AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                 

"Partiya sədri deyiləm ki, ortaya mövqe qoyum" - ETİRAZ
Tarix: 26-08-2024, 08:52 | Çap et
"Partiya sədri deyiləm ki, ortaya mövqe qoyum"
"Gördüm videolarımın birinin altına rəy gəlib. Baxdım, biri yazıb ki, bu jurnalist yüz faiz müdafiə nazirliyinin adamıdır. Altına başqa biri rəy yazdı ki, a kişi, deyəsən jurnalisti tanımırsan, nazirliyə görə adamın başına gəlməyən qalmayıb. İzlədim görüm nə baş verəcək. Baxdım həmin rəy yoxa çıxdı. İki dəqiqə sonra eyni adam yazdı ki, bu rusbaşdır, İran tulasıdır! Oturub dəli kimi rəyə baxıb gülürəm. Qərarlaşdırdım ki, yazım". Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Səxavət Məmməd çıxşş edib.
Jurnalist daha sonra yazır: "Mama zəng eləmişdi. Gördüm səsi birtəhər gəlir. Dedi, səni tutacaqlar. Dedim, niyə? Dedi, bayaq ANS-də sənin erməni kəşfiyyatına işlədiyini deyirdilər. Dedim, ma, narahat olma, hələ tam qərar verməyiblər. Mama təəccüblə soruşdu ki, necə yəni qərar, nə qərar? Dedim, heç nə, Ramiz Mehtiyev bir tədbirdə o qırmızı koftalı Amerika kəşfiyyatına, Əli Həsənov başqa bir tədbirdə rus kəşfiyyatına işləyir deyib. Qoy hələ dəqiqləşdirsinlər, sonrasına sonra baxarıq. Mama çıx get başqa ölkədə yaşa deyib, telefonu söndürdü.
İllər keçib, dəyişən heç nə yoxdur.
İndi Qarabağ sevərlər, vətən fədailəri ortaya çıxıb. Hər gün Qarabağdan, ya da birinci müharibədən yazılar yazırdım. Bu ölkədə hərbi vətənpərvərlik redaksiyalarının "Qarabağ" deyə bilmədiyi vaxtlar olub. Bir gün söz göndərdilər ki, sənin başqa işin gücün yoxdur? Hətta bir dəfə zəng gəldi ki, qaqa, bizə qadağa qoyulub, sən yazırsan, sənə qadağa qoyulmayıb? Günlər var idi eee... Ölkədə barmaqla sayılacaq adamlar var idi ki, torpaqların müharibə ilə alına biləcəyini deyirdi. Torpaqlar hərb yolu ilə alınacaq yazanları, deyənləri topa tuturdular. İndi həmin top atanlar vətən, millət, sakarıya deyir. Dəli oluram. Eyni vaxtda bildiyim bütün söyüşləri söymək istəyirəm. A kişi, 2020-ci ilin sentiyabrında bir neçə nəfərə demişdim ki, yaxında müharibə olacaq, adamlar "bu hökumətdən müharibə edən olmaz" deyib, mənə rişxənd etmişdilər. İndi həmin adamlar hökumətin orasından girib burasından çıxır, burasından girib orasından çıxır. Bax indi mən necə söyməyim?
Rusiyanın əleyhinə dayanmadan o qədər əsaslandırılmış yazılar yazıdım ki, bir gün CİA casusu olduğumdan xəbər tutdum. Özü də elə belə yox ha. Detallara girməyim. Getdim Türkiyədə kurs keçdim, bir baxdım orda, burda yazırlar, danışırlar ki, MİT-ə işləyirəm. Türkiyənin hərbi bazaları Azərbaycana yerləşdirilməlidir mövzusu ortaya atılanda, qəti şəkildə etiraz etməyə başladım. Yazırdım ki, hərbi baza yox, hüquqi sənəd lazımdır. Yenə başladılar, rusbaş deməyə. Desəm ki, Türkiyənin yox, Rusiyanın hərbi bazası yerləşdirilməlidir, o qədər yandırmazdı. Yazırdım ki, Azərbaycanda heç bir ölkənin hərbi bazası olmamalıdır!
Müharibə vaxtı İranın Zəngilanda atdığı addım, müharibədən əvvəl narkotik plantasiyaları, müharibədən sonrakı dövrdə İranın Azərbaycana qarşı etdiyi hər şeyi kəskin şəkildə tənqid edirdim. Hətta bir çox şeyləri ilk və risk edərək yazırdım. Bəziləri çıxıb "İranı məhv edərik, Təbrizi alarıq" deyəndə, götürüb yazdım ki, etməyin, eləməyin, İran sizin üçün Ermənistan deyil, Rusiyadan çəkinməsə nəinki Azərbaycanı, Cənubi Qafqazı bir qaşıq suda boğar. Onda da başladılar İran tulası çıxarmağa. Ay mən deyənlər, bir qərar verin.
Şuarçılıq, düşünməyə ərinmək, təkrarçılıq bu cəmiyyətin axırına çıxacaq. Xalq hərəkatı tarix olub, demək olar postsovet məkanında o prosesin içindən çıxan bir siyasətçi belə qalmayıb, hətta Azərbaycanda bir çoxları artıq hərəkatçılıqdan çıxıb, ancaq hərəkat bunların canından çıxmır. Ona işləyir, buna işləyir, onun adamıdır, bunun adamıdır mövzuları bitmir. Bu yaxınlarda bir nəfəri yüngülvari sıxışdırdım. Sual verdim, Azərbaycanın qonşuları arasında dostları hansı ölkələrdir, düşmənləri hansılar? Türkiyə, dost, Rusiya, İran, Ermənistan düşmən. Dedim, bəs Gürcüstan? Gözlərin döyür. Bu mövzuda şüar eşitməyib, kimsə pafoslu çıxışına qulaq asmayıb, qaldı yumurtası tərs gələn toyuq kimi vurnuxa-vurnuxa. Daimi maraqlar, ay zırrama!
Partiya sədri deyiləm ki, ortaya mövqe qoyum, hardansa gözləntim olsun ona uyğun çıxışlar edim, məqalələr yazım. Prosesləri təhlil və analiz edirəm. Çoxları nə yazdığımı anlayır, başa düşür, ancaq iki narkomanın malını bölə bilməyən sosial şəbəkə “uçaskovı”ları var ki, onlar yazılanlardan, deyilənlərindən çıxardığı nəticə kimin hara işləməyidir. Bir ara bəziləri oturub AzTV-yə baxırdı ki, sosial şəbəkədə yazmağa mövzu tapsın. Ay mal, ay amöb, ay təkhüceyrəli dünyanın ən çətin işi casus aşkarlamaqdır. Bir casusu aşkarlamaq üçün illərlə baş sındırırlar, bizim ipləmələr iki dəqiqəyə məsələni həll edirlər..."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Bu gün, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Bu gün, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Bu gün, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Bu gün, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Bu gün, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Bu gün, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Bu gün, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27
Generalı nazir əvəzlədi
Bu gün, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru