"Burada ayda 1000-1500 manat qazanmaq üçün gərək “terminator” olasan" - HƏQİQƏTƏN DƏ...
Tarix: 21-06-2022, 11:59 | Çap et
 Ölkədə işsizliyin statistikası hər gün artmaqda davam edir. Müxtəlif problem və bəhanələrlə işlərindən çıxarılanlar, qazancları özlərini qane etməyənlər, istismar olunanlar və başqa səbəblərdən dolayı işsiz qalanlar yaxşı bir qazanc yeri tapana kimi özünə müvəqqəti iş yeri axtarırlar. Həmin o müvəqqəti iş yerlərindən biri də “Uber” taksi fəaliyyətidir ki, şəhərdə bu taksilərin əlindən demək olar, tərpənmək olmur. Hətta səhərlər və axşamüstü taksilərin çoxluğu şəhərdə ciddi tıxaca səbəb olur. Yaxşı, bəs bir çoxlarının “müvəqqəti”, ya da əlavə gəlir yeri kimi gördüyü bu fəaliyyət onlara yetərli qazanc gətirə bilirmi? Hər gün “youtube” və başqa sosial platformalarda tez-tez qarşımıza çıxıb, səbrimizi sınağa çəkən, bezdirən taksi reklamları həqiqətənmi aylıq min manat məbləğində qazanc gətirir? Bu sahədə Azərbaycanda daha çox yayılan taksi şirkətlərindən biri də “Uber”dir və şəhərdə demək olar ki, hər on maşından ikisi bu şirkətə məxsusdur. Taksiləri icarəyə götürüb, günlük plan verən, amma sonunda bezib, açarı şirkətin üzərinə atan kifayət qədər adam da var. Onlar özlərinin istismar edildiklərini, günlük qazanclarının 70 faizdən çoxunu şirkətə verdiklərini və özlərinə qalan gəlirin kifayət etmədiyini deyirlər:
“Gün ərzində 25 nəfərlik plan qoyurlar, yəni gün ərzində 25 nəfər müştəri aparmalıyam, qazancın 70 faizini də şirkətə verməliyəm. Hələ depozit pulunu demirəm. 15 gün burda işlədim, ümumi 300 manat qazancım oldu, onun da 250 manatını depozit kimi şirkətə verdim. Şirkət bu pulu maşının baxımı, mümkün qəza şərtlərinə görə öncədən alır. Bir növ sığorta kimi. Amma bu, olduqca böyük miqdardır. Elə sürücülər var ki, onlara salonu çirkli, özü bərbad gündə “tökülüb gedən” taksilər verilir, sonra şirkət narazı qalır ki, maşına yaxşı qulluq göstərmirik. Yanacaq pulu şirkət tərəfindən ödənilsə də, bu, bizə kifayət etmir. Həm də günlük planı doldurmaq elə asan deyil, nisbətən ucuz olduğundan hər cür insan minir bu taksilərə. Onların arasında hətta gedişhaqqını verməkdən imtina edənlər, səbəbsiz yerə zəng edib, sürücünü şirkətə şikayət edənlər də olur. Elə sürücülər var ki, özlərinin yaxşı maaşlı işi var, taksiyə əlavə məşğuliyyət kimi baxırlar. Amma çoxluq elə deyil. İşsiz, amma sürücülük vəsiqəsi olan nə qədər vətəndaş var ki, taksi şirkətində işləyir və şirkət də bunu bildiyindən sürücülərin əməyini istismar edir. Reklamlarda min manatdan yuxarı gəlir barədə şişirtmə məlumatlar verilir, amma onun reallıqla heç bir əlaqəsi yoxdur. Sən bu şirkətdə aylıq 1000-1500 manat qazanmaq üçün gərək “terminator” olasan, gecə-gündüz yatmayasan, o da ki, mümkün olası məsələ deyil. Taksi şirkətləri ciddi istismar mənbəyidir, həm də kimə gəldi o maşınlar verilir, təki günlük planı versinlər, ona görə də qəzaların, başqa yol-nəqliyyat hadisələrinin sayı artır”,– deyə Elçin adlı sürücü deyir.
Onu da qeyd etmək yerinə düşərdi ki, bu taksilərin şəhərdə tıxac sıxlığını artırması ilə yanaşı, ümumiyyətlə taksilik təcrübəsi olmayan kəslərin bu sahəyə qoşulması və işəgötürənin onlar qarşısında ciddi göstəricilər qoymaması, bir çox “sürücü”lərə sərf edir ki, bu da şəhərdə ciddi qəzalara, insan ölümlərinə gətirib çıxarır. Ölkədə işsizlik probleminin getdikcə artması bu cür “müvəqqəti” şirkətlərin “əl-ayağını” açır, işçilər üzərində istismarı artırır, ciddi qəzalara zəmin yaradır. Bizimyol.info


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50 |
|
|
|
• Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47 |
|
|
|
• Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44 |
|
|
|
• Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38 |
|
|
|
• Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36 |
|
|
|
• Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30 |
|
|
|
• Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29 |
|
|
|
• Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27 |
|
|
|
• TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22 |
|
|
|
• “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19 |
|
|
|
• “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15 |
|
|
|
• Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13 |
|
|
|
• “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11 |
|
|
|
• “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08 |
|
|
|
• Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04 |
|
|
|
• "Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43 |
|
|
|
• Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40 |
|
|
|
• "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35 |
|
|
|
• Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
• "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31 |
|
|
|
• Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10 |
|
|
|
• 3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02 |
|
|
|
• Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59 |
|
|
|
• Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55 |
|
|
|
• İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50 |
|
|
|
• ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45 |
|
|
|
• Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22 |
|
|
|
• Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12 |
|
|
|
• “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10 |
|
|
|
• Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04 |
|
|
|
• Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01 |
|
|
|
• Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56 |
|
|
|
• Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46 |
|
|
|
• Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44 |
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02 |
|
|
|
|