"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                 

"Ermənistanı faktiki olaraq Rusiya dövləti yaradıb" - deputat
Tarix: 5-12-2023, 08:55 | Çap et
"Ermənistanı faktiki olaraq Rusiya dövləti yaradıb"
Rusiya onun orbitindən Qərbə tərəf uzaqlaşmağa çalışan Ermənistanı cəzalandırmağa başlayıb. Təzyiq hələlik iqtisadi-kommunikasiya sferasına aiddir. Belə ki, on gündür (noyabrın 26-dan) Rusiya Gürcüstanla sərhəddə Yuxarı Lars keçid məntəqəsində kənd təsərrüfatı məhsullarının Ermənistandan idxalını faktiki olaraq qadağan edib. Kapitulyant ölkədə bunun siyasi qərar olduğu və Kremlin İrəvanı cəzalandırmaq niyyətindən qaynaqlandığına əmindirlər.

Ermənistan parlamentinin “Ermənistan” blokundan olan deputatı Qarnik Danielyana görə, yük maşınlarının sürücüləri və sahibkarlar gücləndirilmiş fitosanitar nəzarəti nəticəsində qanun pozuntularının qeydə alındığı və onların sərhədi keçməsinə icazə verilmədiyini vurğulayıblar. “Bu cür davam edərsə, iş adamları böyük itkilərə məruz qalacaqlar. Bunun iqtisadiyyatımız üçün fəlakətli nəticələri ola bilər. Təcili tədbirlər görülməsə, soydaşlarımıza külli miqdarda ziyan dəyəcək”, - deyə o xəbərdarlıq edib.

“Biz alternativ çatdırılma marşrutları və satış bazarları tapmalıyıq. Məsələn, qonşu Türkiyə. Əsas odur isteriyaya düşməyək və vəziyyəti daxildən daha da sarsıtmayaq, dözüm göstərək. Hər halda, suverenlik və müstəqillik kənd təsərrüfatı məhsullarının satışından əldə olunan gəlirdən daha vacibdir”.

Bunu isə Tevos Arşakyan ad-soyadlı erməni müəllif öz məqaləsində yazıb və xüsusi qeyd edib ki, N.Paşinyan hökuməti ciddi maddi itkilərə rəğmən, Moskvanın iqtisadi şantajına boyun əyməməlidir.

Ancaq Türkiyə ilə sərhədlər bağlıdır. Açılması üçün isə Ermənistan öncə Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Əks halda, Ermənistan məhsullarının qardaş ölkə bazarlarına girişi qeyri-mümkündür. Sülh imzalanarsa, Azərbaycanla əlaqələr də qaydaya düşəcək, ölkə blokadadan tam çıxacaq. Yəni Ermənistanın taleyi öz əlindədir. Ağılları olsaydı, Bakı və Ankaranın uzatdığı barışıq əlini çoxdan sıxar, Rusiyanın asılılığından həmişəlik xilas olardılar.

