Dağıstanın Mədəniyyət Nazirliyi “Ata Holding”i niyə məhkəməyə verib? - Azərbaycandan kənardakı Azərbaycanı necə itiririk...
Tarix: 30-09-2014, 11:32 | Çap et
Dərbənd şəhərinin 5 min il yaşı var. Bu mühüm faktı rus, fransız, alman arexoloqları da sübut etmişlər. Bununla yanaşı, Dərbəndin şəhər kimi formalaşmasının yaşı 2500 ildir. Türk Dünyasının bu qədim şəhərinin 2500 illiyini qeyd etmək üçün YUNESCO-nun xüsusi qərarı var. Şəhərin belə bir yubiley ərəfəsində tamamilə xarabazarlığa çevrilməsi ən böyük rəzalətdlərdən biridir. Belə ki, çoxgedişli kombinasiyalar əsasında şəhərin bütün park və meydanları sözün əsl mənasında zibilxanaları xatırladır. Bəs kimdir günahkar, deyə soruşulduqda, bu yöndə Dərbənd meriyasının və Azərbaycan tərəfinin suçlu olduğu üzə çıxır.
Dərbənddə başıbəlalı Nizami Gəncəvi Parkı
Şəhərdə olduğumuz dönəmdə yerli ziyalılar az qala üsyanedici tərzdə bildirdilər ki, Nizami Parkının abadlığı üçün zaman-zaman əhali qeyri-rəsmi şəkildə pul toplayaraq bu yöndə fəaliyyət göstərmişlər. Uzun illər Dağıstanın baş prokuroru işləmiş, Azərbaycana qarşı separatçı siyasət aparan “Sadval” təşkilatının liderlərindən biri olan, 2008-ci ildən zorla Dərbəndin meri seçdirilən İmam Yarəliyev və Azərbaycan tərəfindən “Ata Holding” şirkəti şəhəri sözün əsl mənasında xarabazarlığa çeviriblər. “Ata Holding”in sahibi isə Azərbaycanda bir nazirdir (Etika xatirinə adını çəkmirik - red.). Bu iki şəxs birləşərək, Dərbənddə Azərbaycan türklərinə məxsus nələr varsa, onları tamamilə yer üzündən silməyə başlayıblar. Bunun üçün İmam Yarəliyev ilk addım kimi Nizami Gəncəvi Parkını “Ata Holding” şirkətinə 49 illiyə icarəyə vermişdir.
Dağıstanın Mədəniyyət Nazirliyi isə bu antihumanist siyasətə görə “Ata Holding” şirkətini və Dərbənd şəhər meriyasını məhkəməyə verib. Məhz bundan sonra yerli jurnalistlər, aydınlar, əhali də hərəkətə keçərək, türkə məxsus mədəni irsin izlərinin yox edilməsinə qarşı fəallaşıblar. Nizami Gəncəvi Parkının yox edilərək, onun yerində Olimpiya Mərkəzi tikmək ideyası gerçəkləşməyəndə, “Ata Holding” şirkəti həmin parkın yerində kafelər, restoranlar və mehmanxalar kompleksinin inşa edilməsi ideyasını ortaya atıb. Faktiki olaraq, türk dünyasının ən böyük şairi, filosofu, dünya mədəni irsinin əzəməti sayılan Nizami Gəncəvinin Dərbənddəki abidəsinin əl-qolunu sındırmaqla, parkı zibilxanaya çevirməklə bir nazirimiz (Etika xatirinə adını çəkmirik - red.) və İmam Yarəliyev tandemi şəhərdə sanki bu dahi insandan və həm də Azərbaycan türkündən intiqam alırlar. Bunun ardınca, qədim türk mədəni irsinin yadigarı olan “Balbal məzarlıqları”nı məhv edərək onun yerində Olimpiya Mərkəzinin tikilməsini önə çəkmək ideyasını müdafiə etməyə cəhd edilməkdədir. Nazirimiz və İmam Yarəliyev bu üsulla Dərbənddə türkün tarixi izini itirməklə iki strateji hədəfə nail olacaqlar. Bir yandan gəlir mənbələri əldə olunacaq, digər yandan isə, beş min illik türkə məxsus milli-mədəni irsi tamamilə məhv edəcəklər.
“Güney Dağıstan” projesi və “Ləzgistan” ideyası
Uzun illər Rusiya Elmlər Akademiyası “Qafqazşünaslıq Mərkəzi”nin müdiri olmuş Sergey Avanesovun rəhbərliyi altında Quzey Qafqazda türkün tarixi və mədəni irsinin inkar edilməsi, məhv olunması üzrə kadrlar hazırlanmış, bununla yanaşı, həmin strateji hədəflərin reallığa çevrilməsi üçün sosiallaşmanın düsturları irəli sürülmüşdür. 1988-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyası ortalığa atılan kimi Sergey Avanesovun və erməni strateji mərkəzlərinin Quzey Qafqazdakı şəbəkələri dərhal bu yöndə hərəkətə keçdilər. “Avarıstan” və “Ləzgistan” ideyalarının gündəmə gətirilməsi və bu prosesin dərinləşdirilməsinə başlanıldı. Dövlət bağımsızlığını əldə etməyə çalışan Azərbaycan faktiki olaraq bir neçə cəbhədə savaş aparmağa məcbur edildi. Lakların “Qazi Kumlak Milli Hərəkatı” (lideri Nadirşah Xaçalayev), “Ləzgi Xalq Partiyası” (lideri Fəxrəddin Aydayev), “Avarıstan Hərəkatı” (liderləri Əli Ansinxski və Hacı Maxaçev) birgə hərəkətə keçmişdilər. Son illərdə bu yöndə Azərbaycana qarşı daha çox sərt və aqressiv siyasəti “Güney Dağıstan” projesidir. Avanesov tərəfindən hazırlanan “Ləzgidilli xalqlar projesi” çərçivəsində Dərbəndin ələ keçirilməsinə geniş miqyasda önəm verilir. İmam Yarəliyev bunun üçün Dərbəndin meri seçilmişdir. Onun sayəsində şəhərdə Azərbaycan türkləri bütün mühüm vəzifələrdən uzaqlaşdırılmış, bunun ardınca səssiz deportasiya, Türkün tarixi və mədəni irsinin ləğv edilməsi yönündə bir sıra addımlar atılmaqdadır. Dərbənddə olduğumuz zaman yerli aydınlar, jurnalistlər açıq şəkildə bizə bildirdilər ki, bütün bunlara Azərbaycan tərəfindən də bir sıra məmurlar dəstək verməyə başlamışlar. Onların arasında iki mühüm simanın, bir nazirin və Müdafiə Nazirliyi baş qərargah rəisi Nəcməddin Sadıqovun adları vurğulanır.
İmam Yarəliyev və Sergey Məlikov
Əslən ləzgilərə məxsus Süleyman Stalski rayonunda doğulmuş, Dərbənd şəhərinin meri vəzifəsində çalışan İmam Yarəliyev və Rusiya prezidentinin Quzey Qafqaz üzrə xüsusi nümayəndəliyinin başçısı təyin edilmiş, ləzgilərə məxsus Qasımkənd rayonundan olan Sergey Məlikov “Güney Dağıstan”, yəni “Ləzgistan” ideyasının güclənməsi üçün son bir ildə daha da aktivləşmişlər.
Dərbənddə Yarəliyevin nə qədər gülünc vəziyyətdə olduğuna ironik tərzdə yanaşılır. Əhalinin fikrincə, Yarəliyev necə merdir ki, Gün Küçə, Bayat Qapı, Şeyx Salah, Çartəpə və başqa qədim məhəllə adlarını belə bilmir. O, bir yandan Dərbəndi xarabazar qoyur, digər yandan “Rıçal Su” şirkətinin sahibi kimi Azərbaycanın sayəsində milyonlar qazanır. Yarəliyev Dərbəndin yeni planı adı ilə qədim türk məzarlıqlarının izini itirmək üçün bütün gücünü səfərbər etmişdir. Halbuki Qafqazda türkün ən qədim izlərini təsdiq edən bu “Balbal” məzarlıqlarına toplu şəklində digər bölgələrdə rast gəlinməz. “Balbal” qəbirlərinin daş plitələr şəklində olması, forması və memarlıq baxımından qədim mədəni irsin yadigarı kimi çox mühüm dəyəri var. Bu qəbirlər Gök Tanrı inanc kultunun Türk-İslam mədəniyyəti ilə uzlaşdırılmış forma və məzmunu baxımından dünyada nadir abidələr sayılır. Buradakı daş sənduqələr isə adi məzar deyil, övliyaların ruhunun min illərdir qorunub saxlanılması, türkün mədəni irsinin yadigarı kimi çox dəyərlidir. Əslində bu məzarlıqlar abadlaşdırılmalı və beləcə, qədim mədəni irsin nə qədər dəyərli olduğunu qorumaq lazımdır. İmam Yarəliyev, Nəcməddin Sadıqov və Sergey Məlikov kimilər mədəni dəyər dedikdə öz ciblərini düşünməklə yanaşı, həm də erməni strateqlərinin ideyalarının əsirinə çevrilmişlər. General Sergey Məlikovun bu vəzifəyə təyin olunmasından sonra Dərbənd ətrafında antitürk siyasəti demək olar ki, fəallaşdırılıb. Dağıstan prezidenti Ramazan Abdulatipov isə onların baş ruporuna çevrilib.
