Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                     "Mən onlardan pulu necə geri ala bilərəm?" .....                     Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                 

"Anlaşma sənədi birgə bəyanat adlandırılır... - Daha çox niyyət protokolu kimi bir bəyanatdır"
Tarix: 13-12-2023, 08:26 | Çap et
"Anlaşma sənədi birgə bəyanat adlandırılır...
Dekabrın 7-də Azərbaycan və Ermənistan rəsmiləri arasında əldə olunmuş razılaşma ətrafında müzakirələr davam etməkdədir. Əksəriyyət ilk dəfə reallaşan vasitəçisiz razılaşmanın ümumi sülh prosesinə müsbət təsir göstərəcəyini, təkanverici addım olacağını düşünürlər. İrəvan hökumətinin qeyri-müəyyən siyasətini nəzərə alanlar isə Ermənistanın hələ sülhdən çox uzaq olduğunu hesab edirlər. Xatırladaq ki, 7 dekabr anlaşmasına əsasən, əsirlərin dəyişdirilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) ilə bağlı qarşılıqlı güzəştlərin tətbiq edilməsi razılaşdırılıb. Onu da diqqətə çatdıraq ki, İrəvanla yanaşı ABŞ-nin mövqeyində də dəyişiklik müşahidə olunmaqdadır. Vaşinqton yenidən görüş təşəbbüsləri ilə çıxış etməkdədir. Bu da Bakının təklif və prinsiplərinin qəbul edilməsi deməkdir. Çünki Azərbaycana qarşı atdığı addımlarla bölgədəki maraqlarına zərbə vuran ABŞ çətin duruma düşmüşdü. Görünür, Ağ Ev İrəvana təlimat verir ki, prosesə "praqmatik" yanaşsın. Ekspertlərə görə, proseslər belə davam edərsə, gələn ilin ortalarına doğru sülh müqaviləsi bağlana bilər.
Sülh danışıqları ilə bağlı "Sherg.az"ın suallarını cavablandıran keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov diqqəti 7 dekabr razılaşmasının ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Azərbaycana səfərindən sonra əldə olunmasına yönəldib. Sabiq XİN başçısı vurğulayıb ki, Azərbaycan və Ermənistan rəsmiləri arasında əldə olunmuş razılaşma sənədinə lazımi şəkildə qiymət verilməlidir...

- Tofiq müəllim, tərəflər arasında vasitəçisiz razılaşmanın əldə olunmasını, bir sıra qarşılıqlı güzəştləri necə dəyərləndirirsiniz?

- Anlaşma sənədi birgə bəyanat adlandırılır. Daha çox niyyət protokolu kimi bir bəyanatdır. Orada göstərilir ki, tərəflər birbaşa danışıqlarla sülh prosesinə sadiqdirlər və mövcud problemləri siyasi yolla həll etməyə hazırdırlar. Yəni əsas məsələ tərəflərin ümumi sülh prosesinə sadiqliyinin nümayiş olunmasıdır. Ona görə də qarşılıqlı güzəştlərin edilməsinə, əsirlərin dəyişdirilməsinə razılıq veriblər. Mübahisəli məsələlərin isə qarşıdakı dönəmlərdə danışıqlar yolu ilə, müzakirələrlə həlli gözlənilir. Danışıqlarda format məsələsi önəmlidir. Azərbaycan balanslı olmayan Avropa Birliyinin danışıqlar formatından demək olar ki, imtina edib. Yaxud müvvəqqəti AB platformasından uzaqlaşıb. Çünki Avropa Birliyinin Azərbaycan-Ermənistan sülh prosesinə yanaşması özünü Qranadada da açıq şəkildə büruzə verdi. Fransa AB adından Ermənistan Baş naziri Nikol Paşinyanın təklif etdiyi mövqeyi dəstəkləyib. Məhz buna görə cənab Prezidentin reaksiyası sərt oldu. Əgər balanslı mövqe, obyektiv yanaşma yoxdursa, vasitəçilik də qeyri-mümkündür. Nə qədər nüfuzlu dövlət, ya da təşkilat olsa belə, biz bunu qəbul etmirik. Ermənistanın istəkləri bizə diktə oluna bilməz.

- Bəs ABŞ-nin yenidən obyektiv vasitəçiliyi mümkündürmü? Rəsmi Bakı buna razılıq verəcəkmi?

- ABŞ dövlət katibinin köməkçisi Ceysm Obraynın Konqresdə Azərbaycan əleyhinə açıqlamaları, rəsmilərin ittihamları, 907-ci düzəlişin qüvvədə saxlanması faktiki olaraq Vaşinqtonun da obyektiv və balanslaşdırılmış vasitəçilik iddialarını heçə endirdi. Böyük ehtimal, Ceyms Obrayn Bakıda olarkən onun diqqətinə bu məqamlar çatdırılıb. Yəqin Obrayn da deyib ki, Dövlət Departamenti balanslı mövqedədir, amma Senat fərqli mövqedən çıxış edib və s. Yəni hər zamanki bəhanələr səsləndirilib. Amma bizim üçün bunların fərqi yoxdur. Rəsmi Bakı istənilən dövlətin birmənalı mövqeyinin nədən ibarət olduğunu düzgün qiymətləndirməyə qadirdir. Vasitəçilərə etibar olmadığına görə birbaşa danışıqlar formatı gündəmə gətirilib. Yəni vasitəçisiz təmasların intensivləşməsinə qərar verilib. Həm də 7 dekabr razılaşması göstərdi ki, vasitəçisiz, heç kimin müdaxiləsi olmadan anlaşma mümkündür. Fikir verdinizsə, C.Obrayn Konqresdəki çıxışından sonra məcburən bəyan etdi ki, birbaşa danışıqlar ABŞ tərəfindən dəstəklənir. Bu da onu göstərdi ki, Azərbaycan öz mövqeyində qalıb və vasitəçisiz təmaslara üstünlük verib. Düzdür, bu və ya digər paytaxtlarda Ermənistan rəsmiləri ilə görüş mümkündür. Amma görüş məkanı təqdim edən hər hansı ölkənin prosesə müdaxiləsi, tərəflərə təzyiqi yolverilməzdir. Həm də beynəlxalq ictimaiyyətə ismarıc vermişik ki, rəsmi Bakı danışıqların və qarşılıqlı maraqları təmin edən sülh sazişinin əldə olunmasının birmənalı tərəfdarıdır. Əlbəttə, bu, o demək deyil ki, bütün problemli məsələlər həllini tapıb. Qarşıda sülh sazişi ilə bağlı ciddi müzakirələr durur.

- Qərbdən təlimat aldığı deyilən İrəvan hökuməti həqiqətənmi Bakı ilə vasitəçisiz, müdaxiləsiz görüşlərə hazırdır?

- Əvvəlki dönəmlərdə Ermənistanın arxasında Rusiya var idi. Amma indi Moskva İrəvanın qarşısındadır. Ermənistan son dönəmlərdə özünə yeni himayədar axtarışına çıxmışdı. ABŞ-ni, Fransanı özünə arxa-dayaq bilirdi. İrəvan hökuməti çalışırdı ki, hansısa kənar güc onları müdafiə etsin, ermənilərin yerinə danışsın və s. Bir növ Ermənistan yanında "əmi" gəzdirir ki, həmin "əmi" Azərbaycanı hədələsin, təzyiq göstərsin. Ancaq Azərbaycan tərəfi qətiyyətlə vurğuladı ki, Ermənistan birbaşa Azərbaycanla danışıqlar aparmalıdır. Nəzərə alaq ki, eyni aqibəti Paşinyan Moskvada, Avropa İttifaqı da yaşayıb.

- Ermənistanın Təhlükəsizlik Şurasının baş katibi A.Qriqoryan sülh sənədinin 70 faizinin hazır olduğunu deyib. 30 faizin qısa zamanda həlli mümkün olacaqmı?

- Başa düşməliyik ki, Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişi sadəcə çərçivə sənədi olacaq. Çərçivə sənədinin daxilində digər məqamların, detalların həlli nəzərdə tutulmur. Bu, daha çox deklorasiya formasında olan bir sənəddir. Cənab Prezident də söylədi ki, söhbət 5-7 səhifəlik sənəddən gedir. Ancaq tərəflər arasında sərhədlərin müəyyənləşməsi, kommunikasiyalar məsələsi, humanitar mövzular, təzminat söhbəti, milli azlıqların öz yerlərinə qayıdış və s. görün, nə qədər məsələlər var. Çərçivə sənədində bunlarla bağlı əsas prinsiplər öz əksini tapmalıdır və həmin prinsiplərə uyğun olaraq gələcəkdə müxtəlif istiqamətlərdə danışıqlar davam etməlidir. Sərhədlərlə bağlı artıq komissiyalar var və bir neçə dəfə görüşüblər. Hələ birinci mərhələdəyik. Sərhədlərin delimitasiya və demarkasiyası çox uzun prosesdir. Qonşu Gürcüstanla 30 ildir bu proses gedir və ortada nəticə yoxdur. Kommunikasiyalarla bağlı da müzakirə qabaqdadır. Eyni zamanda təzminat məsələsi və digər humanitar proseslər illərlə çəkə bilər. Tərəflərin bir çox məsələyə baxışı bir-birindən fərqlənir. Dünyada təcrübə var və biz təzə nəsə icad etmirik. O ki qaldı Qriqoryanın sözlərinə, 70 faiz söhbəti siyasi spekulyasiyadır və reallıqdan uzaqdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru