Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > ABŞ-ın yeni oyunu ortaya çıxdı: İŞİD-çilərə pasport verilir
Əsas Səhifə > Dünya > ABŞ-ın yeni oyunu ortaya çıxdı: İŞİD-çilərə pasport verilir

ABŞ-ın yeni oyunu ortaya çıxdı: İŞİD-çilərə pasport verilir


11-03-2019, 10:47
ABŞ-ın yeni oyunu ortaya çıxdı: İŞİD-çilərə pasport verilir
Birləşmiş Ştatların yaratdığı və bu gün kimi dəstəklədiyi İŞİD terror təşkilatı ilə bağlı yeni hiyləsi ortaya çıxıb. FaktXəbər bildirir ki, bu barədə "Yeni Şafak" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, bu günə qədər PKK-ya aid düşərgələrdə təxminən 2 min İŞİD-çi Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları tərəfindən dindirilib. MKİ ilə əməkdaşlığa razılıq verən terrorçulardan 140 nəfərinə saxta pasport verilib. Terrorçular yeni ad, kimlik və pasportla ABŞ-ın yeni gizli planlarını icra etmək üçün İraq vasitəsilə bölgədən çıxarılıb.

Qeyd edək ki, MKİ Deyr-əz-Zorun Kəsra, Biseyra, əl-Ömər və Suvar bölgələrini hərbi zona elan edib. Həmin bölgədə sorğu məntəqələri quran MKİ 2 min İŞİD-çinin istintaqını həyata keçirib. MKİ tərəfindən yaradılan sorğu məntəqələrində İsrail, Fransa və İngiltərədən olan kəşfiyyatçılar da fəaliyyət göstərir.

Xatırladaq ki. İŞİD terror təşkilatının lideri Əbu Bəkr Əl-Bağdadinin ABŞ himayəsi altında hərəkət etməsi ortaya çıxıb. Əl-Bağdadinin ABŞ zirehli maşının çəkilən fotoları sosial şəbəkələrdə dərc olunub. Baqhuzdakı hücumlardan qaçan İŞİD-çilər də həmin şəkilləri təsdiqləyib.

Geri qayıt