SƏRDAR CƏLALOĞLU MÜXALİFƏTƏ QARŞI
Tarix: 28-04-2012, 20:14 | Çap et
“İCTİMAİ PALATA DAXİLİNDƏ GİZLİ RƏQABƏT VAR”
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun SƏS TV-yə müsahibəsi:
- Son mitinqlərdə, yəni İctimai Palatanın toplantısında sizi görmədik. Buna səbəb toplantıların sizi qane etməməsi, yoxsa Müsavat və AXCP ilə aranızda narazılığın olması idi?
- Dediyiniz kimi, bu İctimai Palatanın toplantısı idi. Bu təşkilatlın bilavasitə üzvü deyiləm. Yalnız fərdi qaydada burada iştirak edə bilərəm. Bütövlükdə isə İctimai Palatanın apardığı mitinq taktikası ilə razı deyiləm. Bunun səhv olduğu qənaətindəyəm. Ona görə də iştirak etmirəm. Amma mitinqlərdə bizim partiyanın tərəfdarları olan üzvlər iştirak ediblər. Mənim şəxsən orada iştirak etməməyim isə İctimai Palatanın mitinq taktikasının səhv olması ilə bağlıdır.
- Həmin səhvləri nədə görürsünüz?
- İndiki mitinq taktikasının fəlsəfəsi 80-ci illərin sonlarında sovet hökumətinə qarşı bizim apardığımız mübarizədə istifadə etdiyimiz taktika ilə üst- üstə düşür. Yalnız funksionerlərin, az sayda olan siyasi fəalların mitinqə gəlməsi, əslinə baxsan getdikcə müxalifətin özünü xalqdan qopardığına əyani sübutdur. Xalqın bu cür mitinqlərdə geniş şəkildə iştirak etməməsinin əsas səbəblərdən biri odur ki, neçə ki, müxalifətin yuxarılarında səmimi birlik yoxdur, aşağılarda da o birlik olmayacaq. Xalq hər şeyi hiss edir. Onlar görürlərsə ki, müxalifət mitinqlərdə lazımı səviyyədə birləşməyibsə, xalqı irəliyə aparacaq nəhəng güc ortaya qoymayıbsa o heç vaxt bu proseslərə həvəslə qoşulmayacaq.
- Toplantıda bir halın da şahidi olduq. İki cəbhə yaranmışdı ki, onların yarısı ağ, digərləri isə göy bayraq gəzdirirdilər. Bunun səbəbi nədir?
- Bir çox partiyaların təşkil etdiyi aksiyalarda yalnız dövlət rəmzləri çıxarılmalıdır. Həmin dövlət rəmzləri olaraq da bayraq, gerb və milli şüarlar çıxarıla bilər. Səsləndirilən şüarlar da ümumi olmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda 90-cı illərdən başlayaraq bu cür zərərli tendensiya var ki, insanlar kollektiv şəkildə təşkil olunan mitinqlərdə hər kəs öz liderini alqışlayır, bayraqları və şüarları ilə çıxır. Vaxtı ilə biz də belə tədbirlər keçirirdik. Ancaq bizim bayraqlar bir-birinin içərisində, qarışıq idi. Kənardan baxanda da şahidi olurdular ki, Xalq Cəbhəsinin, Müsavatın və ADP-nin üzvləri bir yerdədilər. Lakin hazırda açıq şəkildə hiss olunur ki, İctimai Palatanın daxilində Xalq Cəbhəsi ilə Müsavatın rəqabəti gedir ki, hətta bu mitinqə də yansıyır. Təbii ki, bu kənardan insanlara çox pis təsir göstərir. Bir daha bəlli olur ki, İctimai Palatanın daxilində gizli rəqabət hökm sürür. Mitinqlərə nə qədər çox partiya daxil olsa bir o qədər İctimai Palatada parçalanma meyli özünü büruzə verəcək.
- Budəfəki toplantıya xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələrinin də qatıldığının şahidi olduq. Sizcə, müxalifət liderləri öz nüfuzlarını onların hesabına qorumağa, yoxsa nəyə çalışırdılar?
- Diplomatların bu cür tədbirlərdə iştirakı təbiidir. Çünki onların əsas vəzifələrdən biri olduqları ölkələrdə ictimai-siyasi vəziyyət haqqında bilavasitə və obyektiv məlumat toplamaqdır. Çünki onlar bir dövlətlə siyasət quracaqlarsa öz maraqlarını müdafiə etmək üçün müəyyən bir bəlli strategiya izləyəcəklərsə, o zaman mütləq ölkədə gedən cari prosesləri izləməlidirlər. Təbii ki, müxalifət də beynəlxalq güclərin diqqətini öz üzərinə çəkməlidir. Ancaq bunun texnologiyası çox primitiv olduğuna görə kənardan belə görünür. Müxalifət meydana çıxanda olur Həsən, Hüseyn və digərləri... Müxalifət öz birliyini xalq səviyyəsinə endirmək üçün çox ciddi çalışmalıdır.
- Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision- 2012" mahnı müsabiqəsi ərəfəsində müxalifətin bu kimi aksiyalar keçirməklə Avropanın diqqətini Azərbaycanda sabitliyin olmadığına yönəltməsinə nə lüzum var?
- Etiraz hər bir ölkədə olur. Hətta bəzi ölkələrdə çox qatı şəkildə etiraz olur ki, çoxlu sayda insanlar yaralanır. Hər dəfə dünyanın iqtisadi güclərininin toplandığı Davosda bu kimi hadisələr olur. Bəs onları necə başa düşək? Tərəflər bir-birinin tədbirini pozmamalıdır. Müxalifət Eurovision-nun təşkilinə və keçirilməsinə mane olmamalıdır. Əgər müxalifət buna mane olsa onlara öz iradlarımızı bildirməliyik. Bir tədbir o biri tədbiri əngəlləməməlidir. Mənim fikrim budur.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19 |
|
|
|
• Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17 |
|
|
|
• "Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49 |
|
|
|
• Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45 |
|
|
|
• Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38 |
|
|
|
• Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34 |
|
|
|
• "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21 |
|
|
|
• Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17 |
|
|
|
• “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15 |
|
|
|
• Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53 |
|
|
|
• Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44 |
|
|
|
• Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40 |
|
|
|
• Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31 |
|
|
|
• "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28 |
|
|
|
• Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26 |
|
|
|
• Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00 |
|
|
|
• 1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58 |
|
|
|
• "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29 |
|
|
|
• Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26 |
|
|
|
• Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23 |
|
|
|
• Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21 |
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Dünən, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19 |
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48 |
|
|
|
|