İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər .....                     Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək .....                     Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? .....                     Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? .....                     “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə .....                     Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? .....                     Ağlar günə qalan Naxçıvan səhiyyəsi... .....                     Niyam Salaminin yarım milyon borcu üzə çıxdı .....                     Gəncə Tibb Kollecində rüşvət tələb olunur? .....                     "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" .....                     Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? .....                     Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur .....                     Kamilənin adından dələduzluq .....                     Abdolbari Gozal vəfat etdi .....                     Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib .....                     Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib .....                     İmişlinin deputatı yerli sakinlərə səsləndi .....                     “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” .....                     Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi .....                     “Yüz illik saziş” və əbədi tərəfdaşlıq .....                     Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq .....                     Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb .....                     Putin görsə ki İran dardadır... .....                     Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar .....                     İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi .....                     “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? .....                     Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı .....                     Bu gedişlə... BAĞLANACAQ! .....                     Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu .....                     Paşinyan qorxu içindədir: .....                     "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" .....                     Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib .....                     "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" .....                     Yeni “kütləvi qırğın silahı” .....                     Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib .....                     Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU .....                     “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” .....                     Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? .....                     Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… .....                     "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" .....                 

“Prezident seçkisindən sonra sabiq naziri həbs edə bilərlər” İDDİASI
Tarix: 4-04-2018, 10:43 | Çap et
“Prezident seçkisindən sonra sabiq naziri həbs edə bilərlər”
Sabiq nəqliyyat naziri Ziya Məmmədov ailə biznes-imperiyasına daxil olan aktivləri itirməkdə davam edir. 2018-ci il aprelin 1-dən belə obyektlərdən biri olan Qubadakı beşulduzlu “Quba Rixos” hoteli rebrendinq edib.

Hoteli Ziya Məmmədovun əlindən əslində 2015-ci ildə almışdılar. O dövrdə hakimiyyətdə Ziya Məmmədova inamsızlıq yaranmışdı və nəqliyyat naziri olaraq səlahiyyətləri çox ciddi şəkildə məhdudlaşdırılmışdı. Həmin günlərdə belə xəbərlər yayılmışdı ki, Ziya Məmmədova oğlu Anar Məmmədovun idarə etdiyi “Garant Holdinq”ə daxil olan beşulduzlu “Rixos Quba Azərbaycan” hotelini təhvil vermək tapşırılıb. Hotelin sahibi dəyişidirilib və fəaliyyətini davam etdirib. Yeni sahibləri isə 2018-ci il aprelin 1-dən hotelin adını “Quba Palace”yə dəyişiblər.

Hotelin baş meneceri Kənan Ağayevin sözlərinə görə, “Quba Palace” yüksək səviyyəli xidməti ilə sektorda uğurlu və peşəkar imicini saxlayaraq yeni brendini daha da məşhurlaşdırmağa çalışacaq. Hotel rəhbərliyi “Rixos” brendinin hotelin adından çıxarılmasının yeni çağırışlarla əlaqəli olduğunu bildirib: ““Rixos” brendi regionu tərk etmək haqqında qərarını açıqlayaraq rəsmən həm Azərbaycan, həm də Gürcüstan bazarından çıxır. Nəticə etibarilə aprel ayından Azərbaycandakı “Quba Rixos” hoteli “Quba Palace”, Gürcüstandakı “Rixos Borjomi” isə “Borjomi Likani” adını daşıyacaq. Biz daha çox turist cəlb etmək, hotelimizin böyük potensial və imkanlarından səmərəli şəkildə istifadə etmək istəyirik. Əminik ki, yaxın bir müddətdə “Quba Palace” bazarda daha güclü bir brend kimi tanınacaq".

Qeyd edək ki, Azərbaycanda ilk və yeganə qolf meydançasına malik “Quba Palace” (keçmiş “Rixos”) hotel kompleksi 2013-cü ildə istifadəyə verilib. Maraqlıdır ki, Ziya Məmmədovun oğlu Anar Məmmədov hoteli 2015-ci ildə təhvil versə də, rəhbərlik etdiyi “Garant Holdinq”in saytında http://www.garant.az/az/Layih%C9%99l%C9%99r/2333 ttp://www.garant.az/az/Layih%C9%99l%C9%99r/2333 hələ də hotelin “Rixos Quba Azərbaycan”ın holdinqə daxil olduğu haqda məlumat qalmaqdadır. Onu da qeyd edək ki, 2011-ci ildə Ziya Məmmədovun oğlu Anar Məmmədov Azərbaycan Qolf Federasiyasını qeydiyyatdan keçirib. Özü də həmin federasiyanın prezidenti seçilmişdi. 2 il sonra isə Anar Məmmədov “Rixos Quba Azərbaycan”da ölkədə yeganə qolf meydançasını da istifadəyə vermişdi. 2015-ci ildə “Rixos Quba Azərbaycan” Məmmədovların ailə holdinqlərinin tərkibindən çıxarılandan sonra Anar Məmmədov Azərbaycan Qolf Federasiyasını maliyyələşdirməkdən də imtina edib. Hazırda federasiyanın qapıları bağlıdır. Federasiya maliyyə çatışmazlığına görə uzun müddətdir ki, heç bir beynəlxalq yarışlara da qatıla bilmir. İşçilər də aylarla əmək haqqı almadıqdan sonra işə çıxmaqdan imtina ediblər.

Yada salaq ki, Ziya Məmmədovun ailə holdinqi bir vaxtlar Bakının sərnişindaşıma nəqliyyatında inhisarçı mövqedə olan “Transgate” MMC-yə sahib idi. Ziya Məmmədovun kreslosu laxlayandan sonra “Transgate”ə məxsus avtobuslar istifadəyə yararsız adı ilə Bakını əhatə edən marşrut xətlərindən çıxarıldı. MMC-yə məxsus 10-dan çox marşrut başqa daşıyıcılara təhvil verildi. Məmmədovların Bakının mərkəzində ucaltdıqları və bir vaxtlar hər kəsin Ziya Məmmədovun klanı üçün “xilas kəməri” hesab etdiyi “Trump Tower” də artıq özgəninkiləşdirilib.

Ziya Məmmədov hakimiyyətdəki mövqelərini itirdiyi günlərdə onun oğlu Anar Məmmədovun özünə dost elan etdiyi Donald Tramp ABŞ-da prezidentliyə namizəd idi. Trampın prezident seçilməsindən sonra Azərbaycanda buna ən çox sevinən Məmmədovlar ailəsi idi. Ziya Məmmədovun karyerasının qürub etdiyi bir zamanda oğlu Anar Məmmədovun dostu Trampın supergüc dövlətin prezidenti seçilməsi ciddi tramplin ola bilərdi. Belə iddialar da vardı ki, Ziya Məmmədov Trampın prezident seçilməsi şərəfinə ziyafət təşkil edib. Oğlu Anar Məmmədov da ABŞ seçkilərinin nəticəsini toy-bayrama çevirmişdi. Hətta belə xəbərlər dolaşırdı ki, Ziya Məmmədov yolunun vitse-prezidentliyə açıldığını düşünür, revanşa hazırlaşırmış.

Lakin çərxi-fələk tam əksini ortaya qoydu. Tikinti maqnatı olan milyarder Donald Tramp azərbaycanlı oliqarx Anar Məmmədova görə ölkəsində kəskin tənqidə məruz qaldı, iş o yerə çatdı ki, Donald Trampın adını daşıyan dəbdəbəli hotellər şəbəkəsinin Azərbaycandakı binası üzərindən “Trump Tower” sözləri söküldü. Halbuki 2014-cü ildə Tramp bəyan etmişdi ki, “Trump İnternational Hotel & Tower Baku” “Trump Organization”un standartlarını daşıyan ən yaxşı qlobal inkişaf layihələrindən biridir. Trampın adını daşıyan binaların çoxu kimi Bakıdakı hotel də ona məxsus deyildi. Bina Məmmədovun nəzarət etdiyi “Garant Holdinq” tərəfindən tikilmişdi və onun şirkətinə məxsus idi.

Tramp adının bu hoteldə istifadə edilməsinə və layihə ilə bağlı təcrübəsinə görə sərfəli komissiyon haqqı olaraq 2,5 milyon dollar alıb. Yayılan maliyyə sənədlərindən məlum olurdu ki, Anar Məmmədovun hotelini idarə etmək üçün “THC Baku Hotel Manager Services LLC”, “THC Baku Hotel Manager Services Member Corp.” , “THC Baku Services LLC” və “THC Baku Services Member Corp.” adlı şirkətlər təsis edilib. Həmin şirkətlərin ikisində Donald Tramp 100 faiz, ikisində isə 99 faiz paya malikdir. Hotelin Trampın dəbdəbəli hotellər zəncirinin bir hissəsi kimi idarə olunacağı haqda da xəbərlər vardı. Amma bu baş vermədi. Hoteldən “Trump Tower” sözləri söküləndən sonra Ziya Məmmədovun rəhbərlik etdiyi nazirlik də yenidən təşkil edildi. Ziya Məmmədov və komandası işsiz qaldı.

Hakimiyyətin bu gedişi sabiqə çevrilən Ziya Məmmədovun çox ciddi narazılığına səbəb olub. Oğlunu ölkədən çıxaran sabiq nazirin mövcud hakimiyyətə qarşı gizli savaşın passiv üzvünə çevrilməsi iddiaları da var. Onun baş nazirin sabiq 1-cü müavini Abbas Abbasovla əlaqəli şəkildə hazırda hakimiyyətə qarşı xaricdən hücumlar edən mühacir kəsimə dəstək verməsi xəbərləri də gəlməkdədir. Hər prezident seçkisi öncəsi təşkil edilən belə hücumların daha kəsərli olması üçün iş aparılır. Bu iddialar doğrulsa, o zaman Ziya Məmmədovun da prezident seçkilərindən sonra başının dərddə olacağı qaçılmazdır.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrana qarşı “silah” Türkiyəyə keçir: Razılaşma pozula bilər – Yeni münaqişə anonsu
Bu gün, 07:08
Bu gün 800-ə yaxın bakalavr magistraturaya sınaq imtahanı verəcək - DİQQƏT
Bu gün, 07:05
Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43
Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40
“Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37
Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38
Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31
Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23
Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20
"5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07
Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05
Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10
Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06
Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03
Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00
Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30
İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28
“İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26
Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22
“Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10
Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09
Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56
Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55
Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22
İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18
“Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13
Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29
Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24
Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20
Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11
"Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06
Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00
"Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20
Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00
Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58
Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12
“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42
Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28
Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22
"Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20
Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13
Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:05
Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Dünən, 12:03
QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Dünən, 11:55
İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Dünən, 11:33
Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Dünən, 11:25
"Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Dünən, 11:14
Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 11:12
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 11:07
Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Dünən, 11:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru