"Niyə bizimlə maraqlanan, problemlərimizi həll etməli olan məmurlar irəli durmur?" - Prezidentə müraciət olundu
Tarix: 1-08-2023, 08:33 | Çap et
 "Təzadlar"ın redaksiyasına Masallı rayonunun Təklə kəndinin əhalisi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlı müraciət daxil olub.
Müraciətdə deyilir:
"Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyiniz altında respublikamızda genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Amma çox təəssüflər olsun ki, bizim yaşadığımız Masallı rayonunun Тəklə kəndi bu inkişafdan кənarda qalıb, bu səbəbdən də sakinlər çətinliklər içərisində boğulurlar.
Kəndimizin bir sıra vacib problemləri var ki, bu günə qədər həll edilmir. Bu barədə dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, lakin vədlər verilsə də, problemlər həll olunmayıb. Ona görə də biz məcburiyyət qarşısında qalıb Sizə müraciət etmək qərarına gəldik ki, bizə bu məsələdə köməklik göstərəsiniz.
Nəzərinizə çatdıraq ki, kəndimizə giriş üçün bir əsas yol var ki, o da Viləş çayından gələn qolun üzərindən keçir. Uzun illərdir kəndin camaatı bu yoldan ancaq piyada keçidi kimi istifadə edir və bura maşınların girişi mümkünsüzdür. Həmin çayın üzərindən keçən кöгрü elə camaatın köməkliyi ilə salınıb və taxta parçalarından ibarətdir. Biz bu yolun bərpası üçün icra nümayəndəliyinə dəfələrlə müraciət etmişik, amma heç bir tədbir görülməyib. Ulu Öndərimiz demişdi ki, "Yol – mədəniyyətdir”. Amma çox təəssüflər olsun ki, biz bu mədəniyyətdən uzaq bir kənddə yaşamaq məcburiyyətindəyik. Bu yolun avtomobil üçün keçilməz olması təcili yardım, yanğınsöndürən və digər təxirəsalınmaz texnikanın kəndə daxil olmasını mümkünsüz edir. Bundan başqa, kənddaxili yollar da bərbad vəziyyətdədir, torpaq üzərinə heç bir örtük təbəqəsi çəkilmədiyi üçün yağış, qar yağanda keçilməz olur. Sakinlər bu yolla hərəkət edəndə çox çətinliklər çəkir. 2015 və 2022-ci illərdə bu kəndə gələn sel bir çox təsərrüfata, evlərə ziyan vurdu, əhali kənddən FHN tərəfindən qayıqlarla çıxarıldı, amma bu ziyan hələ də bərpa olunmayıb. Çayın içərisi təmizlənməyib, 2020-ci ildən bəri işlər yarımçıq qalıb.
Qeyd edək ki, kəndimizdə işıqla da bağlı problemlər var. 2016-ci ilda kabelləşmə işləri aparılıb, 50 ailənin yaşadığı kəndin cənub hissəsində yeri müəyyən olunsa da, transformator qoyulmayıb. Hal-hazırda istifadə olunan transformatorla bu ərazinin arasındakı məsafə 2500-3000 metrdir. İstifadə olunan transformator əhalinin təlabatını ödəmədiyi üçün gərginlik az olur, elektrik cihazlarından istifadə edə bilmirik. Bu səbəbdən də həmin cihazlar tez-tez sıradan çıxır. Məsələ ilə bağlı Masallı Elektrikşəbəkəsinin rəisi Samir Hüseynova da müraciət etmişik, amma nə fayda? Bu qədər sakinin problemləri nəzərə alınmır, insanları çarəsiz duruma gətirirlər.
Möhtərəm cənab Prezident!
Kəndimizin digər problemi isə təbii qazla bağlıdır. Müəyyən ərazilərə qaz xətti çəkilsə də, bir çoxlarımızın evinə qaz sayğacı qoyulmayıb, bunun üçün pul tələb olunur. Bu səbəbdən də qışda kəndin əhalisi istilik baxımından çətinlik çəkir. Meşələrdən odun əldə edə bilmərik, çünki bu, ekologiya üçün vacibdir və ağacların kəsilməsi inzibati məsuliyyət yaradır. Bəs belə vəziyyətdə bu qədər ahali - əsasən də uşaq və yaşlı insanlar nə etməlidir?! Niyə bizimlə maraqlanan, problemlərimizi həll etməli olan məmurlar irəli durmur?
Möhtərəm cənab Prezident!
Sizə müraciət edərək, kəndimizin əhalisi adından xahiş edirik ki, sadalanan məsələlərin həllində bizə köməklik edəsiniz və bu problemlərin aradan qaldırılması üçün aidiyyəti üzrə göstəriş verəsiniz.
Kəndin əhalisi adından:
Həsənov Həsən Hüseyn oğlu".
Məsələ ilə bağlı aidiyyəti qurumların da mövqeyini dərc etməyə hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Bu gün, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Bu gün, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Bu gün, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Bu gün, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Bu gün, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Bu gün, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Bu gün, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Bu gün, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Bu gün, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Bu gün, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Bu gün, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Bu gün, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Bu gün, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Bu gün, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Bu gün, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Bu gün, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Bu gün, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Bu gün, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Bu gün, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Bu gün, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Bu gün, 17:19 |
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Bu gün, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Bu gün, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycan Dəmir Yolları"nda yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:19 |
|
|
|
• İmişlidəki qalmaqala deputatdan REAKSİYA - DEPUTAT DANIŞDI
Bu gün, 15:16 |
|
|
|
• “Kür” Olimpiya Tədris-İdman Mərkəzində nə kimi qanunsuzluqlara yol verilir - İLGİNC FAKTLAR...
Bu gün, 15:13 |
|
|
|
• İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
Bu gün, 15:08 |
|
|
|
• Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04 |
|
|
|
• Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00 |
|
|
|
• Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00 |
|
|
|
• “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58 |
|
|
|
• Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05 |
|
|
|
• 60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54 |
|
|
|
• “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52 |
|
|
|
• Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46 |
|
|
|
• "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45 |
|
|
|
• AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35 |
|
|
|
• "İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31 |
|
|
|
• “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30 |
|
|
|
• Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21 |
|
|
|
• Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14 |
|
|
|
• “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11 |
|
|
|
|