ZAQATALA SAKİNLƏRİ DAD DEYİR
Tarix: 12-05-2012, 12:26 | Çap et
"MAŞINDA YATIRAM, BİZƏ NƏ ÇADIR VERİBLƏR, NƏ DƏ ƏRZAQ"
Zəlzələdən zərər çəkmiş bəzi Zaqatala sakinləri hökumətin onlara vəd etdiyi yardımı göstərmədiyini, çadır və ərzaq vermədiyini deyir. Rəsmilər isə evləri zərər çəkmiş ailələrin hər birinı ərzaq və paltar paylandığını iddia edir.
"Payızda toyum olacaqdı. Çətinliklərlə evimi təmir etdirirdim ki, toya hazır olsun. Zəlzələdə dağıldı" - 22 yaşlı Zaqatala Muxax kənd sakini Çingiz Ömərov məyusluqla deyir.
Gənc zaqatalalı Fövqəladə Hallar Nazirinin onun evinin dağıldığı yerə iki dəfə gəlməsini və evinin yenidən tikiləcəyinə söz verməsini məmnuniyyətlə xatırlayır: "Kəmaləddin Heydərov dedi ki, narahat olma, evin yenidən tikiləcək".
Ancaq hazırda gecələri avtomobilində keçirdiyini deyən Çingizi nazirdən sonra əraziyə "bələdiyyə ilə gəlmiş Komissiya" məyus edib. "Komissiya dedi ki, ev sadəcə təmir olunacaq. Amma evim təmir olunacaq vəziyyətdə deyil" - o, narahatlığını BBC Azərbaycanca ilə bölüşür.
Azərbaycanın şimal rayonlarında bu həftə episentri Zaqatala olmaqla güclü zəlzələ baş verib. Rəsmi rəqəmlərə görə, 800-dən artıq evə ziyan dəyib. Hökumət zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 20 milyon manat ayırıb.
"Prezidentimiz televizorda dedi ki, ziyan görənlərə ərzaq paylanacaq, çadırlar veriləcək. Amma bizə heç nə verilməyib. Həyətdə qurduğum çadır isə özümündür". Çingiz bizə telefonla müsahibəsində yaşlı ata və anasının çadırda yaşadığını söyləyir.
Onun sözlərinə görə, evi 1992-ci ildə tikilib və bu yaxınlarda "xeyir iş üçün" təmir olunub. Zaqatalada ikinci dəfə zəlzələ baş verəndə "iki mərtəbəli, beş otaqlı" evinin bir divarı "tamamilə uçub".
"İlk dəfə zəlzələ olanda divar çatladı, ikinci zəlzələdə isə tam dağıldı. Kəmaləddin Heydərov gəlib vəziyyəti öz gözlərilə gördü və dedi ki, evə yaxın getməyin və narahat olmayın bundan da yaxşısı təzədən tikiləcək. Ancaq ondan sonra gələnlər deyir ki, ev yenidən tikilməyəcək" - Çingiz nazirdən sonra gələn "komissiyanın" hansı orqana aid olduğunu bilmir, amma bələdiyyə rəsmilərinin onlarla birlikdə gəldiyini xatırlayır.
Azərbaycan Fövqəladə Hallar Nazirliyi isə öz internet saytında yazır ki, zəlzələ bölgəsində fəaliyyətini davam etdirir.
"Zaqatala, Balakən və Qax rayonlarında təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün çadırların (hər ailəyə 1 çadır) qurulması işi başa çatmaq üzrədir" - nazirlik bəyan edir. "Eyni zamanda, 12 məntəqədə zərərçəkmiş ailələrin istirahətini təmin etmək məqsədilə içərisində televizor və istirahət üçün nəzərdə tutulmuş digər əşyalar olan iri çadırlar qurulmuşdur".
Nazirlik deyir ki, evləri zərər çəkmiş ailələrə ərzaq və paltar paylanıb, hər ailəyə "un, yağ, qənd, çay, habelə uşaq, qadın və kişi geyimləri, uşaq bezləri, diş pastası, diş fırçası, sabun və digər yuyucu vasitələr" verilib.
Rəsmilər Zaqatalada hələ də yeraltı təkanların davam etdiyini və son gün ərzində 10-a yaxın yeraltı təkanın qeydə alındığı deyirlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53 |
|
|
|
• İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47 |
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17 |
|
|
|
|