Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                 

“Milli təhlükəsizliyimizə xələl gətirə biləcək bir sıra istiqamətlər var” - İLGİNC AÇIQLAMALAR
Tarix: 7-01-2024, 12:10 | Çap et
“Milli təhlükəsizliyimizə xələl gətirə biləcək bir sıra istiqamətlər var”
Ermənistan rəhbərliyi sülh danışıqlarını yekunlaşdırmaq və yekun sazişi imzalamaq üçün “siyasi iradə” sahibi olduğunu iddia etsə də, reallıqlar bunun əksini sübut edir. Nikol Paşinyan və komandasının prosesi süni şəkildə uzatmaq üçün ən absurd yollara əl atdığını görməkdəyik. Beləliklə, sülhün imzalanacağına bəslənən ümidlərlə 2024-cü ilə adladıq. Amma elə yeni ilin ilk günlərindən rəsmi İrəvanın absurd iddiaları yayılmağa başladı.

Bütün bunlarla əlaqədar təhlükəsizlik eksperti İlham İsmayıl Musavat.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:
- İlham bəy, qısa fasilədən sonra ABŞ-dan Azərbaycana növbəti həmlə oldu. Bu dəfə olduqca absurd iddiaların əks olunduğu hesabatla üstümüzə gəldilər. Ağ Ev Bakıdan nə istəyir?

- Sualınıza birbaşa cavab verməzdən öncə, 1987-ci ildə erməni akademik Ambarsumyanın “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirilməsi ideyasını Paris mətbuatında səsləndirdiyini xatırlatmaq istəyirəm. Daha sonra Qarabağ hadisələri başlandı və bütün SSRİ-nin digər millətləri arasında da ixtilaflar qanlı qarşıdurmaya çevrildi, üç ildən sonra da SSRİ dağıldı. Bu gün də ermənilər Fransada, Rusiyada, ABŞ-da dövlət strukturlarında açar nöqtələrdə yerləşiblər və ən kiçik imkandan belə istifadə edib, Azərbaycanı hədəfə alan hesabatlar, tezislərlə çıxış edir, çalışdıqları ölkənin siyasətinə təsir göstərərək münasibətləri korlamağı qarşılarına məqsəd qoyurlar. Bu hesabatı tərtib edən şəxs – erməni Daniela Saroyan Aşbaxyan da ilk fürsətdəcə Azərbaycanı hədəfə alan qondarma bir hesabat tərtib edib və Dövlət Departamentinə göndərib. Kimdir Saroyan? Daniela Saroyan Aşbaxyan ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyasının İctimaiyyətlə Əlaqələr və Konqreslə Əlaqələr üzrə rəhbəridir. USCIRF-ə qoşulmazdan əvvəl o, Amerika Erməni Assambleyasında Kommunikasiyalar direktoru olub. ABŞ-da müxtəlif istiqamətlər üzrə bir çox komissiyalar var, bu komissiya da onlardan biridir. Amma Ambarsumyan necə öz işini görmüşdü, bu Saroyan da öz işini gördü və ABŞ-la Azərbaycan arasında yeni bir soyuqluq yaratdı. Hesab edirəm ki, Azərbaycandakı ABŞ səfirliyi öz ölkəsini xəbərdar edəcək. İnanıram ki, Azərbaycanın da konkret etirazlarından sonra Azərbaycan o siyahıdan yaxın vaxtlara çıxarılacaq. Praktikada belə hallar olub. Ağ Ev ötən il Konqres dinləmələrində ermənipərəst mövqe nümayiş etdirdiyinin zərərli olduğunu dərk edib dekabrın 7-də O'Brayenin Bakıya səfər etməsini xahiş etdiyi kimi, bir erməni qadının yanlış və məkrli hesabatının da münasibətlərə necə mənfi təsir etdiyinin fərqində olacaq. Amma necə deyərlər, “Mavr öz işini gördü, Mavr gedə bilər” situasiyası yarandı. Bu situasiyanı dərinləşdirməyi məqsədəuyğun hesab etmirəm.

- Bu kimi gərginliklərdən sonra Vaşinqtonun Azərbaycan-Ermənistan münasibətlərində moderatorluğu qəbul oluna, yaxud effektli sayıla bilərmi?

- Bir erməni qadının yaratdığı məkri ABŞ-ın dövlət siyasəti kimi qəbul etməyi doğru hesab etmirəm. Düzdür, ABŞ daha çox ermənipərəst siyasət yeridib və yeridir də, amma adətən dərin dövlət maraqları ortada olanda Vaşinqton küləyin hardan əsdiyinin fərqində olur. Bu məsələni “gərginliklər” səviyyəsinə qaldırmaq və ya şərh etmək yox, sivil formada etirazımızı bildirməklə qarşı tərəfin səhvini etiraf etməsinə çalışmalıyıq. Necə ki, dekabrda oldu. O ki qaldı Vaşinqtonun moderatorluğuna, bu vasitəçilik vektoru Azərbaycan üçün tam tərəfsiz olmadığından hələ ki, effektli sayıla bilməz. Amma bu o demək deyil ki, biz Vaşinqton görüşündən imtina etməliyik. Bəlkə də ermənilər bu təxribatı qəsdən törədiblər ki, Azərbaycan gözlənilən, amma hələ rəsmiləşməyən Vaşinqton görüşündən imtina etsin və beynəlxalq aləmdə belə bir rəy formalaşdırsınlar ki, Azərbaycan Qranada, Brüssel görüşlərindən imtina edib, indi də Vaşinqton görüşündən imtina etməklə Qərb vektorunun vasitəçiliyindən deyil, ümumiyyətlə sülh müqaviləsini imzalamaqdan yayınır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Berliner Saytunq” nəşrinə verdiyi müsahibədə doğru vurğulayıb ki, Azərbaycan üçün vasitəçinin və məkanın fərqi yoxdur, əsas dayanıqlı sülhün imzalanmasıdır, amma vasitəçisiz, ikitərəfli görüşlər keçirib sülhə nail omaq daha effektlidir.

- Sizə elə gəlmirmi ki, Fransanın rəhbərliyi ilə Avropa İttifaqının nisbətən kölgəyə çəkilməsi şəraitində ABŞ anti-Azərbaycan fəaliyyətini gücləndirib? Qərbin məram-məqsədi nədən ibarətdir ki, paytaxtlar və ya təsisatlar növbəli şəkildə ölkəmizi hədəfə alırlar?

- Avropa İttifaqı və Fransa rəhbərliyinin nisbətən kölgədə qalması onların Azərbaycana qarşı olan siyasətini dəyişməyib, sadəcə Milad bayramı və Yeni il əhval ruhiyyəsi qeyri-fəal təsəvvür yaradıb. ABŞ-ın Azərbaycanı hədəfə alan mövqelərində Rusiya faktorunun müəyyən təsiri var. Vaşinqtonun strateji hədəfi Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır. Azərbaycanın balanslı siyasət yürütməsi ABŞ-ı qane etməyə bilər və məhz bunu əsas götürüb Dövlət Departamenti, Konqres tərəfindən maraqlarımıza uyğun olmayan bəyanatların səsləndirilməsinin şahidi olmuşuq. İndi də belə bir situasiyadır, amma biz Rusiya ilə münasibətləri kiminsə istəyinə görə deyil, bizim dövlət maraqlarımıza uyğun olan bütün amilləri nəzərə alaraq qurur, siyasəti də bu istiqamətdə həyata keçiririk.

- İlham bəy, hesab etmək olarmı ki, Azərbaycanda növbədənkənar seçkinin təyin olunması Qərb paytaxtlarının planlarını pozub və aqressiya həm də seçkilərlə əlaqədardır? Bu mənada digər hansısa təxribatlar gözləniləndirmi? Milli təhlükəsizliyimizlə bağlı hansı cinahlarda ayıq-sayıq olmağı tövsiyə edirsiniz?

- Azərbaycanda Prezident seçkisinə əvvəllər də həm Qərbdən, həm Şimaldan təsirlər və təzyiqlər olub, mümkündür ki, Qərb 2025-ci il üçün də hansısa təzyiq planlaşdırıb. Amma Qərb də, Şimal da yaxşı bilir ki, Qarabağ zəfərindən sonra Azərbaycana qarşı heç bir təzyiq xalqın iradəsinə, seçiminə təsir edəsi deyil. Amma təxribatlar tamamilə mümkündür. Bu təxribatlar üçün hələ də erməni kartından istifadəni tamamilə mümkün sayıram. Bu, özünü Qarabağ ermənilərinin beynəlxalq mexanizm üzərindən geri qaytarılması kimi təzyiqlərlə, Ermənistanı silahlandırmaqla göstərə bilər, amma açığı, bu təzyiqlərin nəticə verməyəcəyini ilk növbədə o təxribatları planlaşdıranlar bilir. Milli təhlükəsizliyimizə xələl gətirə biləcək bir sıra istiqamətlər var, amma bu, Qərbdən çox erməni terrorunda və bu terror vasitəsilə bölgədə təsirini artırmaq istəyən erməni havadarların fəaliyyətində özünü göstərə bilər. Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı bu istiqamətdə gözlənilən təxribatların qarşısını almaq üçün kifayət edir.

- ABŞ doğrudanmı Rusiyanın Bakı və İrəvan arasındakı sülh təşəbbüslərinə normal yanaşır? Bu mənada Millerin son bəyanatı nə qədər səmimidir?

- Metyu Millerin bəyanatı diplomatik gedişdir. Rusiya Federasiyasının XİN rəhbəri Lavrov ilin yekunlarına aid hesabat müsahibəsində Rusiyanın iştirakı olmadan sülhün yaranmasının mümkünsüzlüyünə xeyli işarələr vurdu. 30 dekabrda isə onun müavini Mixail Qaluzin daha sərt açıqlama verərək, “Qərbdə möcüzəvi xilas axtarmaq illüziyalı və təhlükəlidir” fikrini səsləndirdi. Bir həftəyə hansı proses baş verdi ki, Rusiya Cənubi Qafqaz siyasətindən imtina etdi. Heç bir tərəf – Rusiya da, ABŞ da sülh müqaviləsinin imzalanmasının əleyhinə heç vaxt rəsmi mövqe bildirmir, amma siyasətlərini daha çox öz maraqları səviyyəsində qabartmaları elə mane olmaq deməkdir. Bunu həm Rusiya, həm də Qərb edir. Miller Rusiyadan yumşalama bəyanatı uma bilər, amma Rusiya Ermənistanı bu tezlikdə Qərbin qucağına atası deyil.

- İranda törədilən terror aktının izləri sizcə, real olaraq hara aparacaq? Bu qətliamın ardınca Tehranın qisas alacağını güman etmək olarmı, yoxsa buna cəsarət etməyəcək?

- İran apardığı siyasətin nəticələrini görür və bu, son olmayacaq. İran dünyada terroru yaradan, maliyyələşdirən bir dövlətdir. Bu dəfə bumeranq effekti verib. Tehran adətən qisas alacağını elan etsə də, qisas üçün tələsmir və uyğun zaman gözləyir, öz miqyasında qisas alır. İndi də elə olacaq, amma əksini də görəcək.

- Rusiya-Ukrayna müharibəsinin illərlə davam edə biləcəyi barədə ehtimalları bölüşürsünüzmü? Krım, Donbas... uğrunda müharibə Qəzza uğrunda savaşa çevrilə, on illərlə davam edə bilərmi?

- Rusiya-Ukrayna müharibəsi tezliklə bitəsi deyil. Martda ABŞ-ın və Avropanın maliyyə, hərbi yardımları yenidən davam edəcək və bu ilin sonunadək müharibənin davam etməsi realdır. Döyüşlər, raket zərbələri mübadiləsi artacaq və səngiyəcək, amma bitməyəcək. ABŞ-da prezident seçkisindən sonra vəziyyət dəyişə bilər. Hansı istiqamətdə proqnoz vermək çətindir. Yeni situasiyalar yaranacaq və dünya gücləri də uyğun olaraq yeni taktiki, strateji addımlar ata bilərlər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru