Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Dünya > ABŞ Rusiya hərbi peykinin məhv olduğunu bildirib
ABŞ Rusiya hərbi peykinin məhv olduğunu bildirib10-01-2019, 08:23 |
Rusiyanın 2007-ci ildə buraxılmış "Kosmos-2430" kosmik aparatı orbitdən çıxıb və atmosferdə yanıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Şimali Amerikanın Kosmik Hava Müdafiəsi Birləşmiş Komandanlığı (NORAD) bildirib. Onun məlumatına görə, peyk yanvarın 5-də öz orbital mövcudluğunu başa vurub. Qeyd edilir ki, "Kosmos-2430" sistemləri 2007-ci ilin oktyabrında kosmik orbitə çıxarılıb. Onun işə salması Plesetsk kosmodromdan "Molniya-M" raket daşıyıcısı tərəfindən həyata keçirilib. Daha əvvəl ABŞ-ın Florida ştatında "Falcon 9" raket daşıyıcısı Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri üçün ən yeni GPS geolokasiya peyki ilə fəzaya buraxılıb. Geri qayıt |