Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Xuan Quaydonun saxlanılmış köməkçisi terrorçu elan edilib
Əsas Səhifə > Dünya > Xuan Quaydonun saxlanılmış köməkçisi terrorçu elan edilib

Xuan Quaydonun saxlanılmış köməkçisi terrorçu elan edilib


22-03-2019, 09:23
Xuan Quaydonun saxlanılmış köməkçisi terrorçu elan edilib
Venesuela müxalifətinin lideri Xuan Quaydonun şəxsi köməkçisi Roberto Marrero hakimiyyət qüvvələri tərəfindən saxlanılıb.

ONA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, Venesuelanın daxili işlər naziri Nestor Reverol saxlanılmış Marreronu terrorçu elan edib.

Reverol bildirib ki, R.Marrero terror hücumu hazırlamaqda ittiham olunur. Bu barədə o, ətraflı məlumat verməyib.

ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton bu həbslə bağlı münasibət bildirərək deyib ki, Venesuela prezidenti Nikolas Maduro X.Quaydonun köməkçisinin ölkəsində “qeyri-qanuni saxlanılmasına” görə cavab tədbirlərinin şahidi olacaq.

Geri qayıt