Növbəti hücum planı “Qırxlar Piri”
Türk Dünyasında “Qırxlar” adı ən qutsal dəyərlərdən biridir. Bunun islam dini, ərəb, nə də farslarla heç bir ilgisi yoxdur. Qazax türklərində “Kırkkız” və Altay türklərində “Kırklar Eli” eposlar, Qırğız türklərində “Kırklar Jurtu” (Yurdu) və Karaçay türklərində “Kırklar Tukumu” (Boyu) əfsanələri, Qarakilsədə (Sisyan) “Qırxlar Piri”, Qobustanda “Qırxlar Baba”, Dərbənddə “Qırxlar Piri” və bu yöndə çoxlu örnəklər çəkmək olar. Qırxlar adı ilə tanınan yerlərin hər biri ancaq türk boyları üçün qutsal sayılır. Çox maraqlı görünən baxışlardan biri kimi bu gün də Gök Tanrı, xristian və islam inanclı türk boyları Qırxlar adı ilə bilinən bütün ibadətgahlara çox mühüm abidə kimi tapınırlar.
Dərbənddəki “Qırxlar Piri”nin tamamilə məhv edilməsi Nəcməddin Sadıqov, İmam Yarəliyev və Sergey Məlikov kimilərinin hədəfinə çevrilməsinin əsas səbəbi buranın landştafı və relyefinə uyğun olan bənzərsizliyidir. Çünki “Qırxlar Piri” üzərindən Xəzər dənizinə açılan panoram, iqlimin insan ruhuna gətirdiyi sağlamlıq və hava axınıdır. Bunun ardında duran mistik inanc kultunun əsas səbəbi isə türk tarixində əcdadlarımızın ən qutsal yerlərdə kurqan kultuna uyğun tərzdə pirlərin inşa edilməsi inancları olmuşdur. Qoca Dərbəndimizi 2500 ildir bir şəhər kimi qoruyan dəyərlər məhz bu inanca bağlı olmuşdur.
Qatı türk düşmənçiliyi siyasəti aparan Dağıstan prezidenti Ramazan Abdulatipovun ən yaxın silahdaşı, baş nazir Abdusəməd Həmidov bu yaxınlarda açıq şəkildə bildirmişdir: “Dərbənddəki Nizami Gəncəvi Pakının yerində Olimpiya Mərkəzi inşa edilməlidir”. Rusiya Mədəniyyət Nazirliyi Quzey Qafqaz İdarəsinin rəisi Tatyana Seledtsova da A.Həmidovun ideyasını dolayı yolla müdafiə etmişdir. Bütün bunlar azmış kimi, Nəcməddin Sadıqov və İmam Yarəliyev bölgədə yaşayan Azərbaycan türklərinə qarşı sələfiləri (vəhhabi) hərəkətə keçirmişlər. Sələfilər açıq şəkildə bildirirlər: “Qırxlar Piri şeytan və iblislərin inanc mərkəzi və ibadət ruhunun ideya mənbəyidir. Belə yerlər şəriət qanunlarına görə tamamilə dağdılmalıdır”. Onlar burada restoranların, gecə barları, hotellər və diskotekaların tikilməsi məsələsini “susqunluq”la qarşılayırlar.
İmam Yarəliyevin hoqqası
O, bildirir ki, Dərbənddə Heydər Əliyevin adına prospektin salınmasının qarşılığında “Nizami Gəncəvi Parkı” və onun ətrafındakı məzarlıqlar tamamilə məhv edilməlidir. Beləcə, ikibaşlı oyun oynamaqla Azərbaycan hakimiyyətini fakt qarşısında qoymağı hədəf seçmişdir. Çünki sabah istənilən küçənin adını dəyişmək çox asan olsa da, tarixi abidələrin məhvindən sonra onları bərpa etmək qeyri mümkün olacaq. Buna görə də şəhəri məqsədli şəkildə zibilxanaya çevirməklə strateji hədəflərini gerçəkləşdirməyə çalışır. Halbuki 2014-cü il boyunca Dərbəndin 2500 illiyi müasibəti ilə YUNESCO səviyyəsində dünyanın mədəni mərkəzlərindən biri olaraq törənlər keçirilməliydi. Bu törənlər Azərbaycan və Dağıstanın tarixi baxımdan mehriban qonuşuluq və dostluq münasibətlərinə böyük töhfə ola bilərdi. İmam Yarəliyev və onun partnyorları Qafqazda ən qədim sivilizasiyaya malik şəhər mədəniyyətinin irsini beləcə unutqanlığa çevirdilər. Dərbənd, beləcə, yağıların strateji hədəfi olaraq məmurlar tərəfindən yağmalanmaq kimi acı bir tale ilə üz-üzə qalıb.
Ənvər BÖRÜSOY, Bakı-Dərbənd-Bakı \\ tezadlar.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp ilk müharibəni elan etdi – Bakını maraqlandıran proses başlayır
Bu gün, 15:36 |
|
|
|
• Bütün prezidentlərimiz bunu tanıyıb, Qarabağ... – Melkonyan
Bu gün, 15:35 |
|
|
|
• Səfirliyimizə hücum: İran terrorçu ilə bağlı qərar verdi - DETALLAR
Bu gün, 15:31 |
|
|
|
• “”Blue city” məndən qanunsuz pul tələb edir, evimin açarlarını vermir” – Abşeron sakini NARAZILIQ EDİR
Bu gün, 15:27 |
|
|
|
• BOKT “İnkişaf üçün Maliyyə”nin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 15:24 |
|
|
|
• "Məsələni ictimailəşdirmişdim" - VİDEO
Bu gün, 15:18 |
|
|
|
• 4 milyona görə 9 il cəza istədi - “İnstapower” İŞİ
Bu gün, 15:15 |
|
|
|
• Ov mövsümü açıq elan edilib
Bu gün, 15:12 |
|
|
|
• Azay Quliyev ATƏT PA-nın iclasına qatılacaq
Bu gün, 15:09 |
|
|
|
• Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Bu gün, 15:04 |
|
|
|
• Əliyevlə görüşdən qaçdı - Yayınmaq üçün bu yola əl atdı
Bu gün, 14:37 |
|
|
|
• Paşinyanın deputatından sayıqlama - "Qarabağı ruslar təslim edib"
Bu gün, 14:33 |
|
|
|
• Vüsal Aslanovun siftəsi pozuldu: - tender ləğv olundu
Bu gün, 14:02 |
|
|
|
• Pensiya yaşının artırılması məntiqsizliyi... - NƏ ETMƏLİ?
Bu gün, 14:00 |
|
|
|
• ABŞ Ermənistana dövlət yardımlarını dayandıracaq - ÇÜNKİ...
Bu gün, 13:58 |
|
|
|
• MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09 |
|
|
|
• Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07 |
|
|
|
• İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02 |
|
|
|
• Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00 |
|
|
|
• Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54 |
|
|
|
• İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51 |
|
|
|
• Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50 |
|
|
|
• "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48 |
|
|
|
• Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43 |
|
|
|
• Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35 |
|
|
|
• “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34 |
|
|
|
• Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27 |
|
|
|
• Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25 |
|
|
|
• “Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23 |
|
|
|
• ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17 |
|
|
|
• Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10 |
|
|
|
• Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03 |
|
|
|
• "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59 |
|
|
|
• Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55 |
|
|
|
• Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51 |
|
|
|
• Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45 |
|
|
|
• Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41 |
|
|
|
• "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33 |
|
|
|
• Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
• Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28 |
|
|
|
• İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25 |
|
|
|
• Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05 |
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
|