Dövlətin yardımı PULLA SATILIR .....                     "Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" .....                     "KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     "BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları .....                     'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı .....                     "AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı .....                     Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” .....                     Həm sülhdən danışır, həm də atəşkəsi pozur: .....                     GÜNEY QAFQAZDA SÜLH... .....                     Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR .....                     Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... .....                     Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... .....                     "Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır" .....                     Vüsal Məmmədov işdən çıxarıldı .....                     Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... .....                     Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? .....                     Milli iqtisadiyyatımız çətin sınaq qarşısında .....                     Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır .....                     FHN-in qurumu 185 minlik Toyota seçdi! .....                     Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı .....                     Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir .....                     Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Müğənni Kəmalə Sərxana od püskürdü .....                     Azərbaycanda uşaq futboluna vurulan "badalaq": .....                     3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır .....                     Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək .....                     "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                 

“Hələ də oğlanlarla qızların ayrı-ayrı təhsil almalarını istəyən zehniyyət var” - MÜSAHİBƏ
Tarix: 8-10-2023, 08:59 | Çap et
“Hələ də oğlanlarla qızların ayrı-ayrı təhsil almalarını istəyən zehniyyət var”
Türkiyəli jurnalist Göksel Göksu ilə söhbətimizdə Azərbaycanda doğulanların cins nisbətinin hələ də pozulduğunu, hətta bu məsələdə dünya üzrə ölkəmizin 1-ci yerdə dayandığını məlumat verirəm. Statistika ilə mənzərəni daha da aydınlaşdırıram.

Bizdə çoxumuzun xəbərsiz olduğu vəziyyət belədir. Yaxın tarixlərə nəzər salsaq, Azərbaycanda 2021-ci ildə doğulan hər 100 qıza 116 oğlan uşağı düşürdüsə, 2022-ci ildə bir qədər vəziyyət yaxşılığa dəyişərək bu göstərici hər 100 qıza 112 oğlan olub. Bioloji norma, cinsə görə doğum nisbəti isə hər 100 qıza 105-106 oğlan olmalıdır.

Dediklərimin qarşılığında Göksel xanım son illər Türkiyədə qız uşaqlarının da oğlanlar qədər istənildiyini vurğulayır, qeyd etdiyim vəziyyətin illər əvvəlki Türkiyədə rast gəlindiyini bildirir: “Bəli, bizdə bəzi bölgələrdə oğlanlara üstünlüyün verilməsi halları olur, məlum ənənə və stereotiplərlə bağlıdır, bunu bilirik. Amma son illər hamilə xanımların oğlan uşağı üçün qızını abort etməsini, “övladım oğlan olsun” deyəni eşitməmişəm. İndiki halda bizdə bu mənada xeyli düşüncə dəyişikliyi var”.

Söhbətimizin bu yerində “Haber Global” televiziyasının əməkdaşı Gülay xanım müdaxilə edir: “Mən də elə düşünürdüm, bir neçə il əvvəl özüm bu halla qarşılaşmışam. İlk övladım qız olacaqdı. Qohumlardan biri qız övladına hamilə olduğumu biləndə “üzülmə, heç nə olmaz” demişdi. Bu “təsəlli” məni heyrətləndirmişdi. Niyə axı? Ana üçün övladının sağlamlığından başqa vacib nə ola bilər ki?! Hələ də bu zehniyyətdə olan insanlar var, təəssüf ki”.

Həmkarım Göksel xanımla maraqlı söhbətimizdən məqamları diqqətə çatdırmazdan qabaq onun haqqında kiçik təqdimat vermək istərdim. Özü təvəzükar biri olsa da, Türkiyənin qocaman media nümayəndələrindəndir.

Jurnalistikada fəaliyyətinə 1982-ci ildə “Havas” nəşiyyatında başlayıb. Sonralar bir çox yerdə, o cümlədən “Radikal” qəzetində müxbirlik edib. 1998-ci ildən “CNN Türk” telekanalında reportyorluqdan şef-redaktorluğa qədər yüksəlib, kanalda 2020-ci ilə qədər işləyib. Karyerasını “Haber Türk” TV-də davam etdirib.

Hazırda Göksel Göksu Türkiyə Jurnalistlər Cəmiyyətinin (Türkiye Gazeteciler Cemiyeti) İdarə Heyətinin üzvü, təşkilatın qadın komissiyasının koordinatorudur. Türkiyədə qadın hüquqlarının müdafiəsi hərakatında rolu böyükdür. TV kanallardakı “qaynar” nöqtələrdən hazırladığı xüsusi reportajlar, sənədli filmlərinə görə bir çox nüfuzlu mükafatlara layiq görülüb.

Hər qadın özündə cəsarət tapıb zəncirlərini qıra bilmir

Göksel Göksu ilə söhbətimizə əbəs yerə qız uşaqlarına verilən dəyərdən başlamadıq. Onun hələ də bir çox haqqı əlindən alınmış xanımlara dəstəyi davam edir, elə özünün dilə gətirdiyi bir insan hekayəsində bunu yəqin etmək olur:

“Sizinlə görüşə gələrkən bir qadınla qarşılaşdım. Əslində, o, indiyədək əzmkarlığı ilə bütün əngəlləri aşmış qəhrəmanlarımdan sadəcə biridir. Gökçə Aras adlı həmin xanımın müstəqil internet saytı olan https://medyascope.tv/-də yazıları ilə tanışam, istedadlı biridir, sözün əsl mənasında həyat mübarizəsi aparıb, dərin düşüncəli yazılarında da bunu hiss etdirir. Həmin xanım bizim taşralı, İsgenderpaşa camaatı dediyimiz qapalı dünyaları olan ailədəndir, xüsusən qadınlarla bağlı sərt qanunları olan həmin ailədə bütün zəncirləri qırmaq, cəsarət tapıb təkbaşına mübarizə aparmaq hər kəsin işi deyil, amma bu xanım 40 yaşında bunu edib, öz işini qurub. Təəssüf ki, Türkiyədə səsini duya bilmədiyimiz qapalı yaşayan, amma dərdini danışacaq adam tapmayan saysız belə qadın var. Mediada isə belə mövzuları araşdıran, televiziyada belə mövzuları işıqlandıran proqramları görə bilmirik. Halbuki, qadınlar cəmiyyətin təməl sütunudur, bütün inkişafa yol onlara verilən hüquqlardan keçir, təhsilli qadınların sayının artması ən vacib məsələlərdən biridir”.

Doğru kəlmələr axtarışında...

Göksel xanım təəssüflə əlavə edib ki, Türkiyədə qadın haqlarının pozulmasından qabaq “qadın” kəlməsinin hələ də istifadəsində yalnışa yol verilir:

“Bizdə illərdir, “qadın” kəlməsini istifadə etmək sanki bizim cinsi təhqir etmək kimi səslənib. Axı qadın dünyada mövcud olan cinsi müəyyən edir. “Xanım əfəndi” “xanım”, “bayan” müraciət formasıdır, “qadın” kəlməsinin işlənməsinə üstünlük verilmir. Hətta, çoxuna “qadın” dedikdə belə, bunu təhqir kimi başa düşür. Bu düşüncələri dəyişmək lazımdır. Hər kəlməni istədiyimiz kimi qavraya bilmərik. Mediada daha çox işlətdiyimiz “uşaq gəlin” ifadəsinin də yavaş-yavaş tərgidilməsini müdafiə edirik. Çünki, bəzən media özü problemdən yazanda sanki neqativ halı yaymağa xidmət edir. “Uşaq gəlin” dedikdə bu məfhumu, uşaq yaşlarında ərə getməyi və dəhşətli vəziyyəti qəbul etmiş kimi oluruq. Bu ifadənin elə “uşaq yaşında ərə verilmə” (evləndirilmə) deyilməsi kifayyətdir, bu, həm də məsuliyyətin böyüklərdə olduğuna, onların təqsirinə işarə edir”.

Türkiyədə qadınlar söz sahibi olublar. İrəli!

Göksel xanımı hazırda məmnun edən məqam son illər Türkiyədə qadın həmrəyliyinin miqyasının xeyli böyüməsidir:

“Deyərdim ki, son zamanlar Türkiyədə qadınlar söz sahibi ola biliblər. Birlikdə mübarizə, tələblərin irəli sürülməsi daha doğru addımlara gətirib çıxarıb. Onu da deyim ki, Ölkə üzrə 150, 200-ə qədər qadın təşkilatını bir araya toplamaq da asan olmadı. Bu, illərin əməyidir. Eşitçilik üçün Kadın Platformu (Bərabərlik üçün Qadın Platforması - https://esikplatform.net) nizamlı görüşlər təşkil edir, demək olar ki, hər həftə bir qrup üzv görüşürük. 2021-ci ildə yaranan bu platforma, necə deyərlər, bıçaq sümüyə dirəndiyi üçün bir toplandı. Zərurətdən yaranan təşkilatlamanın daha da effektiv mübarizəsinə inanıram. Doğrudur, indi Türkiyədə 20 illə müqayisədə, hətta Anadoluda belə, insan düşüncələrinə təsir etməyə nail olmuşuq. Sosial medianın da gücünü danmaq olmaz. Əvvəllər bir qadını otağa qapatmaqla ona istənilən psixi zorakılıqdan tutmuş hər cür təsir etmək, cəzalandırmaq olurdu. İndi belə deyil. Zaman dəyişib. Həmin otaqda dustaq edilmiş qadına bir telefon vermək yetərlidir, çünki texnologiya sayəsində həmin qadın dünyadan xəbər tutub öz haqqını araya biləcək”.

Biz irəliyə getməyə cəhd etdikcə, bir qrup bizi geriyə çəkməyə çalışır

Müsahibim Türkiyənin İstanbul Konvensiyasından çıxmasını qadın haqlarının tapdanmasında son hədd kimi görür:

“Biz illərdir, türk qadınının təhsilli, hər sahədə ona da yer verilməsini təbliğ etdiyimiz, qadın qətllərinə “dur” çağırışları səsləndirdiyimiz halda ölkədə günbəgün yeni xəbərlər duyuruq. Bir qrup mühafizəkarın din pərdəsi altında İslam dəyərlərindən kənar tələblər qoyması bizi üzür. Ola bilsin ki, bu reallaşmayacaq, amma biz xəbərlərin qoxusunu alırıq. Bu düşüncələrin mövcudluğu belə, bizi narahat edir. Misal üçün, bizim nüfuzlu ictimai xadimlər arasında çoxarvadlılığı müdafiə edənlər var, hətta bunun qanunvericilikdə hansısa formada əksinin tapmasına tərəfdar olanlar var. Yaxud da, “karma eğitim” deyilən təhsil sisteminə qarşı çıxanlar yaranıb. Bu təhsil sistemi qız və oğlanların birgə təhsili deməkdir, illərdir, belə görmüşük. “Yeni” düşüncə sahiblərinin fikrincə, guya qız və oğlanın birgə oxuması qızlar üçün təhlükəlidir. Təəccüblənirik, həm də düşünürük. Biz bərabərliyi, hüquqların tarazlaşmasını arzu etdikcə, hardansa belə düşüncələr ortaya atılır. Biz irəli gedirik, bizi geriyə çəkməyə çalışırlar.

Düşünürəm ki, hər məsələdə, hər qərarda cəmiyyətin fikirləri öyrənilməli, qiymətləndirmə aparılmalıdır. Bir-iki insanın fikri çoxumuzun düşündüyü ola bilməz. Biz bəzi məsələlərdəki iradlarımızı, tələblərimizi yalnız öz aramızda müzakirə edə bilirik, çünki geniş tribunalarda problemlə bağlı danışmaq imkanlarımız məhduddur. Hansısa qruplarda aparılan işin nəticəsi də az olur, daha kütləvi savadlanma, məlumatlanma üçün yollar axtarırıq”.

Türkiyədə qaçqınların çoxluğu qadınlarımız üçün potensial təhlükə yaradır

Məlumdur ki, Türkiyə illərdir, qonşu ölkələrdə baş verən münaqişələr səbəbiylə bölgədə qaçqınlara qapısını açan yeganə ölkədər. Göksel xanım Türkiyədə olan əfqan, suriyalı miqrantların çoxunun kişi olduğunu deyir:

“Statistikanı deyə bilməyəcəm, amma ətrafı müşahidə edərkən bunu təxmin etmək olur. Həmin qaçqınların çoxu öz ailələrini vətənlərində qoyub üzübəri gəliblər. Onsuz da, bizim qadınlara qarşı zorakılıq, cinayətlərlə bağlı böhranımız var. Gəlmələr də bu məsələdə bizə potensial problemlər yaradırlar. İstəməzdim ki, dediklərim yalnış, irqçilik kimi başa düşülsün. Real təhlükələrlə mübarizədə bunlar bizim üçün əlavə yükdür. Vaxtiylə, özüm həmin bölgələrdə reportajlar etmişəm, onların mədəniyyətini gözəl bildiyim üçün bu məni narahat edir”.

P.S. Müsahibə BMT-nin Əhali Fondunun (UNFPA- Azerbaijan) dəstəyi ilə İstanbulda səfərdə olduğum müddətdə hazırlanıb. Təşkilatın jurnalistlər üçün keçirdiyi yazı müsabiqəsinin qalibi kimi Türkiyə mediası və simaları ilə tanış olmaq fürsətim olub.

Göksel xanımla görüşü təşkil edən “Haber Global” TV-nin əməkdaşı Gülay Selekman İnceler xanıma təşəkkür edirəm.

Müəllif: Raminə Eyvazqızı
AYNA









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlətin yardımı PULLA SATILIR - NARAZILIQ VAR...
Bu gün, 01:17
"Xəstəliyimə qədər özüm işləyib ailəmə baxmışam" - AMMA İNDİ...
Bu gün, 01:02
"KASSİR DEDİ Kİ, SƏNƏ BİLET SATMIRAM..." - Şəmkir sakini "Bakı Beynəlxalq Avtovağzalı"nın rəhbərliyindən şikayətçidir
Bu gün, 00:58
AHİK-lə bağlı İLGİNC İDDİALAR – Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 00:53
"BAKI AĞAC EMALI" ASC-nin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 00:49
Azərbaycanda elektronika mağazalarının inanılmaz fırıldaqları - İstehlakçılar necə aldadılır?
Bu gün, 00:47
'Bakı' çörəyinin içindən iyrənc məhlul və tük çıxdı çıxdı - BU DA FAKT...
Bu gün, 00:36
"AZİNŞAAT" ASC-nin vergi borcu üzə çıxdı
Bu gün, 00:28
Trampdan Azərbaycan-Ermənistan sülh prosesinə “müdaxilə” - NƏ BAŞ VERİR?
Bu gün, 00:26
Həm sülhdən danışır, həm də atəşkəsi pozur: - Deputat İrəvanın ikibaşlı oyununun məqsədini AÇIQLADI
Bu gün, 00:23
GÜNEY QAFQAZDA SÜLH... NƏ QƏDƏR REALDIR?
Bu gün, 00:20
Koronavirusa yoluxan Kənd Təsərrüfatı Nazirindən XƏBƏR VAR - "...növbəti test götürüləcək"
Bu gün, 00:18
Kreml hücuma keçir: Döyüşə “özünkülər” gedir... - Yaxın aylarda vəziyyət getdikcə daha da gərginləşəcək
Bu gün, 00:15
Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir, amma... – Qopması çətin bağlar
Bu gün, 00:12
"Belə mahnıları ifa etmək üçün iztirab, faciələr lazımdır"
Bu gün, 00:08
Vüsal Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:05
Ağ Ev: Tramp və Putin tezliklə görüşəcək! Harada... - SENSASİON İDDİA
Bu gün, 00:03
Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Dünən, 19:10
Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Dünən, 19:05
Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Dünən, 19:00
FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Dünən, 18:12
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Dünən, 18:09
Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Dünən, 18:05
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 18:03
Müğənni Kəmalə Sərxana od püskürdü
Dünən, 18:00
Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Dünən, 17:53
3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Dünən, 17:49
Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Dünən, 17:48
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Dünən, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Dünən, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Dünən, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Dünən, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Dünən, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Dünən, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Dünən, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Dünən, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Dünən, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Dünən, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Dünən, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Dünən, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Dünən, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Dünən, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Dünən, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Dünən, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Dünən, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Dünən, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Dünən, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru