“Nə qədər cəsarətli rollar oynasam da, həyat yoldaşım ilk gündən tapşırıb kı...”
Dünən, 16:22
Putin və Pezeşkian Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini imzalayacaq
Dünən, 16:14
Konstitusiya Məhkəməsi 13 adda qəzet və jurnal alacaq - SİYAHI
Dünən, 16:12
Şahlar Əsgərovun himayə etdiyi fermer hektarlarla dövlət torpağını zəbt edib -Kamal Məmişovla KİMSƏ BACARMIR?
Dünən, 16:09
Monqolustanda nə baş verir? - TƏFƏRRÜAT
Dünən, 16:01
Ramiz Mehdiyevə məxsus "Bank BTB" Azərbaycanda ötən ay ən çox şikayət olunan bank olub - SİYAHI
Dünən, 15:57
Azərbaycanda 20 min manatlıq şirkət - LƏĞV OLUNUR
Dünən, 15:46
“Ömrüm boyu sayğılı nazirimə borcluyam” - Qazi Məğrur Bədəlsoy Vilayət Eyvazova TƏŞƏKKÜR ETDİ
Dünən, 15:43
Həkimlər Lalə Şövkətə qadağa qoydu - OĞLU DANIŞDI
Dünən, 15:39
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir - TƏFƏRRÜAT
Dünən, 15:37
Azərbaycan əsilli sabiq vəkilin adı daha bir dələduzluqda hallanır - TASS
Dünən, 15:30
4 sahibkarı susuz qoydular, Aqrar Sığorta Fondu da 242 mini ödəmədi - QALMAQAL
Dünən, 15:26
Rauf Vəliyevin işçisi ölkədən nə qədər valyuta çıxarıb? - İLGİNC FAKTLAR...
Dünən, 15:24
"İran Suriya itkisinin "ağrı-acı"sını Azərbaycan və Türkiyədən siyasi yolla çıxarmağa çalışır"
Dünən, 15:22
Bu yağın Azərbaycana idxalı qadağan edilməlidir - Ekspert xəbərdarlıq edir
Dünən, 15:16
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...
Dünən, 15:14
Bakıda ölüm saçan klinika: 1 ayda 2 nəfər həyatını itirdi - FOTO
Dünən, 15:06
"Bakıya giriş ödənişli olsun" - Akif Nağıdan TƏKLİF
Dünən, 15:05
Salyanda meyiti parçalanan kişinin arvadı HARADADIR? – Yeni DETALLAR
Dünən, 15:03
"Mollalar özlərinin bildiyi işlərlə məşğul olmalıdırlar, siayəsət onlarlıq deyil" - deputat
Dünən, 15:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru