Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Konqres Barak Obamanın mühakimə olunması ilə bağlı qərar verdi
Konqres Barak Obamanın mühakimə olunması ilə bağlı qərar verdi31-07-2014, 10:33 |
Amerikalı konqresmenlər ABŞ Prezidenti Barak Obamanı səhiyyə sistemində islahatlar apararkən vəzifə səlahiyyətlərini aşdığına görə məsuliyyətə cəlb etməyə icazə verən qətnaməni dəstəkləyiblər. SalamNews-un İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, Konqresin Nümayəndələr Palatasının 225 üzvü dünən bu qətnamənin lehinə, 201-i isə əleyhinə səs veriblər. ABŞ konqresi Barak Obamanı məhkəməyə cəlb etməyə icazə verən qətnaməni dəstəkləyib. Gözlənildiyi kimi, qanun ayihəsini prezidentin Respublikaçılar partiyasından olan opponentləri dəstəkləyiblər, prezident tərəfdarları olan demokratlar isə təşəbbüsün əleyhinə səs veriblər. Təsdiq edilən qətnamə nümayəndələr palatasının hüquqşünaslarına yaxın zamanlarda, avqustun birində başlayacaq parlament tətilində Barak Obamaya qarşı zəruri sənədləri hazırlamağa imkan verir. Geri qayıt |