MTN ƏL-QAİDƏÇİLƏRİ ZƏRƏRSİZLƏŞDİRİB
Tarix: 18-04-2012, 16:18 | Çap et
QURUM ANTİTERROR ƏMƏLİYYATLARI KEÇİRİB
Milli Təhlükəsizlik Nazirliyi (MTN) Azərbaycanda həyata keçirilən antiterror əməliyyatları barədə növbəti məlumat yayıb.
MTN-in İctimai əlaqələr mərkəzindən APA-ya verilən daxil olan məlumatda bildirilir: Məlumat verildiyi kimi, bu yaxınlarda MTN tərəfindən həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində Azərbaycan Respublikasında ictimai-siyasi sabitliyi pozmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını planlaşdıran silahlı birləşmə zərərsizləşdirilib.
Müəyyən edilib ki, 2011-ci ilin yay aylarında Azərbaycan Respublikasının vətəndaşı Padarov Vüqar İspaxan oğlu Azərbaycanda təxribat-pozuculuq və terrorçuluq aksiyalarına hazırlıq görülməsi məqsədilə silahlı birləşmə yaratmış, onun üzvlərini odlu silah, döyüş sursatı, partlayıcı maddələr və digər hərbi ləvazimatla təchiz edib. Məlum olmuşdur ki, silahlı birləşmənin bəzi üzvləri əvvəlcə «Əl-Qaidə» beynəlxalq terrorçu təşkilatının nümayəndələrinin köməkliyi ilə Suriya Ərəb Respublikasındakı mədrəsələrdə cihadda iştiraka hazırlaşmaq məqsədilə xüsusi dini-psixoloji təlim keçmişlər. Sonra silahlı birləşmənin üzvlərinin bir hissəsi Pakistan İslam Respublikasının Vəziristan əyalətinə gəlmişlər. Onlar «Əl-Qaidə» beynəlxalq terrorçu təşkilatına daxil olan «İslami-cihad» terrorçu qrupunun tərkibində bir neçə ay ərzində hərbi-dini təlimlər keçərək müxtəlif növ atıcı silahlardan, artilleriya, raket və minomyotlardan atəş açmaq, partlayıcı qurğular hazırlamaq və minalar quraşdırmaq vərdişlərini mənimsəmişlər. Bundan sonra, həmin şəxslər «İslami-cihad» terrorçu qrupunun tərkibində Əfqanıstanın Paktika və Paktiya, Xost, Qəndəhar və Helmənd vilayətlərində beynəlxalq antiterror koalisiyası qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirak etmişlər. Dəstənin bir qrup digər üzvü İran İslam Respublikasında atəş və fiziki hazırlıq, müşahidə etmək, müşahidədən yayınmaq və digər istiqamətlər üzrə iki ay xüsusi təlim keçmişlər. Silahlı birləşmənin fəal üzvü “Maqa” ləqəbli Elmir Nurəliyev hələ 2010-cu ilin avqust ayında Dağıstana gedərək «Əl-Qaidə» beynəlxalq terrorçu təşkilatı ilə əlaqəli olan “əmir” Əbu-Hureyranın, “Dağıstan cəbhəsinin əmirləri” “Həsən” ləqəbli İsrapil Velicanovun və “Saleh” ləqəbli İbrahimxəlil Daudovun dəstələrində Dağıstan ərazisində terrorçuluq aksiyalarının və digər cinayətkar əməllərin törədilməsində iştirak etmişdir.
Həmin ilin sonlarında Elmir Nurəliyev Dağıstanın Kadar kəndi yaxınlığında İbrahimxəlil Daudovun dəstəsinin gizli düşərgəsində «Busra» ləqəbli Vüqar Padarov ilə tanış olmuşdur. Vüqar Padarov Elmir Nurəliyevə Azərbaycanda da cihad aparılmasını təklif etmişdir. Məqsəd Azərbaycanın bir sıra bölgələrində silsilə terrorçuluq aksiyalarının keçirilməsi, ölkədə nəzarətsizlik və hakimiyyətsizlik əhval-ruhiyyəsi, əhali arasında çaşqınlıq və vahimə, etnik və dini zəmində qarşıdurma yaratmaq, sabitliyi pozmaq və respublikanın nüfuzuna xələl gətirmək olmuşdur. Bunun üçün əhali arasında müqəddəs sayılan bir sıra ziyarətgahların, məscidlərin və başqa dini konfessiyalara məxsus ibadət yerlərinin partladılması nəzərdə tutulmuşdur. Eyni zamanda, hüquq mühafizə orqanlarına silahlı basqınlar təşkil etmək, əməkdaşları öldürmək və inzibati binalarda olan silah-sursatı ələ keçirmək planlaşdırılmışdır. Dəstə üzvləri arasında vəzifə bölgüsü, terrorçuluq aksiyalarının törədiləcəyi hədəflərin və yerlərin sxemi, iş rejimi, xidməti personalın sayı, snayperlərin mövqeləri və digər faktorlar müəyyənləşdirilmişdir. Dağıstanla həmsərhəd rayonlarda və dağ-meşə massivlərində dəstəyə mənsub silahlı qrupların gizlənəcəyi, müvəqqəti yaşayacağı yerlərin, blindajların və qazmaların hazırlanması nəzərdə tutulmuşdur. Elmir Nurəliyev ilə razılaşma əldə etdikdən sonra Vüqar Padarov planları barədə Əbu-Hureyraya və İbrahimxəlil Daudova bildirmişdir. 2011-ci ilin fevral ayında İbrahimxəlil Daudov Kadar kəndi yaxınlığında “Dağıstan əmirlərinin şurası”nı təşkil etmiş və onlar “əmir” Əbu-Hureyranın əvvəllər bu barədə irəli sürdüyü analoji təklifləri Vüqar Padarov və Elmir Nurəliyevin iştirakı ilə müzakirə etmişlər. Sonda “Əmirlər şurası” tərəfindən Vüqar Padarova və Elmir Nurəliyevə müvafiq tapşırıqlar və külli miqdarda pul verilmişdir. Yaradılacaq yeni silahlı birləşməyə İbrahimxəlil Daudov Vüqar Padarovu “əmir” təyin etmiş və bu barədə videogörüntülü müraciətini sonuncunun mobil telefonunun yaddaşına yazmışdır. 2011-ci ilin iyul ayında Vüqar Padarov və Elmir Nurəliyev müxtəlif növdə və sayda silah-sursatla birlikdə mühafizə olunan dövlət sərhədini Rusiya Federasiyasının Dağıstan Respublikasından Qusar rayonu istiqamətində qanunsuz keçərək Azərbaycana gəlmişlər. Əvvəlcədən əldə olunmuş razılaşmaya əsasən Qusar rayonunda Vüqar Padarovla Elmir Nurəliyevi dəstənin üzvü Əmir Muradov qarşılamış və onları idarə etdiyi avtomaşınla Zaqatala şəhərinə aparmışdır. Elmir Nurəliyev, Əmir Muradov, Nəsrullah Yunusov, Məcid Aşurov və Faiq Sultanov adlı şəxslərin beyətini qəbul etdikdən sonra Vüqar Padarov dəstə üzvlərilə birlikdə Zaqatala rayonunda müxtəlif yerlərdə gizlənmişdir. Vüqar Padarov eyni zamanda dəstə üzvlərini silahlandırmaq məqsədilə silah-sursatın alınması üçün Nəsrullah Yunusov vasitəsilə ayrı-ayrı şəxslərlə əlaqə saxlamışdır. Həmin ərəfədə davamlı terrorçuluq aksiyalarına hazırlıq işlərinin başa çatdırılması üçün Vüqar Padarov Elmir Nurəliyevlə birlikdə mütəmadi olaraq Bakı şəhərinə gəlib-getmişlər. Bundan sonra, Vüqar Padarov silahlı birləşmənin gücləndirilməsi və digər təşkilati məsələlərin həlli üçün dəstənin üzvləri Əmir Muradov və Faiq Sultanov ilə birlikdə 2012-ci ilin mart ayının əvvəlində Gəncə şəhərində mənzil kirayə edərək ora köçmüşlər.
Ölkənin ictimai-siyasi həyatını ciddi təhdid edən təhlükəli dəstənin zərərsizləşdirilməsi, terrorçuluq aksiyalarının vaxtında qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən Bakı, Gəncə, Sumqayıt şəhərlərində, Qax, Zaqatala, Şəki, Qusar, Abşeron və Xaçmaz rayonlarında irimiqyaslı xüsusi əməliyyat keçirilmişdir. Bir sıra hallarda dəstə üzvləri tərəfindən silahlı müqavimət göstərilməsi cəhdlərinin qarşısı alınmış, silahlı birləşmənin üzvləri, Azərbaycan Respublikasının vətəndaşları - Nurəliyev Elmir Maarif oğlu, Sultanov Faiq Sahib oğlu, Muradov Əmir Zəkrulla oğlu, Əliyev Ağasadıq Tofiq oğlu, Abbasoğlu Nəriman İsrafil oğlu, Həsənov Aydın Azad oğlu, Həsənov Arif Azad oğlu, Lələyev Bəhruz Mahmud oğlu, Aşurov Rəşad Rəcəb oğlu, Aşurov Məcid Əhmədoviç, Padarov Mehdi İspaxan oğlu, Yunusov Nəsrullah Arif oğlu, Əfəndiyev Rauf Aydın oğlu, Həmidov Elmir Kamal oğlu, Məmmədov Məmməd Şaban oğlu, Allahverdiyev Ruslan Sahib oğlu, Süleymanov Faiq Süleyman oğlu, Qaracayev Teymur Məhəmməd oğlu və Lələyev Mahmud Baqi oğlu yaxalanmışlar. Dəstə başçısı Vüqar Padarovu və onunla birlikdə gizlənən digərlərinin tərkisilah olunması və tutulması üzrə keçirilən antiterror əməliyyatı zamanı həmin şəxslər Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının təslim olmaq barədə qanuni tələbinə tabe olmayaraq odlu silahlardan fasiləsiz atəşlər açmış və əl qumbarası atmışlar. Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə silahlı müqavimət göstərən Vüqar Padarov məhv edilmiş, Faiq Sultanov və Əmir Muradov isə tutulmuşdur. Ümumən silahli birləşmənin saxlanılmış üzvlərindən terror-təxribat aksiyalarında istifadəsi nəzərdə tutulan 4 ədəd avtomat silah, 1 ədəd «RPK» tipli əl pulemyotu, 4 ədəd müxtəli tipli tapança, xeyli sayda patron, 33 ədəd müxtəlif tipli əl qumbarası, 29 ədəd qumbara alışdırıcısı, xüsusi üsulla hazırlanmış müxtəlif partlayıcı qurğular və maddələr, 20 detonator, 36 ədəd «Kenwood» markalı rabitə aparatı, qanunla qadağan edilmiş digər sursat və əşyalar, habelə terrorçuluğu və cihadı təbliğ edən ədəbiyyatlar aşkar edilərək götürülmüşdür. Bundan başqa, əsasən beynəlxalq terrorçulara xas olan xüsusi bilgilərdən və sxemlərdən istifadə olunmaqla diqqəti cəlb etməyən oyuncaq maşının içərisinə partlayıcı maddələr - 438,2 qram plastid, 200 və 75 qramlıq trotil şaşkaları, kapsul, təlafatın və xəsarətin geniş miqyasına hesablanmış dəmir qırıntıları yerləşdirilmiş və məsafədən idarə olunan, 100 metr radiusda canlı qüvvəni məhv etməyə qadir 1 ədəd partlayıcı qurğu aşkarlanaraq götürülmüşdür. Hazırda göstərilən faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticələri üzrə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? - İLGİNC
Bu gün, 14:32 |
|
|
|
• "Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir - ARAŞDIRMA
Bu gün, 14:02 |
|
|
|
• Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Bu gün, 14:00 |
|
|
|
• “Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir - “Nezavisimaya qazeta”
Bu gün, 13:58 |
|
|
|
• ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02 |
|
|
|
• Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56 |
|
|
|
• Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53 |
|
|
|
• “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50 |
|
|
|
• İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47 |
|
|
|
• Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46 |
|
|
|
• "Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43 |
|
|
|
• NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39 |
|
|
|
• İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32 |
|
|
|
• Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30 |
|
|
|
• Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25 |
|
|
|
• Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22 |
|
|
|
• “1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19 |
|
|
|
• Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16 |
|
|
|
• Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 12:14 |
|
|
|
• Atası oğlunu öldürəni bağışladı, məhkəmə isə… - Hökm
Bu gün, 12:10 |
|
|
|
• "Bu ölkələr Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışacaqlar" - deputat
Bu gün, 12:05 |
|
|
|
• "Oğlu Lalə Şövkətin adından yalan danışır, partiya ləğv edilməyib" - Əvəz Temirxan
Bu gün, 11:54 |
|
|
|
• Tehranda 17 yaşlı azərbaycanlı qızın böyük plakatı asıldı
Bu gün, 11:41 |
|
|
|
• Azərbaycanlı Dağıstanın Bakıdakı nümayəndəsi təyin edildi - FOTO
Bu gün, 11:38 |
|
|
|
• "Türkiyə mövsümü çıxarılardan ötürü Azərbaycan kimi strateji müttəfiqi, qardaşı itirməyi gözə almaz" - deputat
Bu gün, 11:35 |
|
|
|
• Dövlətə, xalqa xidmət, dövlət başçısına sədaqət belə olurmu?! - ETİRAZ VAR...
Bu gün, 11:29 |
|
|
|
• Azərbaycanda daha bir gənc qızdırmadan öldü - Ölkədə tüğyan edən bu virus nədir?
Bu gün, 11:21 |
|
|
|
• ABŞ Azərbaycan-Ermənistan sərhədinə QOŞUN YERİDİR - Bu, binokullu avropalılar deyil...
Bu gün, 11:15 |
|
|
|
• Naxçıvanda sahibkarlara dövlət adından VERGİ TƏLƏSİ... - NARAZILIQ VAR...
Bu gün, 11:11 |
|
|
|
• Dövlət klinikalarında niyə YER TAPILMIR? - “Xəstə qalıb ortada, biz yer axtarırıq”
Bu gün, 11:01 |
|
|
|
• Saatlı Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsinə hökm oxundu - DETALLAR
Bu gün, 10:56 |
|
|
|
• Hüseynbala Mirələmovun səhhəti PİSLƏŞDİ - AÇIQLAMA
Bu gün, 10:53 |
|
|
|
• "Bayden vida nitqində ölkələrə necə zərər verdiyini açıqladı" - Rusiya XİN
Bu gün, 10:51 |
|
|
|
• Türkiyə prokurorluğu Flora Kərimovanın plastik cərrahla bağlı şikayətini icraata götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:48 |
|
|
|
• BNMİ-nin əməkdaşları 33 kiloqram narkotik vasitə aşkarlayıb - FOTO, VİDEO
Bu gün, 10:47 |
|
|
|
• Hazırlaşın: Türkləri İrəvanın qapısında qarşılayacağıq – Şarmazanov
Bu gün, 10:45 |
|
|
|
• Amerika bununla bizim strateji tərəfdaşımız olmur - Badalyan
Bu gün, 10:39 |
|
|
|
• “Binokl diplomatiyası” bölgədə gərginlik yaradır - İndi də sərhədimizə FİLİN DİŞİSİ (ABŞ) gəlir...
Bu gün, 10:37 |
|
|
|
• Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini ABŞ da öz qonşularına qarşı tətbiq edəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 10:29 |
|
|
|
• SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB - Sıravi işçilər isə...
Bu gün, 10:26 |
|
|
|
• Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19 |
|
|
|
• ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15 |
|
|
|
• Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
|