Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?..
İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?..Bu gün, 15:54 |
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai yanvarın 20-də keçirdiyi mətbuat konfransında bildirib ki, xarici işlər naziri Abbas Əraqçi “vaxt çatışmazlığından” Nyu-Yorka səfər etməyəcək. “Vaxt çatışmazlığı” bəhanəyə oxşayır. İran Yaxın Şərqdə fəal rola iddia edərkən, Birləşmiş Millətlər Təşkilatında Fələstin, o cümlədən Qəzza zolağında vəziyyətin müzakirəsindən imtina edib. Görünür, ABŞ və Qətərin vasitəçiliyi ilə İsrail hökuməti ilə “Həmas” təşkilatı arasında əldə edilən atəşkəs və girovların azad edilməsi razılaşması İrandakı mühafizəkar dairələrin maraqlarına cavab verimir. Yəqin hesab edirlər ki, bu razılaşmadan sonra İsrailin və ABŞ-ın diqqəti İrana yönələcək. Diqqətlər Yeni Prezident Donald Trampın İranla bağlı hansı siyasəti həyata keçirəcəyinə yönəlib. Elxan Şahinoğlu -"DİA-AZ" Geri qayıt |