Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                 

“Vaşinqton da artıq bölgəyə nisbətən aydın gözlə baxmağa başlayıb və...” - deputat
Tarix: 14-11-2023, 08:50 | Çap et
“Vaşinqton da artıq bölgəyə nisbətən aydın gözlə baxmağa başlayıb və...”
ABŞ Senatı uzun prosesdən sonra nəhayət, Azərbaycana yeni səfir təyinatını təsdiqləyib. Senat səsvermə yolu ilə Mark Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyinə “hə” deyib.

M.Libbi Vaşinqtondakı Milli Hərbi Kollecdə çalışıb. O, 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.

Onu da qeyd edək ki, Birləşmiş Ştatların ölkəmizdəki səfir postu ötən ilin iyulundan boş idi.

Yeni səfirin mürəkkəb regional şərtlər donunda əsas missiyası nə olacaq? Hələ ki ABŞ-ın heç bir səfiri Şuşaya getməyib. Libbi gedəcəkmi?

Bu suallarla müsahiblərə müraciət etdik.

Deputat Bəhruz Məhərrəmov ABŞ-ın Azərbaycanın yerləşdiyi bölgəyə baxışının dəyişdiyini qeyd etdi: “Sirr deyil ki, ABŞ-Azərbaycan münasibətləri özünün mürəkkəb dövrlərindən birini yaşayır. Bu ilin mayında Azərbaycanla əməkdaşlığı regionun təhlükəsizlik qarantı elan etməsinə baxmayaraq, daha sonra ABŞ-da korrupsiyalaşmış senatorların Azərbaycanla münasibətlərdə təşəbbüsləri ələ alması Vaşinqtonun ritorikasını dəyişməsinə səbəb oldu. Hətta əvvəllər yalnız ayrı-ayrı senatorlar və Dövlət Departamentinə dolayısı ilə bağlı olan QHT və media strukturları vasitəsilə ifadə olunan hücumlar artıq ABŞ xarici siyasət idarəsinin rəsmilərinin də dilindən səslənməyə başladı. Hətta ABŞ-ın Azərbaycana yeni səfir təyinatı uzun müddət ləngidildi. Bu gün statistikaya nəzər salsaq, ABŞ-ın Cənubi Qafqazda əsas ticari və iqtisadi tərəfdaşı Azərbaycandır. Amerikanın qlobal miqyasda təhlükəsizlik platformasında Azərbaycanla çox səmərəli əməkdaşlığı mövcuddur. Əslində ABŞ miqyasda dövlət üçün maraqlarının Ermənistan kimi əhəmiyyətsiz və suveren beynəlxalq subyektliyi belə sual doğuran dövlətin maraqlarına qurban verilməsi ağlabatan deyil. Bu mənada, diqqət etsək, aydın olar ki, əslində ABŞ üçün önəmli olan Ermənistanın maraqları yox, regionda hökm edə bilmək üçün güclü subyektlərin olmamasıdır. Təəssüf ki, Fransa kimi ABŞ da regionda Azərbaycan və Ermənistan arasında münaqişəyə fürsət kimi baxır, bu gün sülh ehtimallarını, Bakı və İrəvanın mümkün əməkdaşlığını öz maraqlarına təhdid kimi görür. Digər tərəfdən, ABŞ da o qənaətdədir ki, Ermənistanda Rusiyadan "boşalan" yeri doldurmaq üçün yaxşı fürsətdir və bu mənada, Vaşinqton anti-Azərbaycan ritorikası ilə Ermənistanda yerini möhkəmlətməyə çalışır. Lakin Azərbaycan artıq elə bir reallıq formalaşdırıb ki, regionda maraqlarını təmin etmək istəyən qlobal subyektlər mütləq Bakı ilə hesablaşmalı və yalnız bərabərhüquqlu tərəfdaşlığa can atmalıdır. Görünən odur ki, Vaşinqton da artıq bölgəyə nisbətən aydın gözlə baxmağa başlayıb və Azərbaycana yeni səfir təyinatının ləngidilməsinin əhəmiyyətsiz olduğunun fərqindədir. Yeni səfirin fəaliyyəti ilə bağlı proqnoz vermək asan olmasa da, başa düşmək çətin deyil ki, onun davranışları ölkəsinin konsepsiyası və Vaşinqtonun bundan sonra sərgiləyəcəyi mövqedən asılı olacaq".

