Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi .....                     1,2 milyon vergi borcu olan şirkət kimindir? .....                     "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" .....                     Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU .....                     Azərbaycanda nazir koronovirusa yoluxdu .....                     Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib .....                     Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb .....                     Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir .....                     Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq .....                     AAYDA-da nə baş verir? .....                     AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? .....                     Hamı Türkiyədə Putinlə görüşə hazırdır .....                     “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib .....                     “Ərimin səhvi də düzdür” .....                     Türkiyənin təklifinin alternativi müharibədir .....                     “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, .....                     Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik .....                     Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... .....                     Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır .....                     Kreml Köçəryanı “qurban verir” .....                     Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır .....                     PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır .....                     Yer kürəsinə ən yaxın planet açıqlandı .....                     Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər .....                     Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? .....                     "Qələt edir" .....                     Azərbaycanın yeni hərbi prokuroru kimdir? .....                     Generalı nazir əvəzlədi .....                     Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb .....                     Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib .....                     Küçədə döyülərək öldürülən məktəblinin .....                     Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu .....                     “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” .....                     Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib .....                     "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub .....                     İmişlidəki qalmaqala deputatdan REAKSİYA .....                     “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir .....                     İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI .....                     Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                 

Nazir fermerlərin halına yanmasa... - "Güzəştli kredit almaq aylarla vaxt aparır"
Tarix: 10-08-2023, 11:41 | Çap et
Nazir fermerlərin halına yanmasa...
Rəsmi məlumatlara görə, Azərbaycanın ev təsərrüfatlarında son illər iribuynuzlu mal-qara azalmaqdadır. Yerli fermerlər bunu müxtəlif problemlərlə izah edirlər.

"Sovet dövründə..."
Astara rayonunun Seləkəran kənd sakini, sahibkar Mikayıl Əhmədov deyir ki, 10 il əvvəl həyətində 30-40 baş iribuynuzlu mal-qara, 20-30 baş qoyun saxlayıb. Əlavə etməsinə görə, indi 10 baş inəyi və üç-dörd baş camışı çətinliklə saxlayır: "Sovet dövründə mal-qara saxlamaq rahat idi. Sovxoz öz məhsulunu toplayandan sonra əkin sahələrini mal-qaranın üzünə açırdı. Növbəti əkinə qədər mal-qara oradan qidalanırdı. İndi örüş yerləri yoxdur, zəbt ediblər. Mal-qaranı indi yemləndirmək çətindir. Kimin 30-40 hektar torpağı varsa, ona mal-qara saxlamaq sərf edir. Belələri azdır".

"...1 manata alırdıq, indi olub 5 manat 50 qəpiyə"
Sahibkar deyir ki, ölkədə gedən bahalaşma heyvandarlıq təsərrüfatlarına mənfi təsir göstərir. Onun deməsinə görə, yem bazarında da qiymətlər durmadan artır: "18-20 kiloqramlıq kəpəyin bir kisəsini əvvəllər 1 manata alırdıq, indi olub 5 manat 50 qəpiyə. Arpanın bir kiloqramını alırdım 10-15 qəpiyə, indi alıram 40-50 qəpiyə. İki il bir baş heyvana qulluq edirəm, 120-130 kiloqram ət verir. Bu il 2 min 500 manat pul verib min bağlama ot almışam. Qazanc cüzidir. Bütün işlər əl əməyinə əsaslanır".

"Burada satılan mal-qara dərmanları da keyfiyyətsizdir..."
Əhmədovun sözlərinə görə, xəstə heyvanın müalicəsi də əlçatmaz olub. Onun fikrincə, mal-qara üçün nəzərdə tutulmuş dərmanlar ucuz satılmalıdır: "Baytarlıq xidməti pulludur. Yaxşı baytar həkim tapmaq da çətindir. Bir heyvanın müalicəsinə ildə 50-60 manat pul xərclənir. Xəstələnib ölən malım çox olub. Dövlət ölmüş malı kompensasiya edə bilər. Bəzi ölkədə belədir, malı xəstəlikdən ölsə, pulunu dövlət verir. İranda bir dərmanın qiyməti 10 qəpikdirsə, burada 10 manatdır. Burda satılan mal-qara dərmanları da keyfiyyətsizdir...".

O deyir ki, şəxsi təsərrüfatlarda inəklərin sayı sürətlə azalır: "Qəssablar mal üçün evbəev gəzirlər. Yoxdur. Qonşu rayonlarda da vəziyyət eynidir. Heyvandarlıqda qazanc az olduğundan gənclər bu işlə məşğul olmurlar. Fikirləşirəm, çıxış yolu tapa bilmirəm. Səhər saat 4-də, 5-də dururam, axşam saat 10-na kimi mal-qara ilə məşğul oluram. Heç nəyə vaxt qalmır".

"Güzəştli kredit almaq aylarla vaxt aparır"
Əhmədov onu da deyir ki, kənddə mal-qara saxlayanların sayı son 10 ildə yeddi-səkkiz dəfə azalıb: "Kəndimizdə torpaq əkənlərin və mal-qara saxlayanların sayı ildən-ilə azalır. Bir-iki baş inək saxlamaq sürünmək deməkdir. İnək saxlayır, südünü satır ki, balaları ac qalmasın. Özləri süd içmirlər. Kəndə yaşayanların vəziyyəti yaxşı deyil. Hansı ailədə pensioner varsa, çörək ala bilir. 200-300 manat pensiya ilə necə dolanmaq olar?! Kəndə 10 baş inək saxlayanları barmaqla saymaq olar. Halbuki, 10 il bundan əvvəl onların sayı 10-25 nəfər idi".

Sahibkar ona hökumətdən heç bir kömək göstərilmədiyini deyir: "Ehtiyacım olanda bankdan faizlə 10 min manat götürürəm, işimi yola verirəm. Yem alıram, heyvanların sayını artırıram. Kənd təsərrüfatında güzəştli kredit var. Şərtləri ağır olduğu üçün götürə bilmirəm. Məsələn, mənə bir-iki günə pul lazım olur. Güzəştli kredit almaq üçün aylarla vaxt sərf olunur. Hökumətdən zərrə qədər kömək görməmişəm".

"...Kəndlərin boşalmasına səbəb olur"
Onun deməsinə görə, kənd təsərrüfatında olan problemlərin həll edilməməsi kəndlərdə işsizlərin sayının artmasına və kəndlərin boşalmasına səbəb olur: "Rayonda, kəndlərdə işsizlikdir. Heyvandarlığın hesabına yaşayırıq. Ailə tanıyıram, nə torpaq əkə bilir, nə də mal saxlaya bilir. Pulu yoxdur. Kömək edən də yoxdur. Sərhəd qapılarının açılmasını gözləyirlər ki, kənddən çıxıb getsinlər. Kəndlərdə sönük həyat var".

2020-ci ilin yazından koronavirus pandemiyası ilə bağlı Azərbaycanın qonşu ölkələrlə quru sərhədində gediş-gəliş məhdudlaşdırılıb.

"Baxmasalar, bizə müraciət etsinlər, kömək edək"
Astara rayon Kənd Təsərrüfatı İdarəsinin müdiri Etibar Abbasov isə deyir ki, mal-qaranın sayında azalma cüzidir: "Yemin bahalaşması ilə bağlıdır. Heyvandarlıqla məşğul olanlara subsidiya verilmir. Amma süni mayalanma olan inəklərin sahiblərinə hər doğulan buzova görə 100 manat yardım edilir. Əkiz doğulsa, 200 manat. Kənd təsərrüfatı ilə bağlı güzəştli kreditlər var. Lazım olan sənədlər toplanıb təhvil verilməlidir. Komissiya gəlib təsərrüfata baxır. Qeydiyyata düşmək lazımdır. Baxmasalar, bizə müraciət etsinlər, kömək edək. Müraciət edəndən sonra bir həftə ərzində cavab verilməlidir".

Üstəlik, o vurğulayır ki, peyvəndlər pulsuzdur: "Baytarlıq xidməti pulludur, lakin qarayara, dabaq, brusellyoz peyvəndləri pulsuzdur".

AzadlıqRadiosu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00
1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58
"Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29
Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26
Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21
Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02
Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58
AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11
AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10
Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06
“Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05
“Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03
Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02
“Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00
Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58
Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54
Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49
Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45
Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42
PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41
Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34
Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33
"Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29
Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27
Generalı nazir əvəzlədi
Dünən, 17:23
Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21
Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19
Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21
Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54
“Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50
Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48
"Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 15:19
İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Dünən, 15:16
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Dünən, 15:13
İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Dünən, 15:08
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Dünən, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Dünən, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Dünən, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Dünən, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Dünən, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Dünən, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Dünən, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Dünən, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Dünən, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Dünən, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Dünən, 12:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru