Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > ABŞ Daxili Təhlükəsizlik naziri istefaya gedib
ABŞ Daxili Təhlükəsizlik naziri istefaya gedib8-04-2019, 08:29 |
ABŞ-ın daxili təhlükəsizlik naziri Kristyen Nilsen vəzifəsindən gedir. "Report" TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ lideri Donald Tramp özünün "Twitter" səhifəsində yazıb: "Mən xanım Nilsenə göstərdiyi xidmətlərə görə təşəkkür edirəm" - sitatın sonu. Ağ Evdən bildirilib ki, bundan sonra onun vəzifəsini müvəqqəti olaraq İmmiqrasiya və Gömrük Xidmətinin rəisi Kevin Makelinen icra edəcək. Qeyd edək ki, son günlər mətbuatda Donald Trampın Nilsenin fəaliyyətindən narazı olduğu və onu istefaya göndərməyə hazırlaşdığı ilə bağlı məlumatlar yer alıb. Geri qayıt |