Fransada Azərbaycana qarşı nöbəti biabırçılıq baş verib.
Yenicag.az xəbər verir ki, Fransanın Alforitvil şəhərinin girişində yerləşdirilən yol lövhəsində Azərbaycanın işğal olunmuş Laçın (Ermənicə “Berdzor” – red.) rayonuna istiqamətlənən yol işarəsi qoyulub.
Qeyd edək ki, İtaliya, Əlcəzair, Ermənistan və Portuqaliya istiqamətlərini göstərən yol işarəsində qondarma Dağlıq Qarabağın (Artsax) mərkəzlərindən biri sayılan Laçının (Berdzor) adı yazılıb.