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli hesab edir ki, yeni səfir Cənubi Qafqazdakı mövcud durumu düzgün dəyərləndirməlidir: “Səfir təyinatlarını Xarici Əlaqələr Komitəsi təsdiq edir. Bütövlükdə Libbi çevik əməliyyatlar missiyasının mütəxəssisidir. Məncə, onun Qafqaza təyin olunması təkcə müşahidəçi kimi deyil, böhran idarəçiliyində yaxşı mütəxəssis olmasından irəli gəlir. Nəzərə alaq ki, Qafqaz çox qaynar bölgədir. Buradakı böhran vəziyyətini Amerikanın mövcud səfiri yüksək peşəkarlıqla dəyərləndirməlidir. O zaman sizin ritorik olaraq səsləndirdiyiniz Şuşaya gedəcəkmi sualınızın arxasında atacağı bir addım olmalıdır. Massaçusets ştatının Tafts Universitetində bakalavr dərəcəsi alıb. Bu arada qeyd edim ki, Azərbaycanla məhz bu ştat dost ştat sayılır. Bu da çox önəmli məsələ sayılmalıdır. İkinci vacib missiya budur ki, indiki Bayden administrasiyasının erməni lobbisindən asılılıq dərəcəsi yüksəkdir. Bu mənada Libbi və başqa kiminsə səfir təyin olunmasının o qədər də önəmi yoxdur. Sadəcə olaraq, ABŞ-dan verilən tapşırığa əsasən addımlar atmalıdırlar. Bunun, sadəcə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsi ilə bağlı ölçülməsi doğru deyil”.

Politoloq Yeganə Hacıyeva ABŞ səfirinin Şuşaya səfər etməməsinə heç bir əsas görmür: “Burada məsələ ondadır ki, indiyə kimi Amerikanın səfirinin olmamasını onunla əlaqələndirirdilər ki, səfir yoxdur, müvəqqəti işlər üzrə nümayəndə var, Şuşaya getmək onun səlahiyyətində deyil kimi izah verirdilər. O üzdən də müxtəlif səfərlərdən yayınırdılar, istər Şuşa şəhərinə olsun, istərsə də digər azad edilmiş ərazilərimizə olsun. Sonradan Menendes haqqında cinayət işlərinin açılması ilə Libbi səfir təyinatı aldı. Düşünürəm ki, Libbinin gəlişi ilə Amerikanın Azərbaycanla bağlı siyasəti yenilənməlidir. Məsələ ondadır ki, Ermənistan-Azərbaycan münasibətlərindəki konfliktin həllindən sonrakı dövrdə bir sıra narahatlıq doğuran mövqelər formalaşdırıblar. Bu da Amerikanın regionda maraqlarını risk altında qoyur. Çünki nə qədər özünü elə göstərməyə çalışsa da, Ermənistan Cənubi Qafqazda Amerikanın strateji tərəfdaşı deyil. Bütün proseslər də bunu göstərib. Bu da Dövlət Departamentində belə hamıya məlumdur. Bu baxımdan da yeni səfirin gəlişi ilə bağlı müəyyən yenilənmələr olmalıdır. Digər səfirlər kimi, bu səfir də Şuşaya səfər etməlidir. Səfər edəcəkmi sualınıza gəlincə, bəli, edəcək deyərdim. Çünki Amerika səfirinin bu gün Şuşaya səfər etməməsinin heç bir əsası yoxdur. Sadəcə, əvvəldə dediyim kimi, səfər olunmamasını əsaslandıran arqumentləri var idi. Amma indi artıq buna qərar verəcək şəxs gəlib çıxıb”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Bu gün, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Bu gün, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru