Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Fransa Rusiyanın bank hesablarını dondurur
Fransa Rusiyanın bank hesablarını dondurur25-06-2015, 09:27 |
Fransa hakimiyyəti Rusiyaya məxsus milyonlarla avroluq bank hesablarını dondurub. Səbəb Rusiyada həbsxanada dünyasını dəyişmiş vəkil Sergei Magnitsky-nin üzə çıxardığı fırıldaq işilə bağlı aparılan təhqiqatdır. Fransa müstəntiqləri Rusiyadan nağd pulun çıxarılıb yuyulmasını araşdırır. Təhqiqat ötən il başlanıb. Magnitsky-nin vaxtilə işlədiyi qurum - Hermitage Capital iddia qaldırıb. İnvestisiya Fondu iddia edir ki, pulların bir hissəsi Fransa və Luksemburq vasitəsilə yuyulub. Magnitsky ümumilikdə 230 milyon dollarlıq fırıldaq mexanizmini üzə çıxarıb. Sonradan o, həbsxanada müəmmalı şəkildə dünyasını dəyişib. Geri qayıt |