Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Hakan Fidan bundan sonra məcburdur ki...
Hakan Fidan bundan sonra məcburdur ki...5-06-2023, 06:35 |
Hakan Fidan Milli Istihbarat Təşkilatının rəhbəri olaraq mediaya müsahibə və açıqlama vermirdi. Ancaq xarici işlər naziri vəzifəsi ondan mətbuatla sıx əlaqədə olmağı, açıqlama və müsahibələrin sayını artırmağı diqtə edəcək. Keçmiş xarici işlər naziri Mövlüd Çavuşoğlu bu mənada aktiv idi. Hakan Fidan Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təlimatıyla başlanan Suriya və Misirlə dialoqu genişləndirməli, Yunanıstanla mübahisəli məsələləri müzakirə etməli, ABŞ və Avropa İttifaqı ilə mövcud fikir ayrılıqlarını azaltmağa çalışmalıdır. Türkiyə xarici siyasəti qarşısında başqa çağırışlar da mövcuddur. Hakan Fidan ilk səfərlərindən birini ənənə üzrə Azərbaycana edəcək. Elxan Şahinoğlu - DİA.AZ Geri qayıt |