Mərhum deputatın qardaşına aid şirkət şəhid ailələrinə QARŞI... - NARAZILIQ VAR!
Tarix: 28-09-2023, 08:51 | Çap et
 Moderator.az redaksiyasına Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisindəki Gənclər şəhərciyində 20 saylı binanın 5-6-cı mərtəbələrində yaşayan şəhid ailələri adından şikayət daxil olub. Şikayətdə bildirilir ki, bina neçə illərdir tikilsə də, müəyyən qurumların bürokratik əngəlləri və maraqları ucbatından qazla təmin olunmur. Dəfələrlə müxtəlif qurumlara şikayət edilsə də, heç bir tədbir görülmür. Bu günlərdə isə binanın bir neçə sakininin müraciət etdiyi “Qayalı-2016” adlı podratçı şirkət qazın çəkilməsi üçün binadakı hər ailədən, hətta şəhid ailələrindən də adambaşı 285 AZN pul vəsaiti tələb edib. Məlum olub ki, binanın tikintisini və istismara verilməsini həyata keçirmiş və məhz elə dərhal(“!) da qazlaşdırmağa borclu olan “Dərhal” MTK-nin rəhbəri 2 il əvvəl həbsxanada vəfat edən və mandatını qumara uduzmaqla və digər cinayət işləri ilə yadda qalan sabiq deputat Rəfael Cəbrayılovun qardaşı Cəbrayılov Elşən Kamil oğludur. Şəhid ailələrinin şikayəti ilə bağlı müraciət etdiyimiz “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev təmsil etdiyi qurumun sözügedən binanın qazlaşdırılmaması problemində heç bir rolunun olmadığını bildirdi: “Biz Mehdiabaddakı gənclər şəhərciyində yerləşən və şəhid ailələrinin də yaşadığı 20 saylı binanın qaz problemi haqda dəfələrlə danışmışıq, mətbuat konfranslarında da demişik. Qeyd edim ki, həmin şəhərcikdəki binaların bəzisində qazlaşma var, bəzisində yoxdur. Bəhs edilən 20 saylı binanı istismara vermiş MTK-nın qazlaşdırılan binalara görə “Azəriqaz”a külli miqdarda debitor borcu var. Biz həmin qurum rəhbərliyindən dəfələrlə tələb etmişik ki, borcunuzu ödəyin ki, binaların problemi həll edilsin. Və əslində MTK-ların qazlaşdırma işini “Azəriqaz” həyata keçirmir. MTK-lar binalara xüsusi podratçı şirkətlər vasitəsi ilə qazlaşdırmağı razılaşdırır və bundan sonra “Azəriqaz”a müraciət edir. “Azəriqaz” isə Fövqəladə Hallar Nazirliyi və digər aidiyyatı qurumlarla bir yerdə hər bir binada istismara qəbul prosesini həyata keçirir, parametr və planların binanın qazlaşmasına uyğun gəldiyinə əmin olduqdan sonra sayğacları ödənişsiz olaraq quraşdırır və podratçı şirkətlər binanı qazla təmin edir. Mövcud qayda budur. Ancaq Mehdiabaddakı bəhs edilən bina hər şeyi “Azəriqaz”ın üzərinə atır. Halbuki, biz “Azəriqaz” olaraq MTK-lara qaz çəkmirik, qaz çəkilişini podratçı şirkətlər həyata keçirir. “Azəriqaz” hətta ümumi qazlaşmadan kənarda olan fərdi evlərin qazlaşmasını da icra edə bilməz. Bir sözlə, bütün qaz çəkilişləri işlərini Energetika Nazirliyinin lisenziya verdiyi 100-dən artıq podratçı şirkət icra edir. Biz sadəcə iş bitəndən sonra ödənişsiz olaraq texniki şərt veririk. Əhali kateqoriyası üçün bu, əvvəldən ödənişsizdir. Lakin artıq 3 ilə yaxındır ki, MTK-lara da qaz çəkilişi üçün texniki şərtlər ödənişsiz verilir. Bir sözlə, qaz çəkilişi ilə bağlı bizim üzərimizə nə düşürsə, biz hamısını ödənişsiz edirik. MTK-ların çoxu isə üzərlərinə düşən işləri icra etməmək üçün vətəndaşlarla “Azəriqaz"ı üz-üzə qoyurlar... “Azəriqaz” rəsmisi podratçı şirkətin qaz çəkilməsi üçün bəhs edilən binadakı ailələrdən, hətta şəhid ailələrindən 285 AZN pul istəməsi məsələsi ilə bağlı da fikrini bildirib. “Podratçı şirkətlər müstəqil təsərrüfat subyektləridir. Və “Azəriqaz” İstehsalat Birliyinin həmin şirkətlərin işinə heç bir mövzuda qarışmağa ixtiyarı yoxdur. Qaz çəkilişi zamanı vətəndaşlar podratçı şirkətlərlə xüsusi müqavilələr bağlayırlar və bank vasitəsi ilə qanuni şəkildə tələb olunan vəsaiti ödəyib işlərini gördürürlər. Yəni biz o sövdələşməyə qarışa bilmirik. Bunun “Azəriqaz”a aidiyyatı yoxdur. Vətəndaşlara tövsiyə edərdik ki, həmin binanın istismarına cavabdeh olan MTK-nın rəhbərliyindən podratçı şirkətlə danışıb- anlaşıb qazla təminatı həyata keçirməsini tələb etsinlər. “Azəriqaz” aid olan qeyd etdiyim qalan işləri isə biz tam pulsuz şəkildə həyata keçirəcəyik... Düzdü, istisna hal olaraq fərdi evlərdə yaşayan şəhid ailələrinin qazla təminatını və qaz təsərrüfatına aid digər problemlərin həllini “Azəriqaz” həyata keçirir. Amma binalara qaz çəkilişinə qanunla müdaxilə edə bilmirik”- deyə Eldəniz Vəliyev vurğulayıb. Qeyd: Materialda adları hallanan və əlaqə yarada bilmədiyimiz cavabdeh qurumların: “Dərhal” MMC və “Qayalı-2016” podratçı şirkəti rəhbərliyinin problemlə bağlı izahatlarını təqdim etməyə hazırıq. Ümid edirik ki, əlaqədar qurumların müdaxiləsi ilə, ən azı, hər birimizin borclu olduğu Şəhid ailələrinin xatirinə sözügedən binanın qazlaşdırma problemi tezliklə həllini tapacaq...


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Bu gün, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Bu gün, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Bu gün, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Bu gün, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Bu gün, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Bu gün, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Bu gün, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Bu gün, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19 |
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19 |
|
|
|
• İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16 |
|
|
|
• “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13 |
|
|
|
• İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08 |
|
|
|
• Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04 |
|
|
|
• Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00 |
|
|
|
• Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00 |
|
|
|
• “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05 |
|
|
|
• 60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54 |
|
|
|
• “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52 |
|
|
|
• Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46 |
|
|
|
• "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45 |
|
|
|
• AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35 |
|
|
|
• "İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31 |
|
|
|
• “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30 |
|
|
|
• Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21 |
|
|
|
• Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14 |
|
|
|
• “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11 |
|
|
|
• “Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07 |
|
|
|
• "Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05 |
|
|
|
• “Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04 |
|
|
|
|