Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                     Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? .....                     Ağlar günə qalan Naxçıvan səhiyyəsi... .....                     Niyam Salaminin yarım milyon borcu üzə çıxdı .....                     Gəncə Tibb Kollecində rüşvət tələb olunur? .....                     "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" .....                     Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? .....                     Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur .....                     Kamilənin adından dələduzluq .....                     Abdolbari Gozal vəfat etdi .....                     Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib .....                     Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib .....                     İmişlinin deputatı yerli sakinlərə səsləndi .....                     “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” .....                     Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi .....                     “Yüz illik saziş” və əbədi tərəfdaşlıq .....                     Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq .....                     Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb .....                     Putin görsə ki İran dardadır... .....                     Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar .....                     İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? .....                     Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı .....                     Bu gedişlə... BAĞLANACAQ! .....                     Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu .....                     Paşinyan qorxu içindədir: .....                     "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" .....                     Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib .....                     "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" .....                     Yeni “kütləvi qırğın silahı” .....                     Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib .....                     Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU .....                     “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” .....                     Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? .....                     Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… .....                     "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" .....                     Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ .....                 

Oqtay Şirəliyevin açdığı bazar... - VİDEOFAKT
Tarix: 27-04-2018, 09:23 | Çap et
Oqtay Şirəliyevin açdığı bazar...
Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunda təkcə rentgendən keçən vətəndaşlardan ay ərzində 50 min manat yığılır



Bu video bazarda çəkilməyib. Bura M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutudur(xalq arasında bu tibb müəssisəsinə “Eksperimentalnı” deyilir).

Dəfələrlə mətbuatda dövlət xəstəxanalarındakı rüşvətdən yazılsa da, bunun müsbət nəticəsi olmayıb, əksinə ildən-ilə vəziyyət daha da pisləşir. Nazir (?) Oqtay Şirəliyev isə səhiyyədə rüşvət barədə yazılanları “gülməli” adlandırıb. Amma rüşvət giriş qapısından başlayan, açıq bazar şəraitində işləyən əksər paytaxt xəstəxanalarının ön cərgəsində yer alan bu xəstəxanada vəziyyət gülməlidən çox, ağlamalıdır.

Apardığımız araşdırmalara əsasən, əslində bütün müayinə və müalicənin tamamilə ödənişsiz olduğu bu dövlət xəstəxanasındakı müayinə xidmətlərinin qiymətlərini oxucularımıza təqdim edirik.

Rentgen müayinəsinin qiyməti 10 -50 AZN, USM müayinəsi 20-45 AZN, qan analizi 10-50 AZN, əməliyyatlar 600-2000 AZN civarındadır. Teropevtin, cərrahın və digər həkimlərin qəbulu isə pasientlərə 50 AZN-ə başa gəlir.

Ən qəribəsi odur ki, xəstəxanaya həkim müayinəsinə gələn pasientlər, eləcə də xəstələrinə baş çəkmək istəyən ziyarətçilər içəri buraxılmırlar. O üzdən xəstəxana qarşısında böyük növbələr yaranır, səs-küydən ağız deyəni qulaq eşitmir. Bu isə heç kəsi narahat etmir. Vətəndaşlara yüksək səviyyəli xidmət təşkil etmək, onları nizam-intizama riayətə dəvət etmək əvəzinə, süni şəkildə qarışıqlıq yaradırlar. Nəzərə almırlar ki, xəstəxanaya gələn vətəndaşların əksəriyyəti sağlamlığı ilə bağlı problem yaşayan insanlardır, onlara uzun müddət ayaq üstə qalmaq, əsəbləşmək olmaz.

Böyük çək-çevirdən sonra nəhayət xəstəxanaya daxil olan insanlar burda da xoşagəlməz hallarla, böyük növbələrlə qarşılaşır. Ən böyük növbə isə yaxşı mütəxəssis kimi tanınan qocaman rentgenoloq həkim, professor Soltan Manafovun kabineti qarşısında olur.

Adıçəkilən rentgenoloq haqda daha müfəssəl məlumat almaq məqsədi ilə M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutuna zəng vurduq. Dəstəyi bir xanım qaldırdı. Əməkdaşımız rayondan gələn qohumunun həmin məşhur rentgen mütəxəssisinin qəbuluna yazılmaq istədiyini dedi. Dəstəyin o biri tərəfindəki xanım çox həvəslə rentgenoloqun qəbuluna yazılmaq üçün pasientin səhər tezdən xəstəxanaya gəlməli və elə oradaca qəbula yazılmalı olduğunu dedi.

“Səhər tezdən gəlsin ki, növbənin ön sıralarında yer ala bilsin”, - deyə əlavə etdi.

Söhbəti genişləndirmək üçün rentgenoloqun adını və soyadını dəqiqləşdirmək istəyəndə isə, nədənsə, xanımın səsi dəyişdi. “Gələr, burada hər şeyi dəqiqləşdirər”,- dedi.

Əməkdaşımızın bütün cəhdləri boşa çıxdı, xanım əsl çekistlər kimi “sirr” vermədi ki, vermədi. Bu səbəbdən digər əməkdaşımızı işə qoşmalı olduq.

O, daha fərasətli çıxıb həkimin adını və soyadını öyrənə bildi, amma xidmətinə görə nə qədər haqq aldığını öyrənməyi bacarmadı.

“Telefonla qəbula yazmırıq, gəlib özünüz yazılmalısınız, həkim xidmətinin qiyməti də burada deyiləcək sizə”, - zənglərə cavb verən xanımın konkret cavabı belə oldu. Bir sözlə, əsl triller təsiri bağışladı bizim bu kiçik araşdırmamız.

Biz də üz tutduq həmin xəstəxanada rentgen müayinəsindən keçən soydaşlarımıza. Onların söhbətlərindən belə məlum oldu ki, bu həkimin qəbuluna düşmək üçün əvvəlcədən növbəyə yazılan insanlar çox zaman ahıl yaşa çatan professorun qeyri-adekvat davranışı sayəsində həmin gün ümumiyyətlə müayinə olunmadan evlərinə qayıtmalı olurlar.

Soltan Manafovun qəbulunda olan insanlar danışır ki, bu ahıl professor əsl kef əhlidir. İstədiyi vaxt xəstəni qəbul edir, istədiyi vaxt isə vəzifəsini icra etməkdən imtina edir. Çünki yaşı ilə əlaqədar tez-tez əhvalı dəyişir, o da pasientlərlə öz əhvalına uyğun davranır.

Rentgen otağına növbədən kənar keçirilən insanlar az olmur. Bu isə şübhəsiz ki, saatlarla öz sırasını gözləyən xəstələrin haqlı etirazına səbəb olur. Bununla bağlı irad bildirən xəstəni yaşlı professor çox sərt formada kabinetindən çıxarır, qapısını açarla kilidləyib uzun müddət otaqdan çıxmır, heç kəsi də qəbul etmir. Amma nədənsə həkimin bu qəbuledilməz davranışı ilə bağlı xəstəxana müdriyyəti tərəfindən heç bir ölçü götürülmür. Üstəlik, çoxdan təqaüd yaşını aşan həkim hələ də xəstəxanada işləyir.

Əslində müdriyyətin bu məqsədli etinasızlığı səbəbsiz deyil. Dövlət hesabına olan rentgen müayinəsi üçün vətəndaşlardan alınan 10-50 AZN civarında ödənişdən hər halda baş həkim xəbərsiz deyil və təbii ki, bu məbləğin böyük bir hissəsi məhz ona çatır. Nəzərə alsaq ki, gün ərzində ən azı 50-70 adam rentgen müayinəsindən keçir, əgər hər biri orta hesabla 25-30 manat haqq ödəyirsə, bir günə minimum 1500 manat edir. Həmin məbləği 30 günə vuranda orta hesabla aya 50 min manata yaxın pul çıxır. Digər müayinə kabinetlərindən, əməliyyatlardan, həkim qəbullarından toplanan pulu da bu məbləğin üstünə gələndə ağlasığmaz rəqəm alınır. Özü də bu qanunsuz gəlirin böyük hissəsi şübhəsiz ki, xəstəxananın baş həkiminin cibinə gedir.

Xəstəxanada hökm sürən bu özbaşınalıq, hərcmərclik və rüşvətxorluq sayəsində bütün gününü bu səhiyyə müəssisəsində itirən, acından, halsızlıqdan ayaq üstə güclə duran xəstə vətəndaşlar milli səhiyyəmizə güvənini itirir, imkanı çatanlar müalicə olunmaq üçün xarici dövlətlərə üz tutur, imkansızlar isə əlacsızlıqdan bütün bu özbaşınalığa dözməli olur.

Heç kəs üçün sirr deyil ki, bütün bu deyilənlər təkcə adıçəkilən xəstəxanada baş vermir. Paytaxtımızın, eləcə də ölkəmizin əksər dövlət xəstəxanalarında buna bənzər vəziyyətlə qarşılaşmaq olar.

Görəsən, vətəndaşların hər gün qarşılaşdığı, haqqında yazdığımız bu nöqsanları Səhiyyə Naziliyi və şəxsən Oqtay Şirəliyev görmür? Azərbaycan səhiyyəsini nüfuzdan salan, vətəndaşlarımızı məyus edən bu acınacaqlı vəziyyət çoxmu davam edəcək? Axı iqtisadi cəhətdən bizdən qat-qat zəif olan qonşumuz Gürcüstanda rüşvətxorluq, korrupsiya çoxdan keçmişdə qalıb. Paytaxt Tbilisidə, eləcə də Gürcüstanın digər bölgələrində fəaliyyət göstərən dövlət xəstəxanalarında xəstələrə yüksək səviyyəli tibbi xidmət göstərlir, özü də tamamilə təmənnasız, hətta öz istəyi ilə həkimə “hörmət” etmək istəyən vətəndaşdan belə pul alınmır. Bəs bizdə nədən vəziyyət yaxşılığa doğru dəyişmir? Bunun səbəbini kimdə, nədə axtaraq? Suallarımızı Səhiyyə Nazirliyinə və şəxsən hörmətli Oqtay Şirəliyevə ünvanlıyırıq.
Hurriyyet.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28
“İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26
Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22
“Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10
Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56
Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55
Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22
İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13
Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29
Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24
Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20
Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11
"Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06
Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00
"Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20
Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00
Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58
Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12
“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42
Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28
Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22
"Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20
Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13
Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:05
Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Dünən, 12:03
QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Dünən, 11:55
İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Dünən, 11:33
Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Dünən, 11:25
"Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Dünən, 11:14
Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 11:12
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 11:07
Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Dünən, 11:04
Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Dünən, 11:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru