Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > Qəzzafinin oğlu Liviya münaqişəsindən sonra ilk siyasi çağırışını edib
Qəzzafinin oğlu Liviya münaqişəsindən sonra ilk siyasi çağırışını edib17-01-2019, 11:40 |
Liviyanın sabiq diktatoru Müəmmər Qəzzafinin oğlu Seyful-islam Qəzzafi azad edildikdən və ölkədə siyasi səhnəyə qayıtdıqdan sonra ilk siyasi çağırışını edib. SalamNews əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, Seyful-islam Qəzzafi Tripolidə baş verən silahlı qarşıdurmaların dərhal dayandırılmasını və seçkilərin zamanında keçirilməsini tələb edib. Seyful-islamın köməkçisi Məhəmməd əl-Qiluşinin telekanala verdiyi açıqlamasında bildirilib ki, Seyful-islam ölkədə nəzərdə tutulan prezident və parlament seçkilərinin zamanında keçirilməsini, ölkədə xaosu, qarşıdurmanı bitirəcək və dövlət müəssisələrini bir edəcək rəhbərliyin seçilməsini tələb edib. Bu 2011-ci ildən indiyədək ilk dəfədir ki, Seyful-islam Qəzzafi ölkənin siyasi və təhlükəsizlik vəziyyəti ilə bağlı çağırış edir. Qeyd edək ki, 2017-ci ilin iyununda azadlığa çıxan və hazırda sərbəst həyat sürən Seyful-İslam Qəzzafinin yaxınları onun Liviya prezidenti seçkilərinə namizədliyini irəli sürəcəyini bildirirlər. O 2011-ci ildə atası devriləndən və öldürüldükdən sonra həbs edilmişdi. Geri qayıt |