Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Pekin Trampın vədinə inanmır
Əsas Səhifə > Dünya > Pekin Trampın vədinə inanmır

Pekin Trampın vədinə inanmır


Dünən, 17:59
Pekin Trampın vədinə inanmır
Ağ Evdə ABŞ və Ukrayna Prezidentləri arasında baş verən qalmaqal Rusiya və Çinin maraqlarına cavab verib. Bu olayın iki səbəbdən Rusiya üçün faydası var. Birincisi, ABŞ-Ukrayna ittifaqı dağılıb. İkincisi, təhlükəsizlik məsələsi ilə bağlı ABŞ-la Avropa İttifaqı arasında fikir ayrılığı dərinləşib. Kreml bundan öz məqsədləri üçün istifadə etməyə çalışacaq. Rusiya Prezidenti Vadimir Putin yaxın günlərdə amerikalı həmkarı Donald Trampla görüşməyə çalışacaq. Putinin məqsədlərindən biri də ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını yumşaltması və iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin bərpasıdır.
Çin də mövcud vəziyyətdən yararlanmağa çalışacaq. Pekində hesab edirlər ki, Avropa ölkələrinin və Ukraynanın Çinlə iqtisadi sahədə əməkdaşlığa maraqları artacaq. Təsadüfi deyil ki, Ukrayna rəsmiləri Ağ Evdəki qalmaqaldan sonra Çinlə dialoqun genişləndirilməsi vacibliyi barədə fikirlər söyləyiblər. Buna baxmayaraq, Pekin müxtəlif ölkələrin öz aralarındakı gərginlikdə tərəf olmaq istəmir. Pekində Donald Trampın Çinlə yaxşı əlaqələr qurmaq istəyinə inanmırlar. Ona görə də Pekin Vaşinqtonla siyasi və iqtisadi müstəvidə mübarizəyə hazırlaşır. Hər iki tərəfin bir-birinə qarşı artırdığı rüsumlar da bundan xəbər verir.
Çin lideri Si Cinpin ölkəsinin həm iqtisadiyyatda, həm də xarici arenada ciddi problemlərlə üzləşməli olduğu şəraitdə öz xalqının rifahının yaxşılaşdırılması yolu ilə inamla getməsi vacibliyini bildirib. Bu o deməkdir ki, Çin müxtəlif dövlətlərin problemlərinin həlli ilə məşğul olmayacaq. Pekinin yeganə məqsədi beynəlxalq aləmdəki xaosdan istifadə edərək Çinin iqtisadi və hərbi gücünü artırmaqdır. Bu Çin parlamentinin bu gün işə başlayan sessiyasında da əsas mövzu olacaq.
Parlamentin sessiyasında Kommunist Partiyasının hakim rolunun bir daha vurğulanacağı proqnozlaşdırılır. Si Cinpin partiyaya 2012-ci ildən rəhbərlik edir və bu gedişlə o hələ uzun müddət hakimiyyətdə qalacaq. Si Cinpin sessiyada hökumətin əsas prioritetlərini açıqlayacaq. Çin iqtisadiyyatında bu gün əsas problemlərdən biri daşınmaz əmlakla bağlıdır. Tikilən çoxsaylı mənzillərə kifayət qədər alıcı yoxdur. Bu isə öz növbəsində daşınmaz əmlak sahəsində böhran yaradıb. Pekin bu vəziyyətdən çıxış yolları axtarır. Çində maaşlar artsa da, gənclər arasında işsilik də artıb. Kommunist Partiyası bu problemi də həll etmək məcburiyyətindədir.

“Atlas” Araşdırmalar Mərkəzi
"DİA-AZ"

Geri qayıt