“Kontakt Home“ mağazalar şəbəkəsi müştəriləri necə aldadır? - İTTİHAM
Tarix: 11-05-2018, 08:59 | Çap et
Ölkədə fəaliyyət göstərən əksər irili-xırdalı mağazalarda satışa çıxarılan malların keyfiyyəti şübhə doğurmaqdadır. Xüsusən, xarici istehsal olan məişət avadanlıqları bazarında qeyri-müəyyənlik hökm sürməkdədir. Üstəlik məhşur mağazalar müxtəlif şirnikləşdirici təkliflərlə müştəriləri aldatmaqla məşğuldir. Bakı şəhəri Badamdar qəsəbəsi 3-cü massiv ünvanında yaşayan Hüseynova Səkinə Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynova müraciət eedərək bildirib ki, 15.10.2016 tarixdə Nizami rayonu, Qara Qarayev prospekti ev 125 ünvanında yerləşən Kontakt Home dükanlar şəbəkəsindən kredit yolu ilə dəyəri 360 AZN olan "Fakir" markalı tozsoran alıb. 12 aylıq krediti 3 ay ərzində ödəyib. Lakin aldığı məhsul təqdim olunan keufiyyətə uyğun gəlməyərək tez bir zamanda sıradan çıxıb: "Müqavilə bağlamadan öncə, malı seçərkən satıcıdan tozsoranın yaxşı sorma qabiliyəti olmasının soruşduqda dedi ki, bu təmiz alman malıdır və yüksək keyfiyyətlidir. Satıcının sözlərinə inanıb müqaviləni imzalayıb 2 il zəmanət talonunu , tozsoranı və sənədləri götürüb getdim. Evdə işlək tozsoranım olduğu üçün, 1 aydan çox ondan istifadə etmədim. İlk istifadə zamanı tozsoranın son dərəcə zəif olduğu və tozu çox zəif sorduğunu görüb satıcının tərifinə ümid edərək yaxşı işləyəcəyini güman etdim. Tozsorandan 8 dəfə istifadə etdim və heç bir yenilik olmadı. Bundan sonra 05.12.2016 tarixdə dükana gedib, satıçıya etirazımı bildirdim. Tozsoranın təzəsi daha keyfiyyətlisi ilə dəyişdirilməsini və ya ödədiyim məbləğin qaytarılmasını xahiş etdim. Satıcı yenə tozsoranı təriflədi və qeyd etdi ki, arxadakı (filteri) süzgəci təmizləsəniz yaxşı işləyəcək. Satıcının sözünə inanıb süzgəci təmizləsəm də tozsarının keyfiyyətində dəyişiklik olmadı. Yenidən dükana gedib vəziyyəti danışdım. Əvvəlki xahişimi yenidən etdim. Satıcı mənim tələbimə məhəl qoymadan mənimlə kobud rəftar edərək malı servisə aparmağımı bildirdi". Beləliklə Səkinə Hüseynova 24.01.2017 tarixdə tozsoranı Atatürk prospekti 36A ünvanda yerləşən servisə aparıb təhvil verir. Servisdə tozsoranın çox zəif işlədiyini görüb təmir üçün qəbul edirlər və tezliklə təmir edəcəklərinə söz verirlər: "Bir aydan çox daha dəqiq 27.02.2017 tarixdə mən yenidən servisə getdim və 1 aydan çox vaxt keçdiyini bildirdim, mənə zəng etməməklərinin səbəbini soruşanda mənim telefonuma mesaj göndərdiklərini bildirdilər. Lakin mənim telefonuma mesaj gəlməmişdi. İşçi gətirib tozsoranı mənə qaytaranda tozsoran yoxlanıldı. Tozsoran elə həmin vəziyyətdə idi. Mən işçiyə -siz tozsonanı təmir etməmisiniz deyib etirazımı bildirəndə mən heç nə bilmirəm usta bizə belə qaytarıb deyib, içəri getdi. Mənim gözləməyimin mənasız olduğunu görüb məcburiyyət qarşısında tozsoranı götürüb evə qayıtdım. Yenidən Kontakt Home zəmanət kartındakı əlaqə nömrəsinə yığdım. Orda mənə kobud çəkildə biz bu işlərə baxmırıq dedilər. Mən internet vasitəsilə Kontak Home əlaqə nömrəsini tapıb (*6060) zəng etdim. Çox çətinliklə əlaqə yaratdım və işçi bizi şikayət və təkliflər şöbəsi ilə calaşdırdı. Ordan bizim tozsoranın təmir olunduğunu bildirdilər. Mən isə tozsoranın yenə zəif vəziyyətdə olduğunu dedim. Onlar bizə yenidən tozsoranı servisə gətirməyimizi istədilər. Mən yaşlı və xəstə olduğum üçün xahiş etdim ki, gəlib evdən götürsünlər və bir neçə vaxtdan sonra 04.03.2017 tarixində gəlib tozsoranı evdən bütün avadanlıqları ilə apardılar". Beləliklə Səkinə Hüseynova düz 2 ay ərzində dəfələrlə servis mərkəzinə zəng edərək məlumat almaq istəyib. Lakin hər dəfə 10 gün ərzində təmir olunub məlumat veriləcəyini bildiriblər: "Sonuncu dəfə zəng etdiyim zaman isə mənə təmir üçün 25 AZN ödəmə etməyimi tələb etdilər. Mən səbəbini soruşanda filtrin işləmədiyini bildirərək, bu ehtiyat hissəsinin zəmanətə daxil olmadığını söylədilər. Mən narazılığımı bildirərək müdirlə calaşdırmaqlarını xahiş etdim. Onlar bizə müdirin adını deyə bilmərik, calaşdıra bilmərik və buna heç ixtiyarımız da yoxdur deyib kobudcasına əlaqəni kəsdilər". Sonradan araşdırma zamanı bəlli olub ki, tozsoranın bütün sənədləri xarici dildədir və satıcının verdiyi məlumatın əksinə olaraq, mal Almaniyanın yox, Türkiyə istehsalıdır: "Mən Kontakt Home-un xidmətindən çox narazıyam. Alman malı əvəzinə Türkiyə malını satmışlar, özü də baha qiymətə və bu səbəblərə görə özümü aldadılmış, təhqir olunmuş hesab edirəm. Bu 8 ay ərzində əsəblərimin tam pozulmasına səsəb olublar. Xahiş edirəm hüququmu qoruyasız. Tozsoranı ya keyfiyyətlisi ilə əvəz olunsun, ya da ödədiyim 360 AZN qaytarılsın".
Əldə etdiyimiz məlumata görə, "Kontakt Home" mağazalar şəbəkəsi müştəriləri müxtəlif yollarla aldadır. Belə ki, mağazalar şəbəkəsi reklam fırıldaqları ilə istehlakçıları aldatmaqda davam edir. "Faizsiz kreditlər", "onlayn satış" və s. kimi aldadıcı reklamlarla alıcı cəlb etməyə çalışan "Kontakt Home" bununla da istehlakçıların hüquqlarını kobud şəkildə pozur. Daha dəqiq, "Kontakt Home"un saytında göstərilən məhsullar və istehlakçıları təklif edilən şərtlər sadəcə müştərini cəlb etmək məqsədi güdür. Satışa çıxarılan malların böyük əksəriyyəti keyfiyyətsiz olaraq standartlara cavab vermir. Üstəlik, onların təklif etdiyi şərtlərlə mal almaq istəyən alıcı gözləmədiyi cavablar alıb. (olaylar.az)
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden-Paşinyan anlaşması Tramp üçün nə qədər əhəmiyyətlidir? - İNCƏLƏMƏ
Bu gün, 01:43 |
|
|
|
• Azərbaycanda meymunçiçəyinə görə qapanma olacaq? - AKTUAL
Bu gün, 01:40 |
|
|
|
• “Komedixana”dan həkimləri parodiya: əməliyyat otağında ad günü partisi və rəqqasə - VİDEO
Bu gün, 01:37 |
|
|
|
• Qəbul imtahanları nə vaxtdan elektron formada keçiriləcək? - AKTUAL
Bu gün, 00:38 |
|
|
|
• Ağlar günə qalan Naxçıvan səhiyyəsi... - İTTİHAM VAR...
Bu gün, 00:31 |
|
|
|
• Niyam Salaminin yarım milyon borcu üzə çıxdı - DETALLAR
Bu gün, 00:23 |
|
|
|
• Gəncə Tibb Kollecində rüşvət tələb olunur? - BU NƏDİ BELƏ?
Bu gün, 00:20 |
|
|
|
• "5 kişi üstümə cumub telefonu əlimdən aldılar" - TƏFƏRRÜAT
Dünən, 23:07 |
|
|
|
• Keşiş Baqrat İrana gizli səfər etdi: kimlərlə görüşəcək? - “Part”
Dünən, 23:05 |
|
|
|
• Əzəli rəqiblər elan etdi: Kreml Tehranı razı salıb, yeni təhdid odur - NƏ BAŞ VERİR?
Dünən, 22:10 |
|
|
|
• Kamilənin adından dələduzluq - FOTOLAR
Dünən, 22:06 |
|
|
|
• Abdolbari Gozal vəfat etdi
Dünən, 22:03 |
|
|
|
• Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edilib - FOTO
Dünən, 22:00 |
|
|
|
• Azərbaycanda icra başçısı sahibkardan 50 min manat rüşvət istəyib - VİDEO
Dünən, 20:30 |
|
|
|
• İmişlinin deputatı yerli sakinlərə səsləndi - “Bu, olduqca ağırdır, amma…”
Dünən, 20:28 |
|
|
|
• “İmişlidəki hadisəyə etiraz edənlərə qarşı sərt qərarlar qəbul olunmamalıdır” – Qüdrət Həsənquliyev
Dünən, 20:26 |
|
|
|
• Bir ailənin 3 üzvünü öldürüb, bir nəfəri yaralayan şəxs hökmdən kassasiya şikayəti verdi
Dünən, 20:22 |
|
|
|
• “Yüz illik saziş” və əbədi tərəfdaşlıq - Britaniya Qara və Baltik dənizləri arasındakı regionla bağlı strategiyasını açıq elan etdi...
Dünən, 18:10 |
|
|
|
• Bakı-İrəvan razılaşmasında mühüm detal: Proses İrana qədər olacaq - ŞƏRH
Dünən, 18:09 |
|
|
|
• Ermənistanda hakimiyyəti tənqid edən publisistə qarşı cinayət işi açılıb
Dünən, 17:56 |
|
|
|
• Putin görsə ki İran dardadır... - GƏLİŞMƏ
Dünən, 17:55 |
|
|
|
• Hindistan və Rusiya Putinin Yeni Dehliyə səfərinin tarixlərini razılaşdırırlar - KİV
Dünən, 16:22 |
|
|
|
• İbrahim Tatlısəsin qızı erotik klip çəkdirdi - VİDEO
Dünən, 16:18 |
|
|
|
• “Brend Media Group”un rəhbərinin adını ölüm işindən kim gizlədib? - Küçədə müqavilə imzalanıb
Dünən, 16:13 |
|
|
|
• Ermənistanda keçmiş müdafiə naziri yeni siyasi qüvvə yaratdı - “Sputnik Ermənistan”
Dünən, 15:29 |
|
|
|
• Bu gedişlə... BAĞLANACAQ! - DETALLAR
Dünən, 15:24 |
|
|
|
• Türkiyədə 1 günə 100 kişi ilə yatmaq istəyən "Onlyfans" ulduzu tutuldu - VİDEO
Dünən, 15:20 |
|
|
|
• Paşinyan qorxu içindədir: - öldürələcəyi və zəhərləndiriləcəyindən...
Dünən, 15:11 |
|
|
|
• "Görünür, Kremldəki ikitirəlik, Rusiya daxilindəki siyasi parçalanmalar bu barədə düşünməyə imkan vermir" - deputat
Dünən, 15:06 |
|
|
|
• Hökumə Əliyevanın atasının bank kartından pul oğurlamaqda şübhəli bilinən şəxslər müəyyən edilib, zərər ödənilib - TƏFƏRRÜAT
Dünən, 15:00 |
|
|
|
• "Yalnız bu halda pulu geri qaytarmaq mümkün olacaq" - AÇIQLAMA
Dünən, 14:20 |
|
|
|
• Yeni “kütləvi qırğın silahı” – MASK
Dünən, 14:00 |
|
|
|
• Gürcüstan və Azərbaycan Qərbin haqsızlığı ilə üzləşib - FAKT BUDUR!
Dünən, 13:58 |
|
|
|
• Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Dünən, 13:12 |
|
|
|
• “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Dünən, 12:42 |
|
|
|
• Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Dünən, 12:28 |
|
|
|
• Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Dünən, 12:22 |
|
|
|
• "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Dünən, 12:20 |
|
|
|
• Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 12:13 |
|
|
|
• Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Dünən, 12:05 |
|
|
|
• Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Dünən, 12:03 |
|
|
|
• QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Dünən, 11:55 |
|
|
|
• İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Dünən, 11:33 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Dünən, 11:25 |
|
|
|
• "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Dünən, 11:14 |
|
|
|
• Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Dünən, 11:12 |
|
|
|
• `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Dünən, 11:07 |
|
|
|
• Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Dünən, 11:04 |
|
|
|
• Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Dünən, 11:00 |
|
|
|
• SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Dünən, 10:55 |
|
|
|
|