Diplomatiyamızda yersiz qadın zərifliyi... - BİZƏ LAZIMDIRMI?
Tarix: 20-04-2022, 10:37 | Çap et
Köhnə tanışlarımdan biri ilə rastlaşıram, ilk sözü nə olsa yaxşıdır? – Hə, Firuz kişi, indi səni təbrik eləmək olar, sən deyənlər hasil oldu!
- Nə hasil oldu?
- Daha nə olacaq ki, “boz kardinal” Ramiz Mehdiyev o məsələ, şərəfsiz hakimlərin hökmləri ilə səni dilənçi gününə salan Elmira Axundovanın pişiyini divara dırmaşdırıblar...
- Ey mənim köhnə aşnam, Ramiz Mehdiyev istədiyini edib, qohum-əqrəbasını, cici-bacılarını da dünya malından elə sirab edib ki, ruzi-qiyamətə qədər bəsləridi. Elmira Axundovaya da dəyib toxunmayacaqlar, çağırıb ya nazir qoyacaqlar, ya da komitə sədri.
- Axı bu mümkün deyil!
- Niyə mümkün deyil? Dörd-beş dılqır icra başçısı tutulubsa, bu o demək deyildir ki, haqq-ədalət öz yerini tutub. Orta əsrlərin Azərbaycan hökmdarlarının yuxularına belə girməmiş kaşanələr ucaltmış hansı vəzifəli quldurun biri dar ağacı altına göndərilib? Heç biri! Oqtay Əsədovdan tutmuş Ziya Məmmədova kimi ağaların birisindən indiyə qədər cah-cəlallı imarətlərin nəyin hesabına tikdiklərini soruşan olubmu?
Elə bu əsnada qonşunun oğlu “Yeni Müsavat” qəzetinin 13 aprel tarixli nüsxəsini gətirir(Yerimək son vaxtlar mənim üçün çətin olduğu üçün qonşular bəzi işlərdə mənə əl tuturlar). Müsahibimdən üzr istəyib tələsik qəzeti gözdən keçirirəm. “Kiyevdən qaçan səfirin oğlu Türkiyədə kef edir”. Bəh-bəh, varam belə xəbərə! Diqqətlə oxuyuram, mənim üçün burada təzə heç nə yoxdur. Məqalədə müəllif Elmira Axundovanın oğlunun dar ayaqda qalan soydaşlarımıza sanki gözdağı verməsini xüsusi qeyd edir.
Xeyr, ümumiyyətlə son üç ildə bu ana-bala dövlətçiliyə sadiq olan bütün namuslu insanlara üç barmağın kombinasiyasını göstəriblər. Şəxsən mən həyatımda belə rəzalətlə üzləşməmişdim. Camaatın həm pulları əlindən çıxmışdı, həm də həyasızcasına hədələnirdilər. Öz əlaltılarını məsuliyyətdən xilas etmək xatirinə Ramiz Mehdiyev əlindən gələni etdi. Neçə-neçə məhkəmə iclası oldu, cinayəti, fırıldağı görmək istəməyən şərəfsiz hakimlər zərərçəkənləri, onları müdafiə edənləri məhşər ayağına çəkdilər. Siz Elmira xanımı təhqir etmişiniz, ona görə də həm cərimə ödəməlisiniz, həm də üzr istəməlisiniz.
Zavallı Fərman Məmmədovun həm 250 min manat pulu batdı, həm də on min manat da cərimələndi, guya şikayətində təhqirə yol verib. Məni isə düz 20 ay qocalıq təqaüdümdən mərhum edib, ayda 90 manatla dolanmağa məcbur etdilər. Bir az keçmiş bir cərimə də gəldi, mən guya Elmira xanımın harın balasının şəstinə toxunmuşam, ona görə on min manat da verməliyəm. Onlarla şikayətimizə, müraciətimizə cavab gəlməyəndə, artıq kimin bu işin arxasında durması bilindi. İndi bütün çirkin əməllər üzə çıxandan sonra Elmira Axundovanın hər əmrinə müntəzir durmuş şərəfsiz hakimlər hansı üzlə camaat arasına çıxırlar? Dərmana, normal dolanmağa da pul tapmayan 84 yaşlı, neçə-neçə infarkt almış Firuz Haşımov, kef xatirinə Londondan vurub Dubaydan çıxan bir harına on min manat verməli idi. Ramiz Mehdiyevin göstərişi olmasaydı heç kim belə binamus hökm çıxarmazdı. Rəqibi divara qısnayıb çərlətmək, şəxsiyyəti barədə murdar şayiələr yaymaq, bütün qapıları üzünə bağlamaq, xülasə birdəfəlik müqavimətini qırmaq – Ramiz Mehdiyev güruhunun əsas mənfur fəndləri idi(Şəxsən mən rəhmətlik Sirusun öz əcəli ilə ölməsinə qətiyyən inanmıram. Ulu Öndər Heydər Əliyevin bu fanatik təbliğatçısı öz barışmazlığı ilə çoxuna mane olurdu). Məhz Əli Həsənovun qapı qulları mənim üçün də belə şayiə yaymışdılar, guya müxalifətə qarşı durduğuma görə ayda mənə az qala beş yüzdən min dollara qədər qonorar verirlər.
Səlib dünyasının total hücumuna qarşı durmaq, ordu qurmaq, ərazisinin az qala yarısı yerlə yeksan olmuş ölkəni dirçəltmək və s. bu kimi çətin işlərin öhdəsindən gəlmək dövlət başçısından titanik zəhmət tələb edir. Heç kimdən qorxmadan deyirəm, Prezidentin başının qarışmasından sui-istifadə edən Ramiz Mehdiyev bütün strukturlara öz adamlarını yerləşdirə bildi.
Hal-hazırda rüsvayçılıqla işdən qovulanlar, milyardları talayıb aradan çıxanlar, həbs edilən quldurlar – icra başçıları həmin “şaykanın” üzvləridirlər.
12 il ərzində Xətai rayonunun altını üstünə çevirmiş Razim Məmmədova da söz deyən tapılmadı. Sakinlər onu da, onu külli ixtiyar sahibi etmiş Ramiz Mehdiyevi də lənətləyirlər.
On minlərlə ağac kəsildi, satılmayan yer qalmadı və nəhayət hamını vahiməyə salan başqa bir amil! O bina qalmayıb ki, onun əsas daşıyıcı özülləri tar-mar edilməsin, hamısının altında kim nə istəyir eləyib. Təkcə mən yox, mütəxəssislər də Əhmədlidə binaların heç bir zəlzələyə davam gətirməyəcəyini deyirlər. Bu zinakarlığın baisləri istədikləri pulu yığıb aradan çıxıblar. Hamısı da məlumdur!
Vacib ricət
Ötən əsrin 30-cu illərində təyyarəçilər, şimal en dairəsində iş görənlər əsl qəhrəman sayılırdılar. Şimal qütbündə üç yoldaşı ilə elmi tədqiqatlar aparmış, yaxşı da nəticələr əldə etmiş Papaninin adı dillər əzbəri idi. Daha o mükafat qalmamışdı ki, ona verilməsin. Günlərin bir günü Papanin tam arxayınlıqla özünə böyük, yaraşıqlı bağ evi tikdirib, adlı-sanlı adamları qonaqlığa dəvət edir. Stalin də birdən təşrif gətirir və süfrə başına keçməmiş deyir: - Yoldaşlar, biz bu gün bu gözəl uşaq evinin açılmasını qeyd edəcəyik. Mən Papanin yoldaşa təşəkkür edirəm ki, göstəriş, əmr gözləmədən belə gözəl sarayı tikdirib, bu qəsəbənin yetim-yesirinə verib. Gəlin bu badələri təmiz vicdanlı Papanin yoldaşın sağlığına qaldıraq!
...Elə səhəri gün bu təmtəraqlı bağ evi yetim-yesirə verilir, orada yetimxana fəaliyyətə başlayır.
Azərbaycanda tikilmiş cah-cəlallı malikanə və qəsrlərin sayı-hesabı yoxdur. Onların sahiblərinin biri də sorğu-suala çəkilməyib. Kim bu sorğu-sualı aparmalıdır? Hüquq-mühafizə orqanlarında, Prezident Aparatında oturanlar? Bunların hamısı ellik zəmanətlə bir-birlərinə bağlı ünsürlərdir.
Rüsvayçılıq həddini aşanda, Prezident də işlərdən agah olub zəhmini göstərəndə bir-iki yırtıcı məhşər ayağına çəkilir. Az keçir, çox keçir, bir azdan hər şey unudulur, onu görürsən ki, beş-on gün orda-burda adı hallanmış lotu yenə də öz kefindədir.
Ömürlük Milli Məclisin “ev dəftərinə” yazılmış bizim alinəsəb Fazil Mustafa kimi elm dəryasının son çıxışı da diqqətimi çəkdi. Belə oğulun qayğıkeşliyinə Fatma xalası qurban, kişi az qalıb bütün saray, qəsr, dəbdəbəli malikanə sahiblərini məsum imam övladı hesab eləsin. Nə olar, burada böyük qəbahət yoxdur. Dərd odur ki, millətə nüsxəbəndlik etməyi xoşlayanlar unudurlar ki, son 30 ildə bizlərdə baş verənlərə dünyada analoq tapmaq olmur. Fikir verin, ölkə ağır məğlubiyyətlə üzləşir, gül kimi şəhərlər, kəndlər yerlə yeksan olur, ölən-itənin sayı bilinmir, gündə bir avantürist “fürerlik” fikrinə düşür. Yiyəsizlikdən istifadə edən vəzifə sahibləri, işbazlar bəhsə-bəhs yaraşıqlı villalar ucaldır, xaricə sərvət ötürür. Milli Məclisdə isə bir kişi tapılmır ki, mərd-mərdana barmaq tuşlayıb bir vələdüzinanın adını çəkərək rüsvay eləsin. Tavtologiya, çeynənmiş ibarələr, boş gəvəzələmə, ünvansız iradlar, artıq hamıda ikrah hissi oyadan süni məddahlıq – dil pəhləvanlarının əllərindən ancaq bu gəlir.
Bu günlərdə məlum olur ki, oğlu ilə birlikdə milyonlar, kifayət qədər də əmlak qamarlamış məşhur “diplomat” Elmira Axundova qeyb olub. Milli Məclisdə baş girləyən “vətənpərvərlər” bu qadının kim olduğunu bilmirdilər? Bilirdilər, lap yaxşı bilirdilər! Elmira Axundova bir neçə xaltura kitabı ilə özünə “Heydər Əliyevin bioqrafı” adını götürəndən sonra bir nəfərdə danışmağa cəsarət tapılmadı. Bu da aqibət, indi hünəriniz onun mülklərini müsadirə etdirin!
Firuz HAŞIMOV //hurriyyet.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda dövlət qurumu adını dəyişir
Dünən, 16:29 |
|
|
|
• Bir sıra dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib
Dünən, 16:17 |
|
|
|
• Quba Dövlət Sosial-İqtisadi Kollecində pul yığılır? - İTTİHAM VAR...
Dünən, 16:15 |
|
|
|
• Qəzadan sağ çıxan Zaqatala sakini DANIŞDI - "Arxa qapıdan tullandım"
Dünən, 16:11 |
|
|
|
• Ermənistan konstitusiyası dəyişərsə, sülh müqaviləsi imzalanacaqmı? - AÇIQLAMA
Dünən, 16:05 |
|
|
|
• Pezeşkian sabah Tacikistana səfər edəcək
Dünən, 16:01 |
|
|
|
• Valeh Əhmədova bu kanalda vəzifə verildi - FOTO
Dünən, 15:50 |
|
|
|
• Nahid Bağırov onunla bağlı ƏMR VERDİ
Dünən, 15:48 |
|
|
|
• Ağdamın bu iki kəndinin BİR DƏRDİ VAR... - "Sakinlər dövlətimizdən hər hansı yardım istəmirlər..."
Dünən, 15:44 |
|
|
|
• AYNA Sumqayıtdan Xırdalana gedənləri didərgin salıb - Marşrut əsassız ləğv edilib
Dünən, 15:38 |
|
|
|
• Bakının son tələbi masaya qoyuldu: - Yeni şərtlər belədir
Dünən, 15:31 |
|
|
|
• Tramp niyə Qrelandiyanı almağa can atır? - “Regnum”
Dünən, 15:29 |
|
|
|
• Azərbaycan klubu bu stadionu iranlı iş adamlarından aldı
Dünən, 15:28 |
|
|
|
|