Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                 

AZƏRBAYCANLI DİNDAR İRANA AĞIZ AÇDI
Tarix: 4-05-2012, 11:54 | Çap et
AZƏRBAYCANLI DİNDAR İRANA AĞIZ AÇDI

HƏLƏ DƏ DOSTUMUZU DÜŞMƏNİMİZDƏN AYIRD EDƏCƏK SƏVİYYƏDƏ DEYİLİK

DİA.AZ: - Azərbaycan yenə də İranın təbliğat maşının hədəfindədir. Amma bu dəfə əleyhimizə öz vətəndaşlarımızın dili ilə kampaniya aparırlar. Söhbət Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsinin sədri Faiq Vəlizadədən və onun Təbrizdə etdiyi çıxışından gedir. Maraqlıdır ki, Faiq Vəlizadə tam gücü ilə ermənilərə dəstək verən fars-molla rejimini bir müsəlman iqtidarı kimi qəbul edərək Azərbaycanın problemlərinin həllindən onlardan dəstək istəyir.

DİA.AZ bildirir ki, məhz bu çıxışı ilə də əslində Faiq Vəlizadə dolayısı ilə İranın antiAzərbaycan fəaliyyətinə də haqq qazandırmış olur. Hər halda, bu gün Azərbaycanda inanclı insanların siyasi təqiblərə məruz qalması heç də kiməsə rəvac vermir ki, öz ölkəsinin və dövlətinin milli maraqlarını konkret şəkildə Azərbaycana düşmən olan bir ölkəyə qurban versin. O zaman gərək Azərbaycanın siyasi müxalifəti də eyni uğurla Ermənistanla və yaxud da Azərbaycana düşmən olan bir başqa ölkə ilə əməkdaşlığa getsin. Təbii ki, bu olası iş deyil. Amma buna baxmayaraq, özlərini «inanclı insanlar» adlandıran bir qrup bu gün əslində Azərbaycanda İslamın yox, İranın davasını aparırlar.

Hər halda, onlar da fars dəyirmanına su tökdükləri zaman bilməli idilər ki, İranın bir dövlət olaraq nə İslama və nə də şiəçiliyə aidiyyatı yoxdur və bu ölkə sırf olaraq fars şovinizminə xidmət etməkdədir. Əgər belə olmasaydı və əgər İran hakimiyyəti səmimi şəkildə İslama bağlı olsaydı, o zaman Azərbayanda hansı qüvvələrin hakimiyyətdə olmasına baxmayaraq, yenə də çoxluğu şiə olan Azərbaycan xalqına dəstək verməyində davam edərdi. Axı peyğəmbərimiz də buyurur ki, əgər pis adam özünün pis əməlindən yorulmursa, nədən sən yaxşılıq etməyindən yorulasan. Hətta qarşılıqsız olduğu halda belə…

Deməli, məsələ tamam fərqlidir. Və yazıqlar olsun ki, bu gün Azərbaycanda yetərincə saya malik insanlar da var ki, onlar İranın Azərbaycana hansı səviyyədə düşmən mövqedə dayanmasının fərqinə vara bilmirlər. Və fars-molla rejiminin dövlətimizə qarşı təbliğatında bir alət olmağa belə hazırdırlar.

Beləliklə, bu qəbildən olan və «arannyus» portalında yer almış daha bir materialı diqqətinizə çatdırırıq:

«Azərbaycan Respublikasında Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsinin sədri Təbriz əhalisi və İran xalqının Azərbaycan Respublikasının məzlum xalqına kömək etməsini istədi.

Azərbaycan Respublikasında Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsinin sədri höccətülislam Faiq Vəlizadə Təbrizdə keçirilən “Azərbaycan Olaylarına Hüquqi Baxış” konfransında deyib: Müsəlman olmağımız bizə dünyanın hansı nöqtəsində olmağımızdan asılı olmayaraq, müsəlmanların vəziyyətinə diqqət göstərməyimizi tələb edir. Bu arada Azərbaycan Respublikası yeni müstəqillik əldə etmiş bir ölkə kimi dünya müsəlmanlarının xüsusilə də İran müsəlmanlarının daha artıq diqqətinə ehtiyaclıdır.

F.Vəlizadə əlavə edib: Ayətullah Müctəhid Şəbistərinin Azərbaycandakı islami hərəkətləri himayə etməsi bizim üçün böyük bir qənimət hesab olunur.

Azərbaycan Respublikasından olan bu ruhani çıxışının əvvəlində müstəqillik illərində “Allahu-Əkbər” şüarı ilə sinələrini kommunistlər və ermənilərin tankları qarşısında sipər edən şəhidlərin ruhunu yad edərək, deyib: Bu gün bizim xalqımızın haqq və hüquqları 3 baxımdan pozulmaqdadır. Birincisi, biz hazırda müharibə şəraitində yaşayırıq. Ölkəmizin 20%-i o cümlədən 12 iri şəhərimiz ermənilərin işğalı altındadır. Bu məntəqədə 300-dən artıq məscid və 100-dən artıq imamazada dağıdılıb. Bir milyon iki yüz mindən çox Qarabağ müharibəsi didərgini qeyri-münasib yaşayış vəziyyətinə malikdir. Yalnız Xocalı faciəsində 3 min qadın əsir alınmış, 600 qadın və uşaq qətlə yetirilmişdir. BMT 4 qətnamə qəbul edərək, bizim işğala məruz qaldığımızı təsdiq etsə də, indiyə kimi Qarabağ vədigər işğal altında olan ərazilərin azad edilməsi üçün heç bir tədbir görülməyib və Azərbaycan hökumətinin mövqeyi də Qarabağla bağlı zülmün daha da şiddətlənməsinə səbəb olub. Çünki, bu məntəqələrin azad edilməsi məsələsində sionistlər və Qərbə bel bağlayır. Bu da ötən 20 ildə heç bir nəticə verməyib.

Höccətülislam Vəlizadə əlavə edib: Qarabağın azadlığı yoдu mübariz azərbaycanlı gənclərə, bir neçə il öncə təkbaşına bir neçə işğalçını məhv edən şəhid Mübariz kimi gənclərə etimad etməkdir. Amma, təəssüflər olsun ki, Azərbaycan hökuməti xalqı elə bir istiqamətə aparır ki, din və əqidə xalqın əlindən alınsın və insanlar öz kimliyini itirsin.

Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsinin sədri Azərbaycan Respublikasında insanların haqq və hüquqlarının pozulmasının ikinci cəhətini hökumətin İslam dininə qarşı yönəlmiş siyasətləri adlandırıb və deyib: Hazırda 100-dən artıq günahsız və pak insan qondarma ittihamlar o cümlədən qanunsuz olaraq silah və narkotik maddə daşımaq, xuliqanlıq və vətənə xəyanət ittihamları ilə məhbəsdədir. Halbuki, onların yeganə günahı hicab qadağası və İslama qarşı digər məhdudiyyətlərə etiraz etməkdir.

Höccətülislam Faiq Vəlizadə Azərbaycan Respublikasında hicab qadağasının arxasında sionistlər və imperialistlərin dayandığını deyərək, vurğulayıb: Bu gün Azərbaycanda ictimai azadlıqlar əxlaq normaları və qanunlar ilə heç bir uyğunluğa malik deyil. Görəsən, Bakı rəsmiləri üçün dini və əxlaqi dəyərlərin heç bir önəmi yoxdur?

F.Vəlizadə Azərbaycan Respublikası hökumətinin Bakıda Avroviziya mahnı müsabiqəsi və Gey Paradın keçirilməsinə hazırlaşmasını habelə, bu tədbirlərin tənqidçiləri ilə rəftarlarını ölkədə insan haqlarının pozulmasının digər nümunəsi adlandırıb.

Höccətülislam Faiq Vəlizadə əlavə edib: Azərbaycan, kökləri bu ölkə xalqının dini vəmənəvi dəyərlərinə söykənən gözəl musiqiyə malikdir. Bu kimi musiqi ilə heç bir problemimiz yoxdur. Amma, Avroviziya mahnı müsabiqəsi əsasən homoseksualları himayə məqsədi ilə təşkil edilmiş bir tədbirdir. Vəonun Bakıda keçirilməsi bizə yaraşmaz. Həqiqətdə Qərb və sionizmin səyi bizim dərin köklərə malik olan mədəniyyətimiz və irsimizi yağmalamaqdır. Azərbaycan tarixində 70 il öncəsinə kimi bu kimi çılpaqlıq və hicabsızlıq olmayıb. Amma, İslam düşmənləri bir neçə onillik ərzində hicabı Azərbaycandan aldılar və indi xalq bir daha öz tarixi mahiyyəti və kimliyini geri qaytarmaq yolunda addımlamağa başladığı zaman, çalışırlar ki, Avroviziya mahnı müsabiqəsi və Gey Parad kimi tədbirlər həyata keçirməklə öz çirkinliklərini və mədəniyyətsizliklərini Azərbaycan xalqına da qəbul etdirsinlər.

O, sözlərinin davamında vurğulayıb: Hazırda bizim bir çox ana və bacımızın ermənilərin əsarətində olduğu bir şəraitdə, onları və işğal altında olan əraziləri azad etmək yerinə, ölkədə fəsad və əxlaqsızlığı rəvac vermək kimi ucuz işlərəüz tutan hökumətin bu kimi məsələlərə etiraz edən insanları ermənilərlə əlbir olmaqda ittiham etməsi rəvadırmı?

Hicab və Hicab Məhbuslarını Müdafiə Komitəsinin sədri çıxışının sonunda dedi: Quranda buyurulanlara əsasən İslam ölkələri beynəlxalq izzət və etibarı Quran və İslam sayəsində əldə etməlidirlər. Və əmin olun ki, Azərbaycan xalqı da bir gün bu izzətə nail olacaq və kommunistlərin 70 il ərzində İslamı Azərbaycandan ayıra bilmədikləri kimi, Avroviziya mahnı müsabiqəsi kimi ucuz hərəkətlərə əl atanlar da buna nail ola bilməyəcəklər».










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Bu gün, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Bu gün, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Bu gün, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Bu gün, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Bu gün, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Bu gün, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Bu gün, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Bu gün, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Bu gün, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27
Generalı nazir əvəzlədi
Bu gün, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru