Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                     DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR .....                     “Azon zavodu”nun direktoru dəyişib .....                     Xankəndidə daha bir məktəb açılacaq .....                     Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... .....                     “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” .....                     Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                 

Milli Şuradan anti-Azərbaycan çağırışı - BU NƏDİ BELƏ?!
Tarix: 4-09-2024, 10:35 | Çap et
Milli Şuradan anti-Azərbaycan çağırışı
Özlərini demokratik qüvvələrin Milli Şurası adlandıran qurum Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı beynəlxalq birliyə müraciət edərək seçkinin nəticələrini tanımamağa çağırıb.

“Turan” xəbər verir ki, Milli Şura bəyanatında növbədənkənar parlament seçkisinin təyin edilməsini konstitusiyaya zidd addım hesab edib. “Konstitusiyanın 98.1-ci maddəsində hansı hallarda növbədənkənar Məclis seçkilərinin təyin edilməsi çox aydın şəkildə ifadə edilib.

Milli Şura hesab edir ki, hazırkı növbədənkənar seçkilərin təyin edilməsi üçün konstitusiyada göstərilən halların heç bir mövcud olmayıb", - deyə bəyanatda bildirilir.

Mili Şura Avropa Şurasının və AŞ PA-nın 76 deputatının Azərbaycana girişinə qadağa qoyulduğu seçkilərdə “real müxalifətin qatılmadığı və rəqabətsiz şəraitdə kecirildiyini” iddia edib: “Beynəlxalq müşahidəçi adı altında hakimiyyət özünün seçib dəvət etdiyi ayrı-ayrı xariciləri müşahidəçilərin verdiyi rəylər saxta xarakter daşıyır və bu rəylərin real gerçəkliklə heç bir əlaqəsi yoxdur”.

Sonda Milli Şura beynəlxalq birliyi Azərbaycana münasibətdə daha prinsipial və obyektiv olmağa səsləyib.

Seçkidə iştirak eləyən və parlament təmsilçiliyi qazanan partiyalar Milli Şuranın iddialarına sərt cavab verib.

Yeni Azərbaycan Partiyasının təmsilçisi Elman Nəsirov bildirdi ki, özlərinə Milli Şura deyən marionet təşkilatın iddiaları ənənəvi böhtan və danosbazlıqdan başqa bir şey deyil: “Milli Şura adlandırılan qondarma təşkilat əslində AXCP-nin azsaylı üzvlərindən ibarətdir. AXCP-dən başqa ölkədəki bütün digər partiyalar 1 sentyabr parlament seçkilərində iştirak ediblər. Bütövlükdə ölkəmizdə fəaliyyət göstərən 26 siyasi partiyadan 25-i bu seçkiyə qatıldı. Onların içərisində öz səs saylarını artıran partiyalar da var. Seçkidə iştirak edən partiyalardan 11-i parlament təmsilçiliyi qazandı. Bu bir daha Azərbaycan demokratiyasının göstəricisidir. AXCP özü seçkiyə qatılmayıbsa, bu demək deyil ki, seçki konstitusiyaya zidd, demokratik keçirilməyib. Azərbaycan cəmiyyətində nüfuzu olmayan, süquta uğramış bir təşkilat özünü yeganə müxalifət saymaqla və məlum iddiaları irəli sürməklə özünü gülünc vəziyyətə qoyur”.

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, Azərbaycanda özünü real, əsas müxalifət kimi təqdim elən qüvvələr əslində bir partiyanın nümayəndələrindən ibarət təşkilatdır: “Zaman-zaman parçalanmalara məruz qalıb, özünün yanlış, lazımsız radikal, qeyri-konstruktiv addımları ilə çoxlarını özündən uzaqlaşdıran bu təşkilat indi də birinciliyə iddialıdır. İmkanları isə iddiasından dəfələrlə kiçikdir. "Mən birinciyəm, mən əsas müxalifətəm", - deyə qabağa çıxmaq istəyən qüvvələr bütövlükdə ölkənin siyasi həyatına ziyan veriblər. İndi də yalnız öz fəaliyyətlərini Azərbaycana düşmən mövqeyi sərgiləyən xarici təşkilatlara şikayət etməklə qururlar. Onların fəaliyyətlərinin əsas xəttini bu təşkil edir. Yalnız şikayətlənmək, Azərbaycanda hər şeyin üzərindən qara xətt çəkmək bunların fəaliyyətidir. Bu gün isə parlament seçkilərinin keçirilməsi qərarının konstitusiyaya uyğun olmadığı fikrini bildirməklə özlərini əslində gülünc vəziyyətə qoyurlar. Növbədənkənar parlament seçkilərinə Konstitusiya Məhkəməsinin rəyi alındıqdan sonra gedilib. Mən özüm də hüquqşünasam və istənilən şəxslə bu məsələni müzakirə etməyə hazıram ki, burada heç bir konstitusiya pozma halı yoxdur".

A.Əlizadə qeyd etdi ki, öz dövlətindən digər dövlətlərə, digər beynəlxalq təşkilatlara şikayət etmək öz evində, ailəsinin içində olan məsələləri qonşuya şikayətlənmək kimi bir şeydir: “Ən pisi isə odur ki, dövlətinə, xalqına düşmən olan qüvvələrə öz dövlətindən şikayət edirsənsə, bunun adı başqadır. Biz bu cür mövqeyi qətiyyətlə pisləyirik”.

Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, 1 sentyabr parlament seçkilərinin nəticələrinə münasibət bildirən hər bir siyasi partiya milli maraqlara uyğun mövqedən çıxış etməlidir: “Bəzi partiyalar, təşkilatlar hay-küy salıb hakimiyyətdən nə isə qopartmaq praktikasına son qoymalıdır. Bəzi partiyaların sosial şəbəkələrdə canfəşanlıq edib siyasi dividentlər qazanmaq cəhdləri də məqbul hesab edilməməlidir. COP29 ərəfəsində siyasi qarşıdurmalardan, Azərbaycana düşmən olan dövlətlərin, bəzi mərkəzlərin istifadə edə biləcəyi əməllərdən hər bir siyasi qüvvə, mətbu-internet qurumu çəkinməlidir”.

Ədalət Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə bildirdi ki, Azərbaycana təzyiq edən bır sıra beynəlxalq təşkilatlar Milli Şuradan hər zaman öz məqsədləri üçün istifadə edir: “Əli Kərimli həmin təşkilatların əlində bir vasitədir. Bizim partiya müxalifət partiyası kimi seçkiyə qatılmışdı. Seçkinin yekunu ilə bağlı bizim partiya - Ədalət, Hüquq, Demokratiya bəyanat qəbul etdi. Bəyanatda seçkiləri ilk dəfə suveren Azərbaycanın bütün ərazisini əhatə etməklə keçirilən seçki kimi qiymətləndirdik. Partiyamız 11 namizədlə iştirak etmiş, namizədlərin hər biri öz dairəsində aktiv seçki kampaniyası aparmış, əhali ilə çoxsaylı kütləvi görüşlər keçirmişdir. Seçici imzalarının toplanmasında, təbliğat işinin aparılması zamanı əhali ilə ünsiyyətdə heç bir maneə ilə rastlaşmayan çoxsaylı partiya üzvlərimiz seçki günü səsverməni də canlı şəkildə izlədilər. ƏHD Partiyasının rəhbərliyi və partiyamızdan olan namizədlər seçkiləri müşahidə edən 7 müxtəlif beynəlxalq və yerli müşahidə missiyalarının təmsilçiləri ilə görüşmüş, seçkilərlə bağlı fikir mübadiləsi aparmışlar. 50-dən çox seçki dairəsinin yüzlərlə məntəqəsində müşahidələr aparan partiya üzvləri proseslə bağlı mütəmadi olaraq partiyanın mərkəzi qərargahını məlumatlandırdılar. Müşahidəçilərin rəylərinə əsasən onların müşahidə apardığı məntəqələrdə yekun nəticələrə təsir edə biləcək ciddi qanun pozuntusuna rast gəlinməyib.

Amma çox təəssüf ki, bəzi namizədlərin müşahidəçiləri bir sıra seçki məntəqələrində səsvermə prosesinə qanunsuz müdaxilə edərək, seçki prosesini pozmağa cəhd göstərib. Bu kimi halları qətiyyətlə pisləyirik.

Demokratik, azad və sərbəst şəkildə keçirilən, namizədlərə və seçicilərə yaradılmış imkanlar baxımından yüksək səviyyədə təşkil olunan bu seçkilər partiyamız üçün də uğurlu hesab oluna bilər. Səsvermənin ilkin nəticələrinə əsasən partiyanın iki namizədi öz rəqiblərindən daha çox səs qazanıb".

N.Orduxanlı deyib ki, Milli Şura Azərbaycana ən ağır sanksiyalar qoyulması üçün çalışır: “Onlar hətta istəyirlər beynəlxalq şirkətlər, xarici ölkələr neft, qaz kimi enerjidaşıyıcılarını da Azərbaycandan almasınlar. Hesab edirlər ki, bütün bunlar baş verərsə, Azərbaycanda sosial gərginlik arta bilər, hətta sosial partlayışlar baş verər. Milli Şuranın bəyanatında guya seçkilərin keçirilməsinin konstitusiyaya zidd olduğu barədə iddia isə gülüncdür, qanunlardan xəbərsizliyin əlamətidir.”.

“Yeni Müsavat”











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru