Zaur Əliyev ayrılan vəsaitləri hara xərcləyir? - İTTİHAM VAR!
Tarix: 6-04-2022, 09:53 | Çap et
İcbari Tibbi Sığorta Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev Prezidentin ona həvalə etdiyi məsuliyyətli işin öhdəsindən nəinki gələ bilmir, bu sahədə zərrə qədər irəliləyişə nail olmayıb. Necə ki Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda, parklanmanın təşkilində yarıtmaz fəaliyyət göstərir, tamamilə iflasa uğrayıb, eləcə də tibbi sığortanın təşkili bərbad vəziyyətdədir, görüntü naminədir, sabun köpüyünə çevrilən bir imitasiya xarakteri daşıyır. Hərçənd artıq xeyli vaxtdır ki, icbari tibbi sığortanın tətbiqinə başlanıb, amma formallıqdan o yana keçmir. Faktiki heç bir xəstəxanada vətəndaş pulsuz müayinə oluna bilmir, yenə “dədə-baba qaydaları”, ənənəvi rüşvət mexanizmi, həkimə “hörmət”, analizlər, müayinələr, aparatların pullu olması qüvvədədir. Ona görə saxta görüntü yaradılıb, xəstəxanaların girişində bir qeydiyyat vitrini qoyulub, amma vətəndaşlar yenə sığortadan yararlana bilmirlər. TİA. Az məlumat verir ki, istənilən dövlətə aid tibb ocağına baş çəkməklə bu mənzərəni görmək mümkündür. İstər şəhər sakinləri, istər bölgələrdən paytaxta gələnlər icbari tibbi sığortadan istifadə edə bilmirlər. Bütün bunları Zaur Əliyev də yaxşı bilir, bilir ki, bu sahədə vəziyyət nə yerdədir, onu da bilir ki, bu müddətdə heç bir uğura imza atmayıb və nəticə yoxdur. Ona görə Agentliyin sədrinin fəaliyyəti tam fiaskodur və Prezidentin etimadını doğrulda bilməyib. Əslində, onun işindən kənarlaşdırılıb bu sahədə real addımları atacaq kadr gətirilməlidir. Çünki tibbi sığortanın tətbiqi haqda deyilən rəsmi məlumatlar hamısı ağ yalan və gözə kül üfürməkdən ibarətdir. Bu da ondan xəbər verir ki, Zaur Əliyev prezidentə yalan danışır. Agentliyin rəhbəri Zaur Əliyev həm də yarıtmaz, bərbad, bacarıqsız menecmentliyinə görə istefa ərizəsini yazmalıydı. Ona görə ki TƏBİB-in uğursuzluqlarının başında da Z.Əliyev dayanır. Əgər TƏBİB pandemiya ilə mübarizədə üz-gözünə bulaşdırdısa, Agentlik də tibbi sığortanın təşkilində eyni dərəcədə biabırçılığa imza atıb. Vətəndaşlar tibbi sığortanın imkanlarından faydalana bilmirlər, yenə ağxalatlıların cibinə pul basmaq, yenə “hörmət” qüvvədədir. O zaman tibbi sığorta kimlər üçün tətbiq olunub? Bundan kim yararlana bilir? Z.Əliyev ayrılan vəsaitləri hara xərcləyir? Əgər vətəndaş həkimə yenə pul verirsə, xəstəxananın girişində qoyulan qeydiyyat yerində iki nümayəndə formal olaraq pasientlərin ad-soyadını sistemə salıb yola verirsə, bunun harası tibbi sığorta oldu? Baş nazirin müavini Əli Əhmədov bildirmişdi ki, Agentliyin maliyyələşməsinin əsas yükü büdcənin üzərinə düşəcək. İndi vətəndaşlar bu imkandan istifadə edə bilmirsə, yenə həkimə rüşvət verilirsə, onda büdcə pulları hara axır, bu, talan, korrupsiya deyilmi? //tia.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04 |
|
|
|
• “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59 |
|
|
|
• “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53 |
|
|
|
• İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47 |
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
• Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25 |
|
|
|
• Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23 |
|
|
|
• Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18 |
|
|
|
• Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14 |
|
|
|
• Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13 |
|
|
|
• Baydenin erməni MİRASI – Qoca Co son günlərində də Ermənistanı düşünür...
Dünən, 17:04 |
|
|
|
• Hafiz Hacıyev yaddaşını itirib? - AÇIQLAMA
Dünən, 17:01 |
|
|
|
• Xırdalanda dözülməz vəziyyət - İcra hakimiyyəti sakinləri günahkar çıxardı
Dünən, 16:59 |
|
|
|
• Adnan Əhmədzadə Azərbaycanda bu klubun sponsoru olur
Dünən, 16:55 |
|
|
|
• Naxçıvanda daha bir idman federasiyası fəaliyyətini DAYANDIRDI
Dünən, 16:48 |
|
|
|
• Paşinyana alma atan vətəndaşın işi üzrə məhkəmə iclası başlayıb - KİV
Dünən, 16:44 |
|
|
|
• Çox hörmətli başçı nəyə və kimə arxalanır?! - HARINLIQ NÜMUNƏSİ...
Dünən, 16:42 |
|
|
|
• 26 nəfərə qarşı dələduzluq edən `general`ın cinayət işi - TƏFƏRRÜAT
Dünən, 16:36 |
|
|
|
|