Millət vəkili Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, Ermənistanın beynəlxalq hüquq normalarını diqqətə almaması, qonşu dövlətlərlə normal münasibətlər qurmaq istəməməsi vaxtaşırı ona problem yaradır. Millət vəkili ermənilərin 1918-ci ildən etibarən torpaq iddialarında olduğunu xatırladaraq qeyd etdi ki, dəstək ala bildikləri üçün Qərbi Azərbaycanda dövlət qura biliblər, o cümlədən SSRİ dövründə Azərbaycan torpaqlarının bir hissəsi Ermənistana birləşdirilib, son olaraq ötən əsrin 90-cı illərində torpaqlarımız işğal edilib: “Ermənistan öz dövlətçiliyini qurmalıdır. Düşmənçilik siyasəti, eyni zamanda real vəziyyəti qiymətləndirə bilməməsi Ermənistana vaxtaşırı ciddi problemlər yaradır. Ermənistanı faktiki olaraq Rusiya dövləti yaradıb, lakin Rusiya ilə düşməndir. Ermənistan Fransa, ABŞ, Kanadaya meyl edir, lakin bu dövlətlərlə də düşmən olmayacağına heç kim zəmanət verə bilməz. Ermənistan ilk növbədə təfəkkürünü dəyişməlidir, daxili işlərinə qarışmadan regionda qonşu dövlətlərlə yaxşı münasibətlər qurmalıdır. Aydın məsələdir ki, bu gün Rusiya bazarına çıxmaq üçün Azərbaycan ərazisindən keçən yol ən əlverişli yoldur. Amma ərazi bütövlüyümüzü tanımadan, həmçinin vaxtaşırı Ermənistan hakimiyyətinin üzvləri Azərbaycanı beynəlxalq birlikdə ittiham etməklə Azərbaycanla münasibətlər qurmaq istəyirlər? Eyni zamanda sülh müqaviləsini imzalamaqdan imtina edirlər. Belə olan halda Azərbaycan öz ərazisindən yol verə bilməz. Eyni zamanda Avropa bazarına çıxmaq üçün ən əlverişli yol Türkiyədən keçir. Türkiyəyə qarşı torpaq iddiası ilə çıxış etmək, olmayan soyqırımda ittiham etməklə Türkiyədən istifadə etmək qeyri-mümkündür. Digər tərəfdən, Ermənistan hesab edirsə ki, Rusiya yaxud Avropa bazarında onun kənd təsərrüfatı məhsullarını səbirsizliklə gözləyirlər, çox böyük səhv edir. Həm Avropa, həm də Rusiya bazarı alternativ yollarla zənginləşdirə bilər. Ermənistan ilk növbədə beynəlxalq hüquqa hörmətə istinad etməlidir, digər dövlətlərdən sui-istifadə yox, qarşılıqlı maraq üzərində münasibət qurmağa çalışmalıdır. Təkcə radikal müxalifətdə deyil, rəsmi hakimiyyət orqanlarında da bu prinsiplər fəaliyyətdə öz təsdiqini tapmayıb. Göründüyü kimi, yanlış xarici siyasət Ermənistana bu və ya digər şəkildə problem yaradır. Bu cür siyasət Ermənistana bundan da ağır problemlər yarada bilər”.

ReAL Partiyasının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, kommunikasiyaların açılması ilk növbədə Ermənistana sərf edir. Ekspert Azərbaycan üzərindən bir çox istiqamətə yolun olduğuna diqqət çəkərək bunları dedi: “Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Yeganə yol Abxaziya ərazisindən keçir, o da işğal altındadır. Ermənistan, sadəcə, Yuxarı Lars keçid məntəqəsi vasitəsilə avtomobil yolu ilə Rusiyaya açıla bilir. Məntəqə yüksəklikdə yerləşir. Bu səbəbdən də təbii səbəblərdən-qar uçqunu, şaxtalı hava, yolların buz bağlaması və s. ilə əlaqədar yol bəzən günlərlə, həftələrlə bağlı qalır. Zaman-zaman Rusiya bu yol vasitəsilə məhsulların keçirilməsində müəyyən məhdudiyyətlər tətbiq etməklə Gürcüstana və Ermənistana təsir edir. Ermənistanla Rusiya arasında heç də xoş olmayan münasibətlər formalaşmağa başlayıb. Görünür, Yuxarı Lars keçid məntəqəsində kənd təsərrüfatı məhsullarının idxalında problemlərin yaradılması bununla bağlıdır. Ermənistanın çox yaxşı alternativləri var. Hazırda “top” Ermənistan tərəfdədir. Ermənistan sülhlə əlaqədar prosesi uzatmasa, sülh danışıqlarında yekun nəticəyə gəlmək mümkün olsa, Azərbaycan üzərindən istənilən istiqamətə həm avtomobil yolu, həm də dəmiryollarına çıxış əldə etmək imkanı qazanır. Bu, Ermənistanın asılılığını kifayət qədər aşağı sala bilər. Bundan əlavə, yükdaşımaların maya dəyəri də aşağı salına bilər. Dünyada avtomobillə yükdaşıma çox bahadır. Dəmiryolları isə dəniz yükdaşımalarından sonra ən ucuz yükdaşıma formasıdır. Azərbaycan üzərindən dəmiryolları vasitəsilə Rusiyaya, İrana, Türkiyəyə, Orta Asiya ölkələrinə ixrac-idxal əməliyyatları keçirilə bilər. Ermənistan sülh danışıqlarını uzatmadan imzaları atarsa və kommunikasiyalar açılarsa, ilk növbədə özü qazanacaq".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru