ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                 

"Mən bunu həm ata, həm millət vəkili, həm də partiya sədri kimi doğru qəbul etmirəm" - Razi Nurullayev
Tarix: 8-01-2024, 08:18 | Çap et
"Mən bunu həm ata, həm millət vəkili, həm də partiya sədri kimi doğru qəbul etmirəm"
Ötən həftə Sabirabadın Məmişli kəndində 12 yaşlı qızın özündən 20 yaş böyük kişi ilə nişanlanması xəbəri bütün ölkəni silkələdi. Az sonra azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata polis əməkdaşları tərəfindən həbs edildi. DİN-in yaydığı məlumata görə, 1979-cu il təvəllüdlü Quliyev Mübariz Musa oğlu cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etmə maddəsi ilə polis şöbəsində cinayət işi qaldırılmaqla məhkəmə qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mətbuatda gedən məlumatlara görə, Mübariz Quliyev öz həyat yoldaşı ilə də erkən nikaha girib. Belə ki, onlar evlənəndə hazırkı həyat yoldaşının 14, M.Quliyevin isə 28 yaşı olub. Hazırda M.Quliyevin 46, həyat yoldaşının isə 32 yaşı var. Onların üç uşağı var, böyük oğlu 17 yaşındadır.

Bu hadisənin ardınca Masallı rayonunda da IX sinifdə oxuyan məktəbli qızın nişanlanmaya məcbur edildiyi haqda məlumat yayıldı. DİN bu barədə məlumat yayaraq bildirib ki, məsələ ilə bağlı dərhal müvafiq araşdırma aparılıb:

“Həmin ailə müəyyən edilib və qızın valideynləri Masallı Rayon Polis Şöbəsinə dəvət edilib. Polis əməkdaşları və Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın əməkdaşı tərəfindən qızın valideynləri ilə izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri ona izah edilib.

Qızın valideynləri sözügedən məsələ ilə bağlı hər hansı mərasimin keçirilmədiyini, sadəcə gələcəkdə evliliyin baş tuta biləcəyi ilə bağlı qonşuluqda yaşayan ailə ilə aralarında razılıq olduğunu bildirib. Həmçinin, araşdırma zamanı azyaşlının dərsə davamiyyətinin də qaydasında olduğu müəyyən edilib".

DİN-dən qeyd edilib ki, sözügedən məsələ, o cümlədən yeniyetmənin təhsilinə davam etməsi mütəmadi şəkildə diqqətdə saxlanılacaq.

Beləliklə, son vaxtlar 12-14 yaşda qız uşaqlarının məcburən nişanlanmaya cəlb olunması xəbərləri artıb. Bu da cəmiyyətdə ciddi narahatlıq doğurur. Bəzi mütəxəssislər bu cür halların qarşısının alınması üçün qanunvericilikdə dəyişikliklərə ehtiyac olduğunu, qanunun evlənməyə icazə verdiyi andan nişanlanmağa icazə verilməsini, bəziləri isə valideynlərin böyük məbləğdə cərimələnməsini təklif edir.

Millət vəkili Razi Nurullayevin fikrincə, qanunvericiliyin evlənməyə icazə verdiyi andan nişanlanmağa icazə verilməlidir:

“Nişanlanmanın özünün də evlənmə ilə eyniləşdirilməsi lazımdır. Qız uşağı ancaq həddi-buluğa çatandan sonra, qanunvericiliyin evlənməyə icazə verdiyi andan nişanlanmağa icazə verilə bilər. Hazırda Azərbaycanın adət-ənənəsi var, kimlərsə sözləşir, bir-birinə razılıq verirlər. Bunun rəsmi olaraq nişanlanılması, barmağına üzük taxılması eynilə evləndirilməyə bərabər tutulub cəzalandırılmalıdır. Oğlanla qız nişanlanarkən özlərini bir-birlərinə məhrəm kimi, sahib kimi aparacaqlar. Mən bunu həm ata, həm millət vəkili, həm də partiya sədri kimi doğru qəbul etmirəm. Məncə bu qanunvericilikdə olan boşluqdur. Qanunvericiliyə dəyişiklik edilməli, bu boşluq aradan qaldırılmalıdır”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə qızlarını erkən yaşda nişanlayan ailələrin cərimələnməsini təklif edib: “Təklif edirəm erkən nişanlama tətbiq edən tərəflər hərəsi 5000 manat cərimələnsin. Daha sonra nəzarət olsun, gizlicə öz bildiklərini etmək istəyəndə həbs olunsunlar. Başqa əlac yoxdur”. Hüquq müdafiəçisinin fikrincə, iqtisadi sanksiyalar bəzən heç də az təsirli olmur, xüsusən də bu, yüksək məbləğ olarsa, təbii ki, nəticəsiz ötüşməyəcək.

“12 yaşlı uşağın 32 yaşlı kişi ilə nişanlanması faktı ciddi məsələ və çox ciddi sosial siqnaldır. Uşaqların müdafiəsi mexanizmi yalnız qurumların koordinasiyalı işi deyil, həm də düşüncəni, həyata münasibəti, yaşam anlayışını əhatə edən sistemdir”.

Bu fikirləri isə Vətəndaş Tədqiqat və İnkişaf ictimai birliyinin sədri Günel Səfərova səsləndirib. O bildirib ki, ailələrin, uşağın, 32 yaşlı psixi problemli kişinin mətbuata verdiyi müsahibəsi çox mətləblərdən xəbər verir: “Azərbaycanın Ailə dəyərləri bu deyil və bu dəyərlərimizə ciddi təhdiddir. Uşaq nikahının yeni forması Nişan modeli ilə ört basdır edilməli deyil. Çox iş var”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Çox təəssüflər olsun ki, biz hansı əsrdə yaşadığımızı tam dərk edə bilməmişik. Hələ də mövhumatçı, yüz il bundan əvvəlki adət-ənənələri yaşatmaq istəyən valideynlər, tərəflər var. Əlbəttə ki, 12-14 yaşlı qız uşaqlarının nişanlanması xəbəri bizi çox məyus edir. Biz bu valideynlərin ağlına, məntiqinə, dərrakəsinə şübhə ilə yanaşırıq. Məlum məsələdir ki, nişanlanmağa məcbur edilən uşaqlar ata-anadan asılı olduqlarına görə etiraz səslərini ucalda bilmirlər, həmişə valideynlərin təzyiqi altında nişanlanmağa məcbur olurlar. Xüsusilə bu halların son vaxtlar artması daha çox narahatlıq doğurur.

Bu məsələdə kəndin müəllimləri, ziyalı təbəqəsi, icra nümayəndəsi, bələdiyyə üzvlərinin də məsuliyyəti var. Çünki kənddə nəsə baş verəndə, hadisə rəsmiləşənə qədər onlar mənəvi məsuliyyət daşıyırlar.

Hesab edirəm ki, bu məsələlər ilə bağlı qanunlarda ciddi dəyişiklik edilməlidir. Nişanlanma prosesinin özü artıq evliliyə doğru atılan addımdır. Buna görə də bu yaşda nişanlanmaya görə hər iki, yəni həm nişanlayan, həm də nişanlanan tərəfin valideynləri məsuliyyətə cəlb olunmalıdır. Burada söhbət cərimələrdən getməməlidir. Əgər insanların bu cür hərəkətlərinin qarşısını maariflənə, inzibati metodlarla ala bilmiriksə, yeni qanunlar yaradıb, həmin insanları məsuliyyətə cəlb etməliyik